ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                 

Sərdar Cəlaloğlu seçki üçün sponsor axtarır
Tarix: 8-02-2018, 08:33 | Çap et
Sərdar Cəlaloğlu seçki üçün sponsor axtarır
Fevralın 6-da müxalifət partiyaları sədrlərinin növbədənkənar prezident seçkisi ilə bağlı fövqəladə toplantısı olub. 4 saatdan artıq çəkən görüşdə seçkidə iştirak, yoxsa boykot qərarı verilməsi müzakirə edilib. Seçkidə iştirak etmək tərəfdarları ilə boykot tərəfdarları arasında yekdil razılığa gəlmək mümkün olmayıb. Bu səbəbdən də belə bir toplantının olduğu barədə mətbuata ümumiyyətlə məlumat verilməyib. Ümumi mövqe belə olub ki, seçki ilə bağlı hər kəs özünün məqbul hesab etdiyi qərarı versin.

Bu barədə ətraflı məlumat almaq üçün müraciət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu belə bir görüşün keçirildiyi barədə “Yeni Müsavat”a daxil olan məlumatın düzgün olduğunu bildirdi. Lakin ətraflı informasiya vermədi. S.Cəlaloğlu qeyd etdi ki, bir araya gəlmək və vahid mövqedən çıxış etməmək üçün əsassız bəhanələr irəli sürülür. Müxalifətdə nailiyyətsizlik sindromundan doğan bir vəziyyət hökm sürür. Hər kəs özünü düzgün, qarşı tərəfi satqın sayır.

Seçkidə iştirak edib-etməmək məsələsinə gəlincə, ADP sədri dedi ki, ümumiyyətlə, seçkidə iştirakın iki prinsipi var. Biri nəyin bahasına olur-olsun seçkidə iştirak, biri isə sadəcə, seçkidə iştirak naminə iştirakdır: “Nəyin bahasına olur-olsun iştirak o deməkdir ki, sən artıq demokratik prinsipləri yox, hakimiyyətə gəlmək prinsiplərini əsas götürürsən. Ona görə də hətta anti-demokratik yolla da olsa hakimiyyətə gəlmək üçün seçkilərə qatılırsan. Mən demokratiyanı üstün tutan adam olduğum üçün hesab edirəm ki, seçkiyə nəyin bahasına olur-olsun prinsipi ilə heç vaxt qatılmıram.

Seçkilər xatirinə seçkiyə qatılmaq prinsipi isə demokratik prosedurların müdafiə olunması deməkdir. Yəni indi seçki antidemokratik ola bilər, sabah isə demokratik olar. Amma seçki olmasa, demokratiya və qanunun olmasının heç bir əhəmiyyəti olmaz. Çünki seçki yoxdursa, hakimiyyətin seçki yolu ilə dəyişilməsi də yox deməkdir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, demokratik seçki prosedurası müəyyən bir dövrdə işləməsə də seçkinin özü qaldığı üçün müəyyən müddət sonra seçki demokratik keçirilir və demokratlar dinc yolla hakimiyyətə gəlir. Yaxın tarixdə bu cür təcrübələr var. Ona görə də seçkinin bir institut kimi tamamilə sıradan çıxmaması üçün seçki seçkidə iştirak edilməlidir".

S.Cəlaloğlu həmçinin bildirdi ki, seçkidə iştirak etmək ən azı siyasi müxalifətin mövcudluğunu qorumaq üçün də lazımdır: “Mövcudluq qorunmalıdır ki, gələcəkdə şərait yaransa, biz müxalifət vəzifələrimizi yerinə yetirək. Ölkədə demokratik prinsipləri qorumalıyıq. Odur ki, 11 aprel seçkisində iştirak eləmək çox vacibdir. Şəxsən mən özüm namizədliyimi vermək qərarına gəlməmişəm. Yeganə səbəb seçki üçün lazım olan maliyyə resursumun olmamasıdır. Seçkidə iştirak eləmək üçün müəyyən qədər vəsaitin zəruri olduğu bəllidir. Hazırkı Seçki Məcəlləsi namizədlərə dövlət büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmur. Maliyyə problemindən başqa seçkiyə getməməklə bağlı səbəb olaraq irəli sürülən fikirlərin heç biri demokratik düşüncəyə uyğun deyil. Mənim maliyyə imkanım olsa böyük məmnuniyyətlə bu seçkilərdə iştirak edərəm. Seçkilər siyasətçinin xalqa sözünü çatdırması üçün həm də böyük bir fürsətdir. Ağıllı siyasətçi maliyyə imkanı varsa, bu fürsəti əldən buraxmamalıdır. Seçki yalnız və yalnız hakimiyyətə gəlmək vasitəsi deyil. Seçkilər xalqı aktivləşdirmək, xalqın öz gələcək taleyini düşünmək vasitəsidir, müxalifət ideyalarının xalqa çatdırılma vasitəsidir. Bu cür ciddi vasitədən imtina edilməməlidir. Seçkinin o qədər çoxlu siyasi əhəmiyyəti var ki, onu yalnız hakimiyyətə gəlmək prinsipi ilə məhdudlaşdırmaq düzgün deyil. Mən siyasi qüvvələrə demək istəyirəm ki, kimin maliyyə imkanı varsa, seçkidə iştirak etsin. Mən özüm müəyyən yoldaşlara müraciət eləmişəm, əgər maliyyə sponsorluğu eləyən olsa namizədliyimi irəli sürəcəyəm. Buna görə də heç kim məni və ya seçkidə iştirak edən digər şəxsləri ittiham etməməlidir. Bəzilərində bir adət yaranıb ki, kim düzgün addım atır, kim onun atdığı səhv addımları dəstəkləyib təkrarlamırsa, başlayırlar onu xəyanətkar adlandırmağa. Belə adamların özləri seçkidə iştirak edəndə onu düzgün qərar kimi təqdim edirlər, özləri seçkiyə getməyəndə, boykot qərarı verəndə seçkiyə getməyi xəyanət, satqınlıq kimi təqdim edirlər. Bu cür yanaşma ilə uzağa getmək olmaz. Mən hesab edirəm ki, seçkidə iştirak eləmək onun nəticəsindən asılı olmayaraq vacibdir”.

ADP sədrinin sözlərinə görə, seçkiyə getməyənlər iddia edirlər ki, seçkiyə qatılmaq onun nəticələrini legitimləşdirməkdir. Lakin onlar unudurlar ki, seçkini müxalifətin iştirakı legitimləşdirmir: “Qanunda var ki, alternativsiz seçki olmaz. Hakimiyyət istədiyi qədər alternativ namizədlər meydana çıxara bilər. Qanunda yazılmayıb ki, müxalifət seçkidə iştirak etmirsə seçki legitim ola bilməz. Bilmək lazımdır ki, bütün seçkilərin nəticələrini legitimləşdirən xalqın seçkidən sonra passivliyidir. Bəzi yoldaşların savadsızlığıdır ki, müxalifətin seçkidə iştirakını seçkini legitimləşdirən amil kimi sırımağa çalışırlar. Müxalifətin seçkidə iştirak edib-etməməsinin seçkinin legitimliyinə heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, Sərdar Cəlaloğlu 2013-cü ilin prezident seçkisində iştirak edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru