Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                 

“Biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?” - deputat
Tarix: 9-12-2017, 10:03 | Çap et
“Biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib. Növbədənkənar prezident seçkiləri, iki nazirlə bağlı prezidentin verdiyi sərəncam və digər mövzuları əhatə edən söhbətimizi diqqətinizə çatdırırıq:

- Siyavuş bəy, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Yeni qaydalara görə, növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Bu dəyişiklik bəzi uzaqgedən fikirlərin ortaya çıxmasına səbəb olub. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda seçki müddəti elə 60 gün idi. Ümumilikdə müddətlərin azaldılmasından söhbət gedir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Hazırda bizdə seçki müddəti 2 aydırsa, digər müddətlər də ona uyğunlaşdırılmalıdır. Bu da sadəcə uyğunlaşdırma məsələsidir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Bu, bir prosedur qaydadır, Məcəllənin təkmilləşdirilməsidir.

- Deputat həmkarınız Zahid Orucun 2018-ci il prezident seçkilərinin 7 ay önə çəkilməsi barədə təklifi rezonans doğurdu. Düzdür, siz Konstitusiyaya istinad edərək məsələyə münasibət bildirmisiniz. Amma bir məsələ var ki, budəfəki prezident 7 illik seçiləcəyi üçün 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Bu məsələ necə tənzimlənəcək?

- O zaman seçkilər eyni ilə düşə bilər. Bilirsiniz ki, hər bir seçkinin öz müddəti var. Təbii ki, hər bir deputat bu məsələyə öz fikrini bildirə, öz şərhini verə, başqa ölkələrin təcrübəsini xatırlada bilər. Amma ümumilikdə istər referendumun keçirilməsi zamanı, istərsə də sonrakı dövrlərdə konstitusiyamıza uyğun şəkildə o müddətlər öz əksini tapıb və Seçki Məcəlləsində təsbit olunub. Məsələn, Seçki Məcəlləsində 100-cü və 101-ci maddələrə istinadən göstərilib ki, Azərbaycan Respublikasında prezident seçkiləri müddət başa çatdıqdan sonra oktyabr ayının üçüncü həftəsinin 3-cü gününə təyin olunur. Yəni müddət, gün, vaxt hamısı dəqiq göstərilib. Sadəcə Seçki Məcəlləsində bir norma var, bu da günlə əlaqədar ola bilər. Yəni müəyyən məsələlər üst-üstə düşdükdə, yaxud seçki günü bayram gününə təsadüf etdikdə vaxt dəyişdirilə bilər. Burada da çox yox, bir neçə gündən söhbət gedir. Deyək ki, oktyabrda prezident, noyabrda isə parlament seçkiləridir. O da iki mərhələdən sonra ola bilər. Zərurət yaranarsa, MSK qərar qəbul edib müddəti bir balaca uzada bilər. Yaxud da Ukrayna, Rusiya, Türkiyə təcrübəsindən görürük ki, bir neçə seçki eyni vaxta düşür. Məsələn, Ukraynada həm parlament seçkiləri, həm şəhər merinin seçkiləri, həm yerli seçkilər olur.

- Azərbaycanda da maliyyə vəsaitinə qənaət edilməsi baxımından faydalı olan bu ənənə tətbiq oluna bilərmi?

- Həm vaxta, həm vəsaitlərə qənaət baxımından buna gedilə bilər. Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Özü də burada elə bir problem yoxdur, kim kimi istəyirsə, gəlib səs verəcək. Bir yox, iki bülletenə səs verəcək, birində prezidentliyə, digərində deputatlığa namizədə. Azərbaycanda majoritar qaydada seçkidir, orada bir namizədə səs verilir, orada siyahı üzrə partiyaların namizədinə səs verilmir. Ona görə də burada elə bir ciddi problem yoxdur ki, bunu əsas götürüb qanuni, seçki yolu ilə seçilmiş prezidentin səlahiyyət müddəti azaldılsın. Özü də nə az, nə çox 5-6 ay müddətində. Bu, elə ən böyük hüquq pozuntusudur. Prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti seçkilər keçirilir. Belə olan tərzdə biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?

- Bəs, deputatların səlahiyyət müddəti də artırıla bilərmi?

- Konstitusiyaya görə bu müddət 5 illik nəzərdə tutulur. Əgər deputatların səlahiyyət müddəti uzadılmalıdırsa, onda mütləq referendum keçirilməlidir.

- Bu məsələ hakim partiyada müzakirələr aparılırmı?

- Yox, məsələ müzakirə olunmayıb. Adətən, parlamentarların səlahiyyət müddəti 4 və 5 illik olur. Amma prezidentlərin səlahiyyət müddətinə gəldikdə, 4 də var, 5 də, 6 da, 7 də, 8 də. Dünyada bu təcrübə mövcuddur. Biz dünya təcrübəsinə uyğun olaraq bu məsələni referenduma çıxartdıq. 30-dan artıq ölkədə 7 illik müddət mövcuddur. Bu, həm seçki prosedura, həm beş ildən bir qarşıya qoyduğu planların həyata keçirilməsi ilə əlaqədardır. Elə bir planlar var ki, 5 il bəs eləmir, buna 6-7 il vaxt tələb olunur.

- Siyavuş bəy, hakim partiyanın prezidentliyə növbəti namizədinin kim olacağı ilə bağlı gedən müzakirələrdə iki şəxsin adı çəkilir - Prezidentin və Birinci vitse-prezidentin. Aydın məsələdir ki, qərar YAP-ın qurultayında veriləcək. Bəs, indiki an üçün bu barədə nə deyə bilərsiniz?

- Bu, nə mənim, nə həmkarlarımın, yaxud digər insanların səlahiyyətinə aid məsələ deyil. Bu, partiyanın rəhbər orqanının, qurultayın səlahiyyətinə daxildir, bir də sədrin özünün arzu-istəyinə bağlı məsələdir...

- Müzakirə mövzusu olan əsas məsələlərdən biri də iki nazirlə bağlı prezident sərəncamıdır. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı yəqin ki, siz daha çox məlumatlısınız...

- Bunlar cənab prezidentin səlahiyyətinə daxil olan məsələdir. Prezident ali icra hakimiyyətinin rəhbəridir. Ali icra hakimiyyətinin rəhbəri olaraq da hansı sahədə nöqsan varsa, o nöqsanların aradan qaldırılması üçün müvafiq dəyişikliklər edir, hansı sahədə kim yaxşı işləyirsə, onun vəzifədə irəli çəkir, başqa vəzifəyə təyin edir. Yəni bu, sırf dövlət strukturunda olan islahatlardır və hər bir şəxsin bu vəzifəyə hansı dərəcədə əməl etməsidir. Burada hər hansı bir siyasi qərar, siyasi baxış yoxdur. Bu, sırf icra mexanizmi ilə əlaqədar olan məsələdir.

- Parlament müzakirələri zamanı sahibkarların Gürcüstana yatırım qoymasından danışılmışdı, biznesini ölkədən çıxaranlardan bəhs olunmuşdu, vergilər sistemi ilə bağlı da tənqidlər vaxtaşırı səslənirdi. Administrasiya rəhbəri Ramiz Mehdiyevin də Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi göstərdi ki, prezidentin qərarı heç də sabiq nazirin səhhəti ilə bağlı deyil. Razılaşırsınız?

- Təbii ki, hər kimsə tutduğu dövlət postundan azad olunursa, deməli, onun işində nöqsan var. Yoxsa nöqsan olmayan yerdə insanı niyə işdən azad edirlər ki? Cənab prezident harada nöqsan varsa, oranı görür, aidiyyəti qurumlar da məlumat verir və bunun nəticəsi olaraq da lazımi qərarları qəbul edir. O cümlədən bununla əlaqədar sahibkarların müxtəlif müraciətləri, Milli Məclisin deputatlarının çıxışları olmuşdu. Buna da cənab prezident tərəfindən reaksiya verildi.

- Keçmiş təhsil naziri Mikayıl Cabbarovun vergi sisteminin rəhbərliyinə gətirilməsindən nələr gözləyirsiniz?

- Bu məsələ də cənab prezidentin səlahiyyətinə aiddir. Mikayıl Cabbarov təhsil sahəsində xeyli islahatlar apardı, cənab prezidentin etimadını doğrultdu. İndi də Vergilər Nazirliyinə təyin olunub, hesab edirəm ki, o sahədə də cənab prezidentin etimadını doğruldacaq.

- YAP-ın gənc kadrlarının vəzifə təyinatları almaması da suallar doğurur. Bu məsələ partiya daxilində müzakirə mövzusu olurmu?

- Partiyadakı kadrlar daim irəli çəkilir, həm gənclər, həm orta, həm yaşlı nəslin nümayəndələri. Elə bu yaxınlarda cənab prezident tərəfindən partiya qurucuları təltif olundu, həm “91-lər”, həm Siyasi Şura üzvləri təltif edildilər. Yəni mütəmadi şəkildə partiya diqqət mərkəzindədir və kadrlarımızdan yerli, dövlət strukturlarında və seçkili orqanlarda daim istifadə olunur. Bu gün Milli Məclisdə YAP-ı təmsil edən 71 deputatımız var. Həmçinin baş nazirin müavinlərinin 4-ü, parlament rəhbəri, sədr müavinləri, komitə sədrlərinin bir çoxu YAP-ın Siyasi Şurasının üzvləridir və s.

- Amma YAP-ın rəhbərliyində təmsil olunsanız da, nədənsə vəzifə təyinatında yer almırsınız. Bunun səbəbi nədir?

- Vallah, mən burada partiya işi ilə əlaqədar fəaliyyət göstərirəm. Həm partiyada, həm də Milli Məclisdə partiyamızı təmsil edirəm. İşləyirik, çalışırıq. Mənim kifayət qədər vəzifələrim var. Amma icra strukturunun səlahiyyəti cənab prezidentə məxsusdur. Cənab prezident kimi məsləhət bilirsə, onu da təyin edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru