"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                 

“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Tarix: 23-09-2017, 08:31 | Çap et
“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlaması ortaya bir sıra suallar çıxarıb. ÜAK məsələsi Azərbaycanla Rusiya arasında ciddi soyuqluğa gətirib çıxara bilərmi? Azərbaycan etirazını məsələn, Rusiyadan silah alışını azaldacağını bəyan etməklə ortaya qoya bilər, yoxsa bu vəziyyəti daha da gərginləşdirər? ÜAK-ı başqa ad altında qurum təsis etməklə brəp eləmək olmazı?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələdə aydın olmayan bəzi məqamlar var. Ola bilsin bu, əlimizdə kifayət qədər informasiya olmamasından qaynaqlanır: “Məsələn, rəsmi Bakının bu quruma niyə bu dərəcədə həyati önəm verdiyini anlamaq çətindir. Əlbəttə, ÜAK Azərbaycan dövlətinə və hakimiyyətinə yaxın bir qurum idi, Rusiyada bir növ ”ikinci səfirlik" kimi fəaliyyət göstərirdi. Lakin ÜAK-ın ləğvini sakit qarşılayıb, diqqəti onun yerində yeni bir təşkilat qurmağa yönəltmək olmazdımı? Bunun əvəzində biz onu müşahidə etdik ki, Azərbaycan hökuməti bütün diqqətini ÜAK-ın ləğvi prosesini dayandırmağa yönəltdi, bu məqsədlə prezident Putin də daxil olmaqla, Rusiya siyasi rəhbərliyinə ardıcıl müraciətlər, çağırışlar ünvanladı. Mən düşünürəm ki, Azərbaycanın bu reaksiyası və problemi açıq müstəviyə çıxararaq siyasiləşdirməsi heç də Moskvanın xoşuna gəlmədi. Onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. Məncə, ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni Kreml nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz. Lakin aydındır ki, Kreml istəsə, məhkəmə qərarına müdaxilə edə və təşkilatın ləğvini əngəlləyə bilərdi. Rusiya kimi dövlətlərdə bu mümkündür. Elə Azərbaycan tərəfi də bunu gözləyirdi. Rusiya hakimiyyəti bu addıma getmədi. Bunun səbəblərindən biri, qeyd etdiyim kimi, Rusiyada məhkəmə hakimiyyətinin müstəqilliyini və siyasi iqtidardan asılı olmadığını nümayiş etdirmək ola bilər. Digər səbəb isə, düşünürəm ki, siyasi xarakterlidir və ÜAK-ın Azərbaycan dövlətinə yaxınlığı ilə bağlıdır. Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını axıra qədər qəbul edə bilmədi. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına və təsir gücü əldə etməsinə yaxşı baxmır. Ona görə də, istisna deyil ki, ÜAK-ın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı onun ləğvində xüsusi rol oynayıb".

Ekspertin sözlərinə görə, Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Azərbaycanın bu yöndə qərarı hazırda böhran dövrünü yaşayan bu qurumların canlanmasına səbəb ola və onlara yeni nəfəs verə bilər: “Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe də Moskvanı narazı salır. Hazırda həll prosesi Rusiyanın liderliyi altında aparılır və Kreml maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun maraqları maksimum təmin olunmaqla həllini tapsın. Çünki proses uzandıqca məsələyə Qərbi təmsil edən vasitəçi ölkələrin-ABŞ və Fransanın müdaxiləsi ehtimalı artır, bu isə Rusiya üçün arzuolunmaz perspektivdir. Yəni Azərbaycanın ondan tələb olunan güzəştlərə getməməsi və bunun nəticəsində prosesin uzanması Moskvanı qıcıqlandırır. Son aylarda istər Lavrovun, istərsə də onun sözçüsü Zaxarovanın bəyanatlarında biz bu qıcığı hiss edirik. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvi Azərbaycan hakimiyyətinə ilk xəbərdarlıq ola bilər. Hadisənin dövlətlərarası münasibətlərə təsirinə gəldiksə isə, şübhəsiz ki, belə bir təsir var. Ən azı, ÜAK-ın ləğvi münasibətlərdə indiyədək müşahidə olunan pozitiv atmosferə uyğun gəlmir. Eyni zamanda, hər kəs gördü ki, Rusiya tərəfi Azərbaycanın təşkilatın ləğvinə yol verilməməsi barədə çoxsaylı müraciətlərini və çağırışlarını qulaqardına vurdu. Bu da neqativ məqamlardan biridir. Digər tərəfdən, ÜAK kimi güclü diaspora qurumunun ləğvi Azərbaycanın Rusiya ilə bağlı siyasətinin zərbə alması deməkdir və rəsmi Bakının reaksiyası da bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, mən münasibətlərdə ciddi böhranın yaranacağına inanmıram. Çünki Azərbaycan tərəfi bunda maraqlı deyil”.

Ş.Cəfərli qeyd etdi ki, ÜAK-a görə Rusiyaya cavab addımları atmaq risklidir və gərginliyi artıra bilər: “Rusiya ilə münasibətlərin pisləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini isə Bakıda yaxşı anlayırlar. Bu səbəblə, rəsmi Bakı maksimum çalışır və bundan sonra da çalışacaq ki, əlaqələr təhlükəli həddə qədər soyumasın. Lakin hər şeyə rəğmən Azərbaycan hakimiyyəti xarici siyasətdə ənənəvi balans siyasətinə sadiq qalmaq istəyir və birtərəfli seçim etməyə isti baxmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru