"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                 

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”
Tarix: 14-09-2017, 08:27 | Çap et
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”
“Mən o vaxt demişdim ki, cəmiyyətdə çox az adam Mehman Əliyevin jurnalist fəaliyyəti, yaxud vergidən yayınmağa görə həbs olunduğuna inanır. İndi də cəmiyyətdə çox az adam inanır ki, doğrudan da kafe adının ”26" olmasına görə bağlanıb, yaxud orda qızlar yarıçılpaq vəziyyətdə rəqs ediblər".

BAXC sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müdaxiləsindən sonra mentalitetə zidd fəaliyyətdə ittiham olunaraq fəaliyyəti dayandırılan kafe ilə bağlı gedən müzakirələr barədə danışarkən bunları bildirib: “Əvvəla, yarıçılpaq vəziyyətdə rəqs eləmək biabırçı bir şey idisə, yalnız kluba gedən 50-60 müştəri ona baxırdısa, bunlar cəmiyyətdən dəstək almaq üçün o lenti götürüb bütün Azərbaycan xalqına nümayiş etdirdilər, balaca uşaqlardan tutmuş, qadınlara qədər hamı baxdı. Deməli, burada mənəvi məsələdən çox özünə haqq qazandırmaqdan söhbət gedir. Yox, başqa məsələyə görə o kafe bağlanırdısa, onda bu barədə də ictimaiyyətə normal məlumat verilməliydi. Əgər kafe təcili bağlanmalıydısa belə, bu, qanunlar çərçivəsində və kimlərisə şərləmədən həll olunmalı idi”.

Q.Həsənquliyev H.Abutalıbovla Yazıçılar Birliyinin rəhbərliyi arasında gedən söz davasına da reaksiya verib: “Bizim hörmətli yazıçılara münasibətdə isə abırlı olmaq lazım idi. Çünki onlar ən azından iqtidara ciddi dəstək verən insanlardır. Bilirsiniz, AXC iqtidarının süquta uğramasının əsas səbəblərindən biri də o oldu ki, dedilər Akademiya bağlanmalıdır, universitet müəllimlərinin maaşlarını kifayət qədər qaldırmadan test imtahanları tətbiq olundu və ziyalıların böyük qismi iqtidarın əleyhinə kampaniya aparmağa başladı. Ən ağır qanun pozuntusu şəxsiyyət əleyhinə cinayətdir, xüsusilə də insanın qətlə yetirilməsi. Hətta adam öldürəni də məhkəmə qaydasında cəzalandırırlar, sivil ölkədə gedib onu linç eləmirlər ki. Yaxud məsələn, ”o, sənin atının gözünü çıxarıb, sən də get onun atının gözünü çıxar" formasında məsələlər həll olunmur. Əgər hesab olunubsa ki, yazıçılar tərəfindən də hansısa yanlışlıqlar olub, bu, onların diqqətinə çatdırıla bilərdi, onların üstünə bu formada getmək lazım deyildi".

Deputat bildirib ki, cəza tətbiqi üçün məhkəmə var: “Yoxsa o formada maşınla camaatın əmlakını daşıyıb-aparmaq... Bir müddət öncə Milli Məclisdə mən çıxışımda da demişdim, bir sahibkarın hotelini vurub uçurmuşdular, hətta içəridəki avadanlıqlar çıxarılmamışdı. Yəni bu cür hadisələr bütünlüklə ona gətirib çıxarır ki, insanlar Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Qorxurlar ki, məhkəmənin qəbul etməli olduğu qərarı məmur qəbul edəcək. İstənilən vaxt durub məhkəmə qərarı olmadan deyəcək ki, ”sənin əmlakını mən uçurduram", yaxud götürüb gedirəm. Buna görə də Azərbaycanın özündə investisiya qoyuluşuna ehtiyac olduğu halda, azərbaycanlılar görun, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyəyə nə qədər investisiya yatırırlar. Hətta bəzi insanlar burada qazandıqları pulu da başqa ölkələrə investisiya kimi yatırır, burada biznesi genişləndirmirlər. Bunun səbəbi də insanlarda mülkiyyətin toxunulmazlığı ilə bağlı qorxunun olmasıdır".

Deputat belə halların aradan qaldırılması üçün atılmalı addımlar barədə də danışıb: “Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Bu sahədə də mütləq islahatlar aparılmalıdır. Yəni Azərbaycana investisiya qoyan hər bir yerli və xarici sahibkar bilməlidir ki, onun əmlakı ciddi şəkildə qorunur və ona qarşı hər hansı qəsdin qarşısı məhkəmə qaydasında alınacaq. Özü də o cür qızların oynaması Bakıdakı əksər gecə barlarında var. Yaxud qəlyan elanı əksər kafelərdə var. Əgər bunun qarşısını almaq lazımdırsa, bu da qanunvericilik qaydasında tənzimlənməlidir. Sahibkar istəsə, o qəlyanı təkcə qızlar üçün yox, hamı üçün pulsuz elan edə bilər. Bu, Azərbaycan mənəviyyatına ziddir deyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır? Bizim qanunlar hansısa qadına qəlyan çəkməyi qadağan edirmi? İndi insanlar başlayacaq ki, Qüdrət Həsənquliyev deyir, bəs qadınlara pulsuz qəlyan verilməlidir. Mən ona görə deyirəm ki, demokratik cəmiyyətin insanını yaratmaq lazımdır ki, onlar sabah o formada üstümüzə gəlməsinlər”.

Q.Həsənquliyev də hesab edir ki, ola bilsin, milli dəyərlərlə bağlı qanunlardakı boşluqların doldurulmasına zərurət var: “Məsələn, mən Malayziyada olmuşdum. Orada müsəlmanların kazinoya girişi qadağan idi. Yaxud Tehranda müsəlmanlara içki qadağandır - düzdür, əksəriyyət içir - amma ermənilərə içki qadağan deyil. İndi də turist Azərbaycana gəlib hansısa kafedə qəlyan çəkəcəksə, çəksin. Biz onsuz da qadınların içki içməyinə, siqaret çəkməsinə də pis baxmışıq. Onda bunu onlara qadağan edək. Amma bu məsələlər cəmiyyətdə ciddi müzakirə olunmalı və qanunvericilik qaydasında tənzimlənməlidir. Yoxsa mən hesab edirəm ki, qadın qəlyan çəkməməlidir və orada qəlyan çəkirlərsə, mən bu kafeni bağlayıram... Bu düşüncə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq, sözün doğrusu, utancdır. Onun bu əməlinə hüquqi qiymət verilməlidir. Hüquq-mühafizə orqanları bu məsələyə də öz münasibətini bildirməlidir ki, Azərbaycana investisiya yatırmaq istəyən şəxslər bu tipli hadisələrdən qorxmasınlar. Belə hadisələr təkcə Bakı şəhərində baş vermir. Bölgələrdə abadlıq adı altında sahibkarların nə qədər obyektləri sökülür və lazımi səviyyədə kompensasiya verilmir, insanlar uzun illər məhkəmə qapısında qalırlar, çox böyük əzab-əziyyətlə üzləşirlər. O obyektlər bir çox insanların ailəsinin yeganə dolanışıq yeri olur, söhbət ”26" kafesindən getmir. 3-4 məmur vətəndaşın əmlakını dağıtdığına görə cəzalanmalıdır ki, bir nəticə olsun... Heç bir motiv, heç bir bəhanə vətəndaşın obyektini qanunsuz sökməyə haqq qazandıra bilməz. Bu addımı atanların əməlinə, başda Hacıbala olmaqla ciddi şəkildə hüquqi qiymət verilməlidir. Bunun qarşısı alınmasa, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayacaq".

Deputatın fikirləri ilə əlaqədar, ümumiyyətlə, son zamanlar Yazıçılar Birliyinin ünvanlı tənqid və ittihamları ilə bağlı H.Abutalıbovdan münasibət öyrənmək istəyimiz isə baş tutmadı. Bakı şəhərinin meri israrlı telefon zənglərimizə cavab vermədi. İstənilən halda, Hacıbala müəllimə son hadisələrlə bağlı qəzetimizdə tribuna verməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru