İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                     "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm" .....                     Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir .....                     Sülh üçün SON GÜN... .....                     Müsavat Partiyası CNN-ə belə reaksiya verdi .....                     Zay məhsul satırlar, hələ üstəlik... .....                     Ermənistan AB-yə qoşulsa nələri itirəcək? .....                     Mustəriyə ancaq stress yaşatmağı bilirlər .....                     Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                 

Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək – xəbərdarlıq
Tarix: 23-01-2017, 08:25 | Çap et
Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək
“Bir neçə gündən sonra şəhid əsgərimiz Çingiz Qurbanovun meyitinin düşmən əlində saxlanmasının bir ayı tamam olacaq. Bu müddət ərzində həyasız və insanlıqdan kənar bir həyat tərzi sürən vəhşi, faşist ermənilər hələ də öz inadkarlıqlarından əl çəkib hərbçimizin nəşini qaytarmırlar. Əslində düşmən heç özü də nə istədiyini doğru-düzgün anlamır”.

Hərbi ekspert Üzeyir Cəfərov bunları “Yeni Müsavat”a ötən ilin 29 dekabrında Ermənistanın diversiya-kəşfiyyat qrupunun hücumunu dəf edərkən həlak olan əgərimizlə bağlı düşmənin göstərdiyi anti-insani münasibət haqda danışarkən bildirdi. Onun sözlərinə görə, bəlkə də erməni tərəfi bununla özünü qarşıdakı hadisələr zamanı necə çətin bir duruma saldığını təsəvvürünə belə gətirə bilmir: “Düşmən hələ ki, eyforiyadadır. Ermənilər onsuz da özlərini öldürsələr belə, məcburiyyət qarşısında qalıb şəhid əsgərimizin meyitini qaytarmağa məcbur olacaqlar. Bunun başqa alternativi yoxdur. Amma demişik və bir daha təkrarlayırıq ki, Ermənistan çox pis ənənənin təməlini qoydu. Onları mütləq peşman edəcəyik və özü də bu, çox yaxın zamanlarda baş verəcək. Zatən o proses başlayıb, amma onun bəzi detalları var ki, bunun üzərində Azərbaycan Müdafiə Nazirliyi, qoşunların təmas xəttində olan hərbi hissə və birləşmələrin komandanlığı çox ciddi iş aparır”.

Ü.Cəfərov xatırlatdı ki, dekabrın 29-dan bu günə kimi, yəni Çingizin şəhid olduğu vaxtdan bu yana bizim cəmi 1 itkimiz olubsa, düşmənin bu müddət ərzində 5-7 arası ölən və yaralanan hərbçisi olub: “Bu, hələ bizim açıq mənbələrdən aldığımız məlumatdır. İndi görün, açıqlanmayan məlumatlar nədən xəbər verir. Beynəlxalq qurumlar isə növbəti dəfə özlərini rüsvay etdilər. Ermənistan siyasi və hərbi rəhbərliyi ATƏT-in, Avropa Şurasının və digər qurumların üzünə faktiki tüpürdü. Yəni onların həqiqətən də mənasız təşkilatlar olduğunu sübut etdi. Məni sakit buraxmayan bu polşalı casus Anjey Kaspşikin, ümumiyyətlə, şəhid əsgərimizin meyitinin qaytarılması ilə bağlı sərgilədiyi son dərəcə yekəxana biganəliyidir. Axı bu yaramaz erməni tərəfdən bir işğalçı cəhənnəmə vasil olanda, az qala özünü ”cırır". Mən tam əminəm ki, tez bir zamanda biz Ermənistan ordusunun necə sərt şəkildə cəzalandığının şahidi olacağıq. Şərəfli komandirlərimiz lazım olan hər şey edirlər ki, tez bir zamanda düşmən və havadarları, nəhayət ki, öz yaramazlıqlarını anlasınlar. Mən bunu söz xətrinə, pafos naminə demirəm. Çox ciddi şəkildə bu məsələ üzərində işlənilir. Sadəcə, bir az zaman lazım olacaq. Şəhidimizi də biz tezliklə ən yüksək səviyyədə torpağa tapşıracağıq. Bunu düşmənlərimiz də özləri görəcəklər".

Sabiq təhlükəsizlik xidməti zabiti Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirdi ki, əsgərimizin nəşinin qaytarılmasının bir neçə yolunu görür: “İlk öncə məsələnin danışıqlar yolu ilə həlli mümkündür. Belə ki, beynəlxalq qurumların Ermənistana ciddi təzyiqi ilə məsələni həll etmək lazımdır. Əgər münaqişənin həllini ATƏT öz üzərinə götürübsə, həmsədr dövlətlər bu missiyaya uyğun addımlar atmalıdır. Bundan başqa, Cenevrə razılaşması ilə bağlı Ermənistana xəbərdarlıq edilməlidir. Eyni zamanda, ”xalq diplomatiyası", dini qurumlar da öz xətləri ilə bu məsələyə qarışmalıdır". A.Nağıyev hesab edir ki, ermənilərin havadarları olan dövlətlər də onlara təzyiq göstərə bilərlər: “Əsir və girovlarla bağlı Dövlət Komissiyası da müvafiq danışıqlar aparmalıdırlar və bu istiqamətdə işlər gedir. Diaspora təşkilatları da aktiv rol oynamalı və müvafiq aksiyalar keçirməlidir. Bütün bunlar nəticə verməsə, o halda hərbi müdaxilə edərək əks tərəfin əsgər və zabitini ölü, yaxud diri ələ keçirmək, şəhidimizlə dəyişmək lazımdır”.

Qarabağ Qazilər Birliyinin sədri, keçmiş döyüşçü Etimad Əsədov isə təəssüflə bildirdi ki, nəinki şəhid əsgərimizin nəşini, həmçinin Şuşada girov saxlanılan iki həmvətənimizin də geri qaytarılması mümkünsüz deyil: “Girovların, həmçinin şəhidimizin geri qaytarılması ilə bağlı danışıq xətrinə danışıq aparmamalıyıq. Düşmənin və beynəlxalq təşkilatların qarşısına konkret tələb, mövqe qoyulmalıdır. ATƏT-dən yüksək səviyyədə tələb olunmalıdır ki, ya siz bu insanların geri qaytarılmasına nail olursunuz, şəhid əsgəri geri alırsınız, ya da birdəfəlik ayağınızı bu ölkədən çəkirsiniz! Yaxud pazı pazla çıxararlar. Biz də ermənilərin postlarına girməli, düşmən hərbçilərini öldürüb cəsədini götürməli, deməliyik ki, gətirin əsgərimin meyitini, aparın cəsədlərinizi, əclaflar!”

E.Əsədov beynəlxalq qurumların davranışları ilə bağlı kifayət qədər sərt mövqe ortaya qoymağın tərəfdarıdır: “Biz, nəhayət, ayılmalı, ortaya iradəmizi qoymalıyıq! İşğala, soyqırımına məruz qalan bizik, amma beynəlxalq təşkilatlar elə davranırlar ki, elə bil bu faciələri ermənilər yaşayıb. Azərbaycan hökuməti səfərbər olunmalı, torpaqların azad olunmasını qarşıya məqsəd qoymalıdır. Azərbaycan dövləti sülh tərəfdarı olduğunu bəyan etməklə yanaşı, xalqa imkan verməlidir ki, qəhrəman oğullarımız ermənilərin bizim ərazimizdə ordu saxlamasına, rahat oturmalarına, məscidlərimizdə donuz saxlamalarına imkan verməsin”. Qarabağ qazisi bildirdi ki, Azərbaycan xalqı bu torpaqların azadlığı üçün canını verməyə hazırdır: “Lələtəpə hadisələri göstərdi ki, əlil və şəhid ailələrinə nə qədər biganəlik olsa da, onların övladları yenə Vətən uğrunda savaşa hazırdırlar. Mən Lələtəpədə də, Goranboy tərəfdə də olmuşam, həmçinin Cəlilabadda gənclərimizin hərbi xidmətə yola salınması prosesində iştirak etmişəm. Gənclərimiz ”Vətənə canımız fəda" deyib, bayrağımızı öpüb hərbi xidmətə yola düşdülər. Valideynlərimiz də deyirdilər övladlarımızı Vətənə qurban demişik, yetər ki, torpaqlar alınsın. Bundan artıq ruh yüksəkliyi, Vətənə bağlılıq nə ola bilər ki? Bu ruhu öldürmək olmaz, bu ruha sahib çıxıb insanlarımızı torpaqların azadlığı uğrunda mübarizəyə səfərbər etmək lazımdır. Qoy biz ölək, amma torpağımız azad olunsun, alnımızdakı ləkəni silib-təmizləyək, Xocalının qisasını alaq! Biz bu qisası Qiyamətədək saxlaya bilmərik. Əks təqdirdə gələcək nəsillər bizi lənətləyəcək. Bu hadisələr bizim zamanımıza düşübsə, onu biz həll etməliyik, gələcək nəsillərə saxlamamalıyıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru