Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                     "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm" .....                     Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir .....                     Sülh üçün SON GÜN... .....                     Müsavat Partiyası CNN-ə belə reaksiya verdi .....                     Zay məhsul satırlar, hələ üstəlik... .....                     Ermənistan AB-yə qoşulsa nələri itirəcək? .....                     Mustəriyə ancaq stress yaşatmağı bilirlər .....                     Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                 

“Azərbaycana terror təhlükəsi artıb” - Keçmiş MTN-çi
Tarix: 16-01-2017, 07:58 | Çap et
“Azərbaycana terror təhlükəsi artıb”
Hazırda Azərbaycanda sosial-iqtisadi, siyasi istiqamətlərdə ciddi proseslər gedir. Son günlər həmçinin terror təhlükəsinin Azərbaycanda duyulduğu barədə vaxtaşırı həyəcanlı məlumatlar yayılır. Eyni zamanda, Qarabağ münaqişəsi ətrafında mürəkkəb proseslər getməkdir. Bundan əlavə, şəhid əsgərimizin cəsədi 18 gündür erməni tərəfdədir və hər kəsin diqqətlə izlədiyi MTN hadisələri ilə bağlı məhkəmə prosesləri davam edir.

Gündəmdəki bu kimi məsələləri MTN-in sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə dəyərləndirdik.

- Sülhəddin bəy, ölkə daxilində hazırda cərəyan edən prosesləri necə dəyərləndirirsiz?

- Ölkə sistem böhranındadır. Eyni zamanda idarəçilik böhranı yaşayırıq. Hakimiyyət nə istədiyi kadr dəyişikliklərini, nə də islahatları həyata keçirə bilər. İslahatlar istiqamətində atılan addımlar da öz nəticəsini vermir. Bunun da idarəçilik böhranını daha da dərinləşdirdiyi görünür. Hakimiyyətin ölkədəki böhrandan çıxması mümkünsüz görünür. Müxalifətə gəldikdə isə, müxalifətin ölkədə gedən proseslərə təsiri yoxdur. Çünki müxalifət sistemdən kənar qoyulub. Görünən odur ki, iqtidar gələcəkdə bu yöndə ciddi addımlar atmayacaq, siyasi dialoqlara getməyəcək, demokratik dəyişikliklər aparmayacaq. Bunun da nəticəsində idarəçilik böhranı daha da dərinləşəcək.

Buna paralel, ölkədə iqtisadi və sosial böhran gərginləşəcək. Dünyada neftin qiymətinin aşağı düşməsi ilə ölkə maliyyə-iqtisadi və sosial-iqtisadi böhran yaşayır. Ölkənin struktur islahatlarına ciddi ehtiyacı var. Lakin mövcud hakimiyyətin bu istiqamətdəki səylərini görmürük. Gələcək baxımından bu istiqamətlərdə pozitiv dəyişikliklərin olacağını düşünmürəm. Neftin qiymətinin nisbi artımı müvəqqəti xarakter daşıyır. Sabit olsa belə, bu sosial və iqtisadi yöndə irəliləyişlərə səbəb olmayacaq. Çünki ölkənin iqtisadi və idarəçilik sahəsində struktur islahatlarına ehtiyac var. Struktur islahatlarının da 5 ildən tez nəticə verməsi mümkün deyil.

Sosial sahə iqtisadi sahə ilə sıx bağlıdır. İqtisadi sahədəki idarəçilikdə böhran yaşandığından bu sahədəki gərginlik də davam edəcək. Maaşların artırılması mümkün deyil, əhalinin gəlirləri və iş yerləri azalır. Digər tərəfdən də manatın devalvasiya nəticəsində alıcılıq qabiliyyəti aşağı düşür. Buna paralel də inflyasiya gedir. Bunun hansı ictimai-siyasi, yaxud sosial-siyasi nəticələri olacaq, bunu gələcək göstərəcək. Əhalinin bu günləri passivliyi sosial-iqtisadi vəziyyətə adekvat deyil. Buna səbəb də hakimiyyətin uzun illərdir apardığı repressiv siyasətdir. Demokratik mübarizə aparan qüvvələr sıradan çıxarılıb. Bu, bir müddət davam edəcək. İndiki durum yeni siyasi qüvvələrin ortaya çıxmasını tələb edir ki, bu da zaman alacaq.

- Mart ayında struktur dəyişikliklərinin olacağının anonsları verilir...

- Açığı optimist düşünə bilmirəm. Azərbaycanda 21 fevralda maliyyə-iqtisadi böhran başlayarkən cəmiyyət və siyasi dairələrdə müəyyən ümidlər var idi. 21 dekabrdakı ikinci devalvasiyadan sonra hakimiyyətin islahatlar aparmaq qabiliyyətində olmadığı açıq göründü. Bu baxımdan qarşıdakı zamanlarda ölkədə demokratik siyasi, iqtisadi, hüquqi islahatların aparılacağını gözləmirəm. Bunun üçün yeni siyasi baxışa malik komandaya ehtiyac var. Bu komanda hakimiyyətə gəlməyənə və yeni islahatlar proqramı irəli sürməyənə qədər müsbət dəyişikliklərin olacağına inanmıram. Hətta bu gün sistemli addımlar bu istiqamətdə atılsa belə, bunun nəticələrini beş il gözləməli olacağıq.

Hakimiyyət bunun üçün lazım olan vaxtı çoxdan buraxıb. Böhrandan sonra hakimiyyət daxilində gedən proseslər də bu istiqamətdə hər hansı bir ümidə yer buraxmır. Bunun əsas səbəblərindən biri də ölkədə xarici təsirlərin güclü olması, eyni zamanda “beşinci kolon”un mövcudluğu və bu kolonun hakimiyyətdə güclü mövqeyə sahib olmasıdır. Onlar Azərbaycanda demokratik islahatların aparılmasında maraqlı deyillər.

- Ölkə daxilində gedən proseslərdən biri də MTN məhkəməsidir. Bu proseslərin obyektiv aparıldığını demək mümkünmü?

- Ölkədə ictimai-siyasi proseslərlə maraqlanan hər bir kəs bilir ki, bu proses obyektiv aparılmır. MTN hərbi təşkilatdır. Burada birinci şəxsin razılığı olmadan bu qədər cinayətlərin baş verməsi mümkün deyil. Nə qədər ki, birinci şəxs məsuliyyətə cəlb olunmayıb - onun məsuliyyətə cəlb olunacağını da düşünmürəm - istintaq prosesinin obyektiv aparılacağına inanmıram. Heç bir vətəndaşımız da buna inanmır. Ona görə də bunun detallarına getmək istəmirəm.

- Sülhəddin bəy, ölkəmizə İŞİD təhlükəsi də artmaqdadır. Səngəçalda baş verən üç hadisənin fonunda bu barədə nə deyə bilərsiniz?

- Uzun müddətdir deyirəm ki, Azərbaycana terror təhlükəsi artıb. Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən, Antiterror Mərkəzi işlərini sürətləndirməli, ölkə daxilində qabaqlayıcı tədbirlər görülməlidir. Bununla bağlı bu sahədə təcrübəsi olan böyük dövlətlərlə kəşfiyyat informasiya mübadiləsini gücləndirməlidir. Terrorun təhdid səviyyəsi günbəgün artır. Ölkə daxilində terror hadisələri baş verir, sadəcə, hakimiyyət bunu gizlədir. Ola bilsin ki, ölkədə panikanın olacağı üçün bu hadisələr gizlədilsin. Amma bu yanlış yanaşmadır. Çünki cəmiyyətin məlumat almaq hüququ var. Hakimiyyətin borcudur ki, cəmiyyəti baş verənlər barədə məlumatlandırsın. Gizlətməklə nəticə əldə etmək mümkün deyil. Cəmiyyəti bu tipli hadisələrə psixoloji olaraq hazırlamaq lazımdır. Çünki qonşu dövlətlərdə baş verənlər tipində hadisələr bizdə də baş versə, o zaman ölkədə panika yaranacaq. Bunun olmaması üçün hakimiyyət cəmiyyəti buna hazırlamalıdır.

- Qarabağla bağlı gedən proseslərə baxışınızı bilmək istərdik

- 4 iyun qiyamından bu yana bu məsələdə eyni mövqedə qalıram. Neçə ki, Xəzər regionu və Cənubi Qafqazda Rusiyanın hakim mövqeyinə son verilməyib, bu münaqişənin həlli, xüsusilə Azərbaycan xeyrinə beynəlxalq hüquq normaları əsasında həlli mümkün deyil. Çünki bu konflikt Rusiyanın Ermənistan vasitəsilə ilə öz imperiya maraqlarından geri çəkilməyərək, Azərbaycana qarşı apardığı vəkalət mübarizəsidir. Neçə ki, Rusiya və onun müttəfiqi Ermənistan öz strateji niyyətlərinə çatmayıblar, Azərbaycanı yenidən Rusiyanın tərkibinə qaytarmayıblar, bu problemin həlli mümkün deyil. Digər tərəfdən, münaqişənin həlli regional geosiyasi, hərbi vəziyyətin dəyişməsi halında mümkündür. O zaman da demək mümkün deyil ki, münaqişə Azərbaycanın xeyrinə beynəlxalq hüquq normaları ilə həll olunacaq. Çünki Rusiyanın regionda mövqeyinin zəifləyəcəyi halda Ermənistan dəstəyini Amerika və Avropanın aparıcı dövlətlərindən biri olan Fransadan alacaq. Azərbaycan zaman baxımından gecikib. Ermənistan Rusiya ilə müttəfiq olduğu zamanlarda, əks qütblə ABŞ, Türkiyə, və digər dövlətlərlə, o cümlədən, NATO ilə münasibətini qurmalı idi ki, gözlənilən durum dəyişiklikliyinə hazır olsun. Durum dəyişərsə, Ermənistan yenə daha çevik tərpənəcək, daha tez Qərblə münasibətlər quracaq. Unutmayaq ki, Ermənistan həm də xristian ölkəsidir.

- Dekabrın 29-dan şəhid əsgərimizin cəsədi erməni tərəfdədir. Görünən işlər nəticəsiz qalır...

- Azərbaycan, nəhayət, Rusiya və Ermənistanla eyni anda müharibə vəziyyətində olduğunu anlamalı, Minsk Qrupunun və həmsədrlərin tərkibinə diqqətlə baxmalıdır. Hər üçü erməni lobbisinin ən güclü olduğu dünya dövlətləridir. Azərbaycanın mülkü və hərbi kəşfiyyat orqanları əməliyyat apararkən buna hərtərəfli hazırlaşmalıdırlar. Bu hazırlıq olmadan hər hansı əməliyyatın həyata keçirilməsi yanlışdır. Sonda belə nəticələrə gətirib çıxarır.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru