Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                     "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm" .....                     Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir .....                     Sülh üçün SON GÜN... .....                     Müsavat Partiyası CNN-ə belə reaksiya verdi .....                     Zay məhsul satırlar, hələ üstəlik... .....                     Ermənistan AB-yə qoşulsa nələri itirəcək? .....                     Mustəriyə ancaq stress yaşatmağı bilirlər .....                     Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? .....                     Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? .....                     Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir .....                     “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                 

"Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur"
Tarix: 23-12-2016, 08:41 | Çap et
"Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur"
Bir müddət əvvəl Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri bir araya gələrək iki ölkə arasında “sülh naminə platforma” yaratdıqlarını bəyan etdilər. Daha sonra Ermənistandan Azərbaycana “qonaqlar” gəldi. Bu zamana qədər müharibə tərəfdarı kimi görünən rəsmi Bakının da hazırda sülh təşəbbüsünə isti yanaşdığı sezilir. Bəs, görəsən, münaqişənin sülh yoluyla həlli nə qədər realdır?
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. Partiya sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik:

-İlyas müəllim, Qarabağ münaqişəsi başladığı ilk dövrlərdə Siz Azərbaycan SSRİ-nin Prokuroru idiniz. Qarabağ erməniləri bu hadisələrdə nə qədər aktiv idilər? Ümumiyyətlə, problemin həllini necə görürsünüz?

-Fransanın əfsanəvi generalı, sonradan Prezidenti olmuş Şarl de Qollun gözəl bir sözü var: “əgər Siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”…
Dağlıq Qarabağ probleminin həlli də, ilk növbədə, problemin mahiyyətinin aydınlaşdırılmasını tələb edir. Necə ki, həkimlər də bir xəstəni müalicə etməmişdən əvvəl onun xəstəliyini müəyyənləşdirirlər, yəni xəstəliyə diaqnoz qoyurlar, bu yanaşmanı siyasi hadisələrə də şamil etmək olar. İndi, gəlin, aydınlaşdıraq: Dağlıq Qarabağda nə baş verib? Doğrudanmı, orada məskunlaşan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirdilər? Başqa sözlə desək, bu, milli azadlıq hərəkatı idi, yoxsa, orada beynəlxalq hüquqla pişlənilən separatçı-terrorçu hərəkat baş vermişdi?
O zaman mən Azərbaycan SSRİ-nin Prokuroru kimi Dağlıq Qarabağda tez-tez olur, təkcə prokurorluq işçiləri ilə deyil, sadə vətəndaşlarla da ünsiyyət qururdum. Əhalinin mütləq əksəriyyətinin həyatlarından razı olduqlarının həm Dağlıq Qarabağda, həm ətraf rayonlarda yaşayan azərbaycanlılarla münasibətlərinin normal olduğunu görürdüm. Bu mənim şəxsi qənaətimdir. Razılaşmayanlar da ola bilər. İndi görək, böyük müəllimimiz və tərbiyəçimiz Cənab Tarix nə deyir?
1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ var idi – Ermənistanın ərazisini genişləndirmək və bu işə haradan başlamalı?
Türkiyə güclü dövlət olduğundan onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan-Dağlıq Qarabağdan, ya da qərbdən, Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub göndərdilər və oranı əmin etdilər ki, bu, Rusiyanın da maraqlarına uyğundur.
Yeri gəlmişkən, SSRİ-nin şəksiz rəhbərliyi olan Sov. İKP MK-da 49 erməni işləyirdi, amma bir nəfər azərbaycanlı vardı və onun da anası erməni idi. MK-nın Baş katibi M. S. Qarboçovun ən yaxın adamı olan köməkçisi də Dağlıq Qarabağdan çıxmış, Bakıda böyümüş Georgi Şahnazarov idi.
Bu qərarın həyata keçirilməsinin nəticələri göz qabağındadır – Dağlıq Qarabağ və ətrafında olan 7 rayon millətçi-şovinistlərin idarə etdikləri Ermənistan tərəfindən işğal olundu.
Dağlıq Qarabağda Daşnak partiyasının separatçı-terrorçu siyasətini həyata keçirən sarkisyanlar onların sözünə baxmayan Xocalı aeroportunun qadın rəhbərinin evini partlatdılar, onun özünü, ərini və iki uşağını öldürdülər. Məqsədləri terror vasitəsilə əhalini qorxu altında saxlamaq idi. Xatırlayıram ki, 1990-çı ilin fevralında 1989-cu ilin yekunlarını ətraf rayonların prokurorlarının iştirakı ilə Stepanakertdə Vilayət prokurorluğunun kollegiyasında müzakirə etdik. Prokurorluğun bəzi rəhbər işçiləri kollegiya iclasında iştirak etmirdilər. Bunun səbəbini soruşanda mənə onların məktublarını verdilər. Yazırdılar ki, biz kollegiya iclasına gəlsək, axşam evimiz partladılacaq. İndi söz sizindir-gələkmi? Mən Xocalı aeroportunun rəhbərinin taleyini yada salaraq, təhlükənin real olduğunu hiss etdim və göstəriş verdim ki, iclasa gəlməsinlər.
Bir sözlə, Dağlıq Qarabağ erməni terrorçu-separatçıları tərəfindən zəbt edildi.
Mən hələ, Moskvada işlədiyim zamanlarda Dağlıq Qarabağ Vilayət Prokurorluğunun işçilərindən zəng edirdilər ki, onları tək qoymayaq, terrorçu separatçıların əlindən qurtaraq.
Artıq xeyli vaxt keçib. Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaqlar tərəfindən təşkil olunan terrorçu-separatçı hərəkat olması heç kimdə şübhə doğurmur. Belə hərəkat nəticəsində isə heç bir dövlət qurula bilməz.Bu, beynəlxalq hüquqa zidd olardı…

-Bəs, bu problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Mən uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər.
Onu da qeyd etməliyəm ki, ATƏT-in qərarları konsensusla qəbul edilir, yəni bir nəfərin razılığı olmasa, qərar meydana çıxmır. Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər.
Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də Minsk qrupunun üzvü olsun, guya Ermənistan buna etiraz edir. Türkiyə, bizi istəyən Pakistan, yaxud İran da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq. Odur ki, məsələ BMT TŞ-nın gündəliyinə qaytarılmalıdır. Ondan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icra etsin. Nə üçün Liviya ilə bağlı qərar qəbul etdilər və həyata keçirdilər, təkcə M. Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər? Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı azad etməliyik.
Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur, 10 milyon əhali eyni mövqedədir. Bunun qarşısında isə heç kim dayana bilməz. Aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.

-İlyas müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri də, prinsipcə, siz deyəni etiraf edirlər. Ötən illərdə həmsədrlərdən biri bildirdi ki, biz nə edə bilərik? Vəzifəmiz təkliflər hazırlayıb tərəflərə təqdim etməkdən ibarətdir. Problemin həlli üçün gərək tərəflər ümumi razılığa gələ, Prezidentlər öz aralarında qarşılıqlı güzəştə söykənən müzakirələr aparalar…

-Əvvəla, Azərbaycan özünün imkanı çatdığı qədər güzəştli variantlar təqdim edib. Ermənistan bununla razılaşmır. Daha hansı güzəştdən söhbət gedə bilər?
İkincisi, Ermənistan rəhbəriylə dil tapılacağı ehtimalına da inanmıram. Çünki bu adam söz sahibi deyil. Bir tərəfdən Rusiyanın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağın nə faydası var? O istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməz…

-Amma bu yaxınlarda Ermənistan lideri Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi…

-Bu da erməni fırıldaqlarından biridir. Düzdür, siz demişkən, Azərbaycanın ərazi bütövlüyünü etiraf etdi, amma ardınca da beynəlxalq hüquqdakı millətlərin öz müqəddəratını təyin etmək prinsipindən dəm vurdu. Beləliklə də, Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, Xocalı qətliamına bəraət qazandırmağa çalışdı. Guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indisə “Artsax”. Bu yalana inanmaq istəyənlər də var. Halbuki, Dağlıq Qarabağda erməniəsilli Azərbaycan vətəndaşları yaşayırlar. Onlara isə beynəlxalq hüququn göstərilən prinsipi şamil oluna bilməz. Ermənilər öz müqəddaratını təyin edib Ermənistan respublikasını yaradıblar. Hardasa birgə yaşayan ermənilər varsa, onlara bu hüquq verilə bilməz. Əks halda, dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu nonsesdir. Qoy, ermənilər kompakt yaşadıqları Krasnodarda, Stavropolda, Rostov vilayətində, Koliforniya statında erməni dövləti yaratsınlar, görüm, yarada bilirlərmi?

-Yeri gəlmişkən, S. Sarkisyan tez-tez Dağlıq Qarabağda referendum keçirilməsini də tələb edir…

Görünür, Sarkisyana və onu dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq lazımdır. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.
Bu maddədən də göründüyü kimi, Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz.
Söhbətimizin sonunda böyük hümanist Erazmo Roterdamskinin “Axmaqlığın tərifi” adlı əsərini xatırlatmaq yerinə düşərdi. Əsərin leytmotivi odur ki, dünyada hər şey axmaqlığın şıltaqlığına qulluq edir. İndi biz də eyni vəziyyətlə qarşı-qarşıyayıq. Sanki, dünyadakı super güclər hər şeyi erməni şıltaqlığına qulluq etmək üçün formalaşdırmağa çalışırlar. Əslində isə hər şey ədalətə qulluq etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru