İqtisadi çətinliklər siyasi partiyaları “vurub”
Tarix: 16-12-2016, 09:04 | Çap et
 Devalvasiya, kommunal xidmətlər və digər sahələrdə qiymət artımı əhalinin iqtisadi vəziyyətinə pis təsir edib. Böhranın siyasi partiyalara təsiri nələr olub? Partiya nümayəndələri Modern.az-a iqtisadi böhranın təsirindən danışıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, devalvasiya partiyaya deyil, partiyanın üzvlərinə təsir edib. “O da təbii ki, siyasi fəallığın aşağı düşməsinə, narazılığın artmasına, gərginliyin çoxalmasına səbəb olur. Əvvəllər loyal bir mövqe istəyən partiya üzvləri indi tələb edir ki, partiya radikal mövqe sərgiləsin, hadisələrə əvvəlki kimi təşkilatçılığı üzərinə götürsün. Aktiv siyasi mövqe dönəminə keçməyi tələb edirlər. Bizim partiyanın maliyyə vəziyyəti əvvəl də pis olub, indi də pisdir. Olmayan maliyyə vəziyyətinə devalvasiya təsir edə bilməz. Maliyyə olmadığı üçün, biz işçilərimizin təşəbbüskarlığı ilə fəaliyyət göstəririk”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, devalvasiya hər bir insanın həyatına bilavasitə təsir göstərib. “Partiyanı da insanlar təşkil etdiyi üçün insanların da həyatına təsir edir. Partiyaların qərargahı olduğu üçün devalvasiya və qiymət artımı partiyaya bilavasitə təsir edir. Qərargahın kommunal xərcləri və digər məsrəfləri var. Qiymətlər artdığı üçün müəyyən çətinliklər yaranıb. Hamı necə biz də elə, fərqli bir situasiya yoxdur”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, partiya cəmiyyətin tərkib hissəsidir. “Təbii ki, devalvasiya və qiymət artımı hamıya təsir etdiyi kimi bizə də təsir edib. Biz bu məsələlərə hamıdan əvvəl reaksiya veririk, hamıdan öncə təsirlərini hiss edirik. İllərdir bu çətinliklərlə yaşayırıq. Hakimiyyət elə düşünürdü ki, böhran Azərbaycandan yan keçəcək. Böhran Azərbaycana elə təsir edib ki, çıxılmaz vəziyyətdə qalıb. Azərbaycan bu böhrana hazırlıqlı olmadı. KXCP də cəmiyyətin tərkib hissəsi olduğuna görə, hamı kimi bizə də kəskin şəkildə təsir etdi. Partiyanın uzun müddətdir maliyyəsi yoxdur, buna görə də öyrəncəliyik bu məsələlərə. Bu problemlərlə bağlı uzun müddətdir mübarizə aparırıq, amma heç bir nəticəsi yoxdur”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib ki, devalvasiyanın partiyaya təsirindən danışmağın bir mənası yoxdur. “Ümumiyyətlə, devalvasiyanın ölkə vətəndaşlarına təsiri nələr olubsa, partiyaya da təsirləri elə olub. Onsuz da bizim partiyamızın hansısa bir hesabı, maliyyəsi yoxdur. Devalvasiya bizə bir vətəndaş olaraq təsir edib, partiyaya başqa hər hansı bir təsiri yoxdur”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı devalvasiyanın Azərbaycanın hər bir sahəsinə təsirinin hiss olunan qədər olduğunu bildirib. “Devalvasiyanın təsirləri ilə qiymətlər bahalaşıb. Amma bunun müqabilində əhalinin əməkhaqıları artırılmayıb. Bu da manatla əməkhaqqı alanların vəziyyətinə təsirsiz ötüşmür. Müsavat Partiyasının üzvləri əsasən təqüdçülərdən və işsizlərdən ibarətdir. Vəziyyət o hədə çatıb ki, adi üzvlük haqqının ödənilməsində problemlər yaradır. Üzvlük haqqının yığılmasına problem yaranırsa, partiyanın ödəmələrində də öz təsirini göstərir. Bir tərəfdən də kommunal xərclərin qiymətinin artması vəziyyəti pisləşdirib”. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, devalvasiya hər sahəyə təsir etdiyi kimi, partiyalara da təsir edib. “Parlamentdə təmsil olunan partiyalara dövlət tərəfindən yardım göstərilir. Amma bu yardım əvvəlki illərdəkindən xeyli azalıb. Manatla verildiyinə görə devalvasiyanın və qiymət artımının təsirindən tələbatları ödəməyə çatmır. Digər tərəfdən də partiya üzvlərinin həyat şəraitinə təsir edib. Özəl müəssisələrin çoxu bağlanır, işsizlərin sayı artır. Bunun da partiyaya təsirləri olur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25 |
|
|
|
| • Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23 |
|
|
|
| • On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20 |
|
|
|
| • Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
| • ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03 |
|
|
|
| • Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02 |
|
|
|
| • Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00 |
|
|
|
| • Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51 |
|
|
|
| • "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46 |
|
|
|
| • Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44 |
|
|
|
| • Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37 |
|
|
|
| • Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34 |
|
|
|
| • Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23 |
|
|
|
| • Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11 |
|
|
|
| • Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10 |
|
|
|
| • Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54 |
|
|
|
| • Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
| • AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19 |
|
|
|
| • Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18 |
|
|
|
| • “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14 |
|
|
|
| • "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11 |
|
|
|
| • "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07 |
|
|
|
| • İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01 |
|
|
|
| • Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59 |
|
|
|
| • ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58 |
|
|
|
| • Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17 |
|
|
|
| • Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34 |
|
|
|
| • “Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26 |
|
|
|
| • Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24 |
|
|
|
| • Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
| • Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35 |
|
|
|
| • Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28 |
|
|
|
| • Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25 |
|
|
|
| • “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16 |
|
|
|
| • İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13 |
|
|
|
| • Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08 |
|
|
|
| • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07 |
|
|
|
| • BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04 |
|
|
|
| • Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57 |
|
|
|
| • Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50 |
|
|
|
| • Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45 |
|
|
|
| • Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
| • Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36 |
|
|
|
| • Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35 |
|
|
|
| • Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31 |
|
|
|
| • Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30 |
|
|
|
|