"Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                     44 günlük müharibənin generallarından birinə yeni ittiham .....                     Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir .....                     Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib .....                     Allahın, yoxsa texnikanın ümidinə: .....                     Kremldən Bakıya yeni təklif: .....                     “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək .....                     İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün .....                     Müəllimini güllələyən şagirdin valideynləri .....                     Şair Əşrəf Veysəlli vəfat edib .....                     Mülayim şərq küləyi əsəcək .....                     Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın .....                     Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu .....                     Sabah Ermənistanda “sükut günü”dür .....                     Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub .....                     Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi .....                     İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... .....                     Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini .....                     Moskvaya ayaq öpməyə gedibmiş .....                     Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? .....                     "Ermənistan hara gedir?" .....                     Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı .....                     "Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." .....                     Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq .....                     Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                     Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır .....                     Afaq Bəşirqızı əməliyyat olundu .....                     Rusiya Qarabağa qayıdır? .....                     Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                 

Partiyaların ləğvinə hazırlıq başlayıb
Tarix: 27-05-2016, 09:36 | Çap et
Partiyaların ləğvinə hazırlıq başlayıb
“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.

Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.

S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: “Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.

S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: “Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

“Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib.
ADP sədri Sərdar Cəlaloğlu heç bir fəaliyyəti olmayan partiyaların ləğvinin tərəfdarı olduğunu bildirdi: “Azərbaycanda adı mövcud olub fəaliyyət göstərməyən partiyalar ləğv olunmalıdır. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Əgər bu partiyaların yarıdan çoxu Azərbaycanın heç bir problemi ilə bağlı heç bir mövqe bildirmirsə, heç bir fəaliyyətləri yoxdursa, bəziləri isə yalnız seçkilərdə hakimiyyətin həyata keçirdiyi seçki saxtakarlığında bir dekor kimi iştirak edirsə, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur, qeydiyyatları ləğv olunmalıdır. Adı olub özü olmayan, ictimai şüurun formalaşmasında iştirakı olmayan partiyaların ləğv olunmasının tərəfdarıyam.

Maliyyə hesabatları məsələsinə gəlincə, hökumətin dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyənin xərclənməsinin hesabatını tələb etməsinə, hesabatı verməyənləri cəzalandırmasına daha çox mənəvi haqqı var. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb etmək və hesabat verməyən partiyanı cəzalandırmaq düzgün və məntiqli deyil. Bu, yalnız partiyaya siyasi təzyiq üçün bəhanədir. Məqsəd müxalifət partiyalarını müxtəlif bəhanələrlə sıxışdırmaqdır. Qanuna o cür sərt dəyişiklik edilməsində sağlam niyyət yoxdur. Bu da Azərbaycana yaxşı gələcək vəd eləmir".

VİP sədri Əli Əliyev bildirdi ki, S.Novruzovun açıqlamaları adətən iqtidarın yüksək səviyyəli icra planlarının ifadəsi olur. Bu açıqlaması da iqtidarın partiyaların sırasına “əl gəzdirmək” fikrinə düşdüyünün anonsudur: “Əslində gedişat bunu göstərir. Siyasi məhbuslara yönəlik siyasətdən aydın görünür ki, pərdəarxası səviyyədə Qərbin ciddi təzyiqi mövcuddur. Bu pressinq hakimiyyəti siyasi islahatlara vadar etmək məqsədi görünür. Jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasına nümayiş etdirilən beynəlxalq reaksiya məsələnin hansı səviyyədə kontrol edildiyindən xəbər verir. Olayın Putinin Savçenko ilə bağlı qərarı ilə üst-üstə düşməsi Azərbaycanın Rusiya ilə bərabər durumda olduğunu simvolizə edir. Siyasi məsələlərlə bağlı mövcud belə beynəlxalq konyuktura YAP komandasını siyasi islahatlara bu nöqtədən başlamağı diktə edir. Bu yolla yəqin ki, iqtidar "könlünə yatmayan" siyasi qurumları ortadan qaldırmaq məqsədi güdür. Əslində necə olmalıdır. Siyasi təşkilatların yaşamaq haqqını cəmiyyət seçkilərdə səsvermə yolu il müəyyən etməlidir. Hökumət bu halda notarial funksiya yerinə yetirib. təşkilatların fəaliyyət hüququnu tanımalıdır. Cəmiyyətin dəstəyi olmayan təşkilatlar rəqabət şəraitində maliyyəsizlikdən, dəstək məhrumluğundan sıra dışı ola bilər. Əks halda bu sıraya müdaxilələr siyasi repressiyanın davamı kimi qiymət alacaq".

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, onsuz da hakimiyyət 1995-ci ildə qəbul olunan konstitusiyanı, hətta demokratik görüntü yaradan qanunları bir neçə dəfə referendum keçirməklə və yaxud Milli Məclisdə dəyişikliklər edərək daha da mürtəceləşdirib və bu proses davam edir.

Siyavuş Novruzovun anons etdiyi dəyişikliklər müxalif partiyaları daha da sıxışdırıb sıradan çıxarmağa hesablanıb: “İndiyə kimi də partiyaların normal fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Müsavat Partiyasının rayon təşkilatlarının qərargahı yoxdur, demək olar ki, qeyri-leqal şəraitdə fəaliyyət göstərirlər. Ancaq buna baxmayaraq Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşməsə də üzvlərinin üzvlük haqqı və ianələrin hesabına fəaliyyət göstərir. Tam şəffaf olaraq illik maliyyə hesabatını da vaxtlı-vaxtında verir. Partiya bəlkə də ölkədə yeganə siyasi təşkilatdı ki, hər həftə Divan iclası, Sədrlər Şurasının, MNTK-nın və rayon təşkilatlarının Şura iclasları keçirilir. 3 aydan bir Məclis çağırılır. Əslində Siyavuş Novruzovun anonsunu verdiyi məsələ az-çox fəaliyyət göstərən partiyaları da bəhanələrlə sıradan çıxarmaq və ölkədə təkpartiyalılığı rəsmiləşdirməkdir”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, qanuna o cür dəyişikliklər onsuz da böhran içərisində olan çoxpartiyalı sistemi tam sıradan çıxaracaq: “Maliyyə hesabatı dövlət büdcəsindən maliyyələşən partiyalardan sorulmalıdır. Dövlət büdcəsindən maliyyələşən partiyaların bir çoxunun ümumiyyətlə fəaliyyəti yoxdur. Ancaq hər halda hakimiyyət qanuna sərt əlavələri onlara yox, məhz real müxalifət partiyalarına tətbiq etməyə çalışacaq. Bu bir təhlükə sayıla bilər. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çökdürülüb.

Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik sağlam rəqabət şəklində gedəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Bu gün, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Bu gün, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Bu gün, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Bu gün, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Bu gün, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35
Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33
Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32
Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Bu gün, 12:17
Moskvaya ayaq öpməyə gedibmiş - ilginc açıqlama
Bu gün, 12:01
Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? - ŞƏRH
Bu gün, 11:59
"Ermənistan hara gedir?" - Overçuk
Bu gün, 11:57
Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı QƏRARI AÇIQLADI
Bu gün, 11:44
"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." - MÜRACİƏT
Bu gün, 11:39
Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq
Bu gün, 11:33
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru