Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                 

Əli Kərimli dəstəsinin facebook davasında yeni pərdə - bu dəfə deputat hədəfdə...
Tarix: 5-03-2016, 10:46 | Çap et
Əli Kərimli dəstəsinin facebook davasında yeni pərdə
AXCP sədri Əli Kərimli və REAL-ın rəhbərlərindən olan, iqtisadçı Natiq Cəfərli arasında söz savaşı səngimək bilmir. Hər şey iqtisadçının Ə.Kərimlini yazdığı məlum statusa görə tənqid etməsi ilə başlayıb.

Azərbaycanda insanlara şər-böhtan atmaqda, insanları qaralamaqda ad çıxarmış Ə.Kərimli tərəfdarları sosial şəbəkələrdə N.Cəfərli başda olmaqla, REAL-çıların üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçiblər. Cəbhəçilər indiyə qədər istifadə etdikləri ən asan taktikaya yenə də üstünlük veriblər. İqtisadçı və onu müdafiə edən REAL-çıları Ə.Kərimli dəstəsi “hakimiyyətə işləməkdə”, “hakimiyyətin sifarişini yerinə yetirməkdə” suçlayırlar. Maraqlıdır ki, REAL-çılar prosesi dayandırmağa çalışsalar da, kərimçilər dayanmaq bilmir. Səbəb isə çox sadədir. AXCP sədrini tənqid edən istənilən şəxs cəbhəçilərin gözündə xain, satqın olur. Ən yaxın dostlar belə... Kərimli tərəfdarları nə edirsən et, bircə Kərimliyə toxunma, prizmasından çıxış edirlər. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər.

Bütün bunlara dözməyən deputat Fazil Mustafa da facebook profilində məsələyə münasibət bildirib: “Bu debil, qaragüruh sürüsü adını qoyub ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim ki nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, ”hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə Natiq Cəfərli, nə İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. “Hakimiyyətə işləyən” REAL təşkilatının rəhbəri illərdir həbsdədir, hakimiyyətlə savaşan AXCP təşkilatının rəhbərinin illərdir həbs olunmama qarantiyası var... Ona görə də el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzürlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım".

Bu statusdan sonra cəbhəçilər hücum hədəfini dəyişərək, F.Mustafanın üzərinə gediblər. Deputat açıq şəkildə təhqirlərə məruz qalıb.

Zaman-zaman AXCP barədə yazdıqlarımız hər keçən gün öz yerini tutmaqdadır. Xüsusilə REAL-la yaranan qarşıdurma illər öncə dediklərimizi əyani şəkildə ortaya qoydu. Belə ki, vaxtilə REAL-la bəzi qurumlarda təmsil olunan, Natiq Cəfərli başda olmaqla, REAL rəhbərliyini hakimiyyəti tənqid edən tərəf kimi göstərən AXCP indi bu şəxsləri bir anda hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. Mahiyyət ortadadır...

Bütün bunlar özlərini yeganə müxalif qurum kimi qələmə verən AXCP-nin demokratik düşərgəyə vurduğu zərbənin göstəricisidir. İş o yerə çatıb ki, həbsdəki vicdan məhbusu Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova twitter səhifəsində cəbhəçilərin iyrəncliklərindən bezdiyini belə dilə gətirib: “Əli Kərimli hakimiyyətə gəlsə, mühacirət edərəm...”

Yeni AXCP-nin sədri Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında Kərimli dəstəsi barəsində zamanında dediyi sözlərin nöqtəsindən vergülünə qədər həyata keçdiyini qeyd etdi: “Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Əli Kərimlinin dayandığını açıq şəkildə dediyimiz zamanlarda bizə haqq qazandıranlar olsa da, heç bir siyasətçi özündə cürət tapıb, fikrini ortaya qoymadı. Bizi açıq müdafiə edən də olmadı. Çünki onlar Kərimlinin ətrafına yığdığı ”zombi"lərin söyüşündən çəkindilər. Bu gün bir partiya rəhbəri, iqtisadçı təhqir olunursa, sabah hər kəs bu halla üzləşə bilər. Ona görə də Azərbaycan siyasətini bu cür insanlardan təmizləmək yolunu tutmuşuq. Hər kəsdən dəstək gözlədik, amma gəlmədi. Bizə dəstək olmayan şəxslər bu gün Kərimlinin “zombi”lərinin təhqirləri ilə üzləşirlər. REAL Azərbaycanda öndə olan müxalif qurumlardan biridir. Bu hərəkatın rəhbəri İlqar Məmmədov neçə ildir məhbus həyatı yaşayır. O, bir çoxlarından fərqli olaraq, tutduğu yoldan dönmədiyinə görə həbsdədir. Amma onun hərəkatına qarşı çirkin kampaniyaya start verənlər azadlıqdadır. Kərimli və ətrafındakılar daha yaxşı həyat yaşayırlar, daha yaxşı maşınlarda gəzirlər, daha çox siyasi divident qazanıblar, amma İlqar Məmmədov qədər siyasi iş görməyiblər. REAL-a qarşı indiki çirkin kampaniyanı birbaşa Kərimli və ətrafı təşkil edir. Sanki Kərimlinin dediyi bir cümləni belə tənqid etmək olmaz, bu sözlər qızıldan qiymətlidir. Bu cür yanaşma bütləşmə, şəxsiyyətəpərəstişdir. Bu hallar olan yerdə heç bir siyasi əqidədən söhbət gedə bilməz".

Politoloq Natiq Miri bildirdi ki, bu cür davranışların hakimiyyətin dəyirmanına su tökdüyünü Əli Kərimlidən yaxşı bilən yoxdur: “Əli Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Ə. Kərimli əgər belə çirkin kampaniyaların hakimiyyətə sərf etdiyini anlayırsa, demək, bu, hakimiyyətə işləməkdən başqa bir şey deyil. İndiki vəziyyətdə cəmiyyəti belə məsələlərlə iyrəndirmək kimin maraqlarına uyğundur? Belə həssas, islahatların aparılmasına ehtiyac yarandığı bir vaxtda ictimai diqqətin başqa bir səmtə yönləndirilməsi kimə xidmət edə bilər? Cəbhəçilər bu suala cavab versinlər. Onda biləcəklər ki, yaratdıqları vəziyyət hakimiyyətə xidmət edir. Belə çıxır ki, bu situasiyanın yaranmasının sifarişçisi hakimiyyətdir. Pulu kim verirsə, musiqi sifarişini də o verir. REAL-ı hakimiyyətə işləməkdə suçlamaqdansa, ortaya real iş qoymaq lazımdır. Amma biz bunu görmürük. Əvəzində iyrəndirici proseslər görürük. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 20 ildən artıqdır bu proses gedir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru