Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                 

“O zaman Əbülfəz Elçibəyə yalvardım ki, sən prezident olma” - deputat
Tarix: 24-02-2016, 08:46 | Çap et
“O zaman Əbülfəz Elçibəyə yalvardım ki, sən prezident olma”
Vəhdət Partiyasının sədri, millət vəkili, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli Moderator.az - a müsahibəsində Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşərkən AXC iqtidarı haqqında bəzi ilginc etiraflarda bulunub:

- Tahir bəy, Xocalı faciəsindən artıq 24 il ötür. Bu soyqrırmın dünyaya çatdırılması və buna hüquqi - siyasi qiymət verilməsi istiqamətində müyyən işlər görülməsinə baxmayaraq, hələ də bu bəşəri cinayətə beynəlxalq hüquqi qiymət verilməyib. Sizcə bu, beynəlxalq aləmin Azərbaycana olan iki münasibətinin nəticəsidir, yoxsa burada bizim də hansısa çatışmayan işlərimiz var?

- Doğrudan da bu dəhşətli cinayətin təqsirkarlarının bu günə kimi cəzalandrılmaması qəbuledilməzdir. Və elə burada Azərbaycana qarşı dediyiniz o ikili münasibətin də təsiri çoxdu. Məhz ona görədir ki, bu bəşəri cinayətdən 25 il keçsə də ortada nəticə yoxdu. Amma onu da deyim ki, burada bizim də kifayət qədər çatışmayan cəhətlərimiz var.

- Siz özünüz də Xocalı faciəsindən qısa zaman sonra Ali Məhkəminin sədri oldunuz. O zaman bu cinayətə hüququ qiymət verilməsi istiqamətində hansı işləri görə bildiniz? Məgər o zaman bu hadisəyə qiymət vermək olmazdımı?

- O zaman xeyli cəhd elədik ki, Xocalı ilə bağlı cinayət işi təcili olaraq yekunlaşdırılıb məhkəməyə verilsin. Alışıb yanırdım ki, iş tezliklə məhkəməyə gəlib çıxsın. Çünki o zaman Ali Məhkəmə birinci instansiya məhkəməsi kimi ağır cinayətlərə baxırdı. İstəyirdik ki, obyektiv və ədalətli bir hökm çıxaraq. Ancaq təəssüflər olsun ki, istintaq yekunlaşdırla bilmədi və zaman yetişmədi. Hələ də o istintaq işi davam edir.

- Bəs o zaman istintaqın gedişinə mane olan amil nə idi?

- Vaxt az oldu. Bu iş hələ də Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq idarəsi tərəfindən aparılır və iş bitməyib. Mən buna təəssüflənirəm. Hesab edirəm ki, Xocalı ilə bağlı cinayət işi təcili yekunlaşdırılmalı və cinayətkarlar barəsində hökm çıxarılmalıdır. Mən düşünürəm ki, ilk olaraq bu cinayətkarlar Azərbaycan daxilində qiyabi formada da olsa mühakimə olunmalı və barələrində qiyabı cəza hökmü çıxarılmalıdır. Yoxsa xaricdə deyəcəklər ki, öz ölkənizdə bu cinayət işi hələ yekunlaşdırılmayıb və təqsirkarlar cəzalandırılmayıb, onda dünyadan nə umrusunuz?

- Azərbaycan qanunvericiliyinə uyğun Xocalı faciəsinin təqsirkarlarını cəzalandırmaq nə dərəcə də mümkündür?

- Bəli, Azərbaycan qanunvericiliyi Xocali faciəsinin təqsirkarlarını qiyabi yolla mühakimə etməyə imkan verir.

- Bəs o zaman niyə edilmi? Sizcə bunun tutarlı səbəbi varmı?

- Bununla bağlı xüsusi olaraq bir məsələni qeyd edim. Beynəlxalq təzyiq var. İlk növbədə də ATƏT-in Minsk Qrupu bu işə beynəlxalq hüquqi qiymət verməyə imkan vermir. Çünki onlar Xocalı faciəsini soyqırım kimi deyil, qətliam kimi qəbul edirlər. Onların fikrincə, burada soyqırım niyyəti olmayıb. ATƏT prosesə ümumi Dağlıq Qarabağ konteksindən yanaşır və burada da onlar baş verən hadisələri milli-azadlıq hərəkatı kimi təqdim edirlər. Bax budur problemlərdən biri. Ona görə də hesab edirəm ki, beynəlxalq təzyiqlər olduğuna görə biz mütləq Azərbaycan daxilində işə məhkəmə qaydasında baxıb hökm çıxarmalıyıq. Bunun üçün məhkəmədə sübuta yetiriləcək kifayət qədər faktlar və sübutlar var. Elə Zori Balayanın “Ruhumun dirçəlişi” əsəri və digərləri buna bariz nümunədi. Bundan əlavə olaraq biz təcili olaraq “Soyqırım haqqında” qanun qəbul etməli və bu qanunun müddəalarına görə Xocalı canilərini mühakimə etməliyik. Bundan sonra biz beynəlxalq məhkəmələr vasitəsi ilə Xocalı faciəsinə hüquqi qiymət verlməsinə nail olmağa çalışmalıyıq.

- Belə təkliflər səslənir ki, Cinayət Məcəlləsinə “etnik təmizləmə” ilə bağlı müddəa salınsın və bunun əsasında Xocalı soyqırımına beynəlxalq hüquq qiymət verilməsinə nail olunsun...

- Bunsuz da Azərbaycanın Cinayət Məcələsinin 103-cü maddəsinin dispozisiyası bizə imkan verir ki, Xocalı canilərini biz mühakimə edək.

- Siz mütləq hesab edirsiniz ki, Xocalı ilə bağlı ilk olaraq Azərbaycan daxilində hüquqi qiymət verilsin, daha sonra beynəlxalq müstəvidə buna hüquqi qiymət verilməsi istiqamətində səy göstərilsin?

- Tamamilə doğrudur. Azərbaycan məhkəməsi belə bir qərar çıxarmaqla məsələnin beynəlxalq müstəvidə həlli üçün presedent hüququ yaradır. Necə ki, belə presedentlər beynəlxlaq praktikada mövcuddur. Buna Yuqoslaviya, Ruanda və digər presedentləri misal çəkmək olar.

- Siz dediniz ki, Xocalı soyqırımına hüquqi qiymət verilməsinsə ATƏT mane olur. Məqsəd nədi?

- Çünki ATƏT - in Minsk Qrupunun qarşısında vəzifə qoyulmuşdu ki, hadisə ilə məşğul olub, bir il ərzində Minsk Konfransını çağırsınlar. Konfransda da problem BMT TŞ-nin qərarları əsasında çözülməli idi. İstər Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsində, istərsə də ümumiyyətlə Qarabağ probleminin həll olunmamış və uzanmasının əsas səbəkarından biri Rusiyadırsa, digər əsas səbəbkarı başda ABŞ olmaqla Qərbdir.
Çünki Qərb məhz ermənilərin əli ilə SSRİ-ni içəridən dağıtmaq yolunu tutduar və milli-azadlıq hərəkatı adı altında Qarabağda separatizm meyllərini alovlandırdılar. Ona görə də Qərbin bu işdə heç də ədalətli mövqe tutacağına ümid bəsləmək yanlışlıqıdr. Belə ki, ermənilərin də SSRİ-ni dağıtmasının əvəzi olaraq öz şərtləri olub ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilir. Bax budur əsas düyün. Moskva da o zaman SSRİ daxilində separat meyllərin alovlanmasında maraqlı olmasa da, sonrdan proseslərin dönməzliyini görüb yaranmış vəziyyətdən özü üçün yararlanmaq yolunu seçdi. Odur ki, Kreml Qərbdən tez tərpənərək Qarabağ faktorundakı əsas kartı öz əlinə aldı və ermənilərə hər vasitə ilə yardım etdi. Düzdür, burada Moskvadakı ermənilərin də kifayət qədər rolu oldu.

- Necə hesab edirsiniz, daxili faktorlar da rol oynadımı?

- Təbii... O zaman ölkədə yaranmış ictimai-siyasi ab - havanın da baş verən proseslərə müstəsna təsiri oldu. Bu da siyasi naşılıqdan irəli gəlirdi. Zaman keçəndən sora arxaya baxırsan və görürsən ki, nə qədər kobud səhvlərə yol verilib. Biz o zaman əqidə adamları idik, romantik idik. Ancaq sonadək anlamadıq ki, romantizmlə, əqidə ilə heç də hər şeyə nail olmaq olmaz. Romantizmlə heç də hər zaman qələbə çalmaq olmaz. Gərək oyun qaydalarına, milli maraqlara uyğun olaraq oyun qaydalarına riayət etmək lazımdır. Hesab ediərm ki, o zaman Rusiya ilə elə indiki kimi davranmaq lazımmış. Çünki Rusiya qorxulu qonşudu. Güclüdür və onunla hesablaşmaq lazımdır. Onlar bizim torpaqlarda erməniləri köçürüb və onlar üçün dövlət yaradıb. Necə ki, Qərb erməilərdən istifadə etdi, ancaq erməniləri sonda rusların təsirindən çıxa bilmədi və onunla bir olmağa qərar verdi. Onlar yaxşı anlayırdılar ki, nəticəsi nə ola bilər...

- Deyirsiniz ki, ölkədəki hakimiyyət boşluğu və Xalq hərəkatı rəbərlərinin də səriştəsizliyi, ambisiyaları düzgün qərarlar çıxarmağa imkan vermədi?

- Əlbəttə... Gərək biz hakimiyyətə can atmayaydıq. Mən o zaman Milli Məclisdə diz çöküb yalvardım ki, gəlin prezident seçkilərini parlamentdə keçirək. Yoxsa torpaqlarımızı itirəcəyik. Şuşa, Laçın və digər torpaqlarımız gedəcək. Bizə siyasi hakimiyyət lazım deyil. Ancaq qulaq asmadılar. O zaman Əbülfəz Elçibəyə yalvardım ki, sən prezident olma. Çox pis olacaq. Yaxşısı sən Xomeyni kimi lider ol. Qoy kim prezident olur, olsun. Amma nə faydası...

- O zaman Əbülfəz Elçibəyin də parlamentdə bir çıxışı oldu. “Bu gün prezident seçirsiniz, amma bir ildən sonra da siz onu devirəcəksiniz...”

- Yəqin o ssenarini bizdən yaxşı bilirmiş.

- Bəs o zaman tutaq ki, hakimiyyət bilmirdi, bəs sizlər də hesablamırdınız ki, Xocalı kimi bir faciə törənə bilər və bunun bədəli ağır olar?

- Hakimiyyət çox zəif idi. Xocalıda baş verənlərdən dəqiq məlumatı yox idi. Hakimiyyət içində də hərə öz oyununu oynayırdı. Kim idi dövlət, xalq, torpaq düşünən. Bi tərəfdən də Xalq hərəkatı. Məsələn, sizə bir şey deyim. Moskva o zamankı Azərbaycan rəhbərliyinə yardım edib topraqlarımızı azad edəndə bu Xalq hərəkatı liderlərinin bir çoxunu qıcıqlandırırdı. İstəmirdilər ki, o vaxtkı hakimiyyət bunu etsin. Qorxurdular ki, əgər hakimiyyətdəki şəxs bunu edərsə, xalq arasında mövqeyi möhkəmlənəcək və o hakimiyyətə gələ bilməyəcək. Xüsusən Çaykənd əməliyyatı zamanı Xalq hərəkatının bir sıra liderləri bu əməliyyatın əleyhinə açıqcasına çıxırdırlar. Bax belə məsələlər var idi. Bütün bunlar göstərir ki, naşı idik. Digər bir səbəb isə peşəkar hərbçilərimizin olmamasında idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru