Bakı meri daha bir səlahiyyətini itirmək üzərədir... - Hacıbala Abutalıbova "ASAN" təhlükə...
Tarix: 30-04-2015, 10:54 | Çap et
 Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun əlindən daha bir səlahiyyət alına bilər. Artıq paytaxtda tikinti işləri üçün sənədləşmənin də “ASAN Xidmət”ə verilməsi məsələsi gündəmə gəlib. Belə ki, deputat Zahid Oruc bir neçə gün əvvəl mətbuata açıqlamasında deyib ki, vaxtilə qəbul edilən qanunda fərdi evlər, yaxud obyektlərin tikintisi zamanı yalnız məlumatlandırmadan söhbət getdiyi halda ötən müddət ərzində demək olar ki, vəziyyət dəyişməyib. Faktiki olaraq icra hakimiyyətlərində bu növ tikintilər üçün xüsusi icazəvermə qaydası hökm sürür. Onlar bu məsələdə Məcəllədə əksini tapmış memarlıq və planlaşdırma ilə bağlı müddəanı əsas götürürlər: “Bu səbədən sanki ikili bir vəziyyət yaranıb. Bir tərəfdən qəbul edilən qanunlar həddindən artıq vətəndaş maraqlarını tamamlayır, bürokratiyanı aradan qaldırır, şəffaflıq üçün şərait yaradır, digər tərəfdən isə onun icrası ilə bağlı vəziyyət tamamilə fərqlidir. Ona görə də tikinti sektorunda həddən artıq problemlər yaşanır. Biz parlamentdə qəbul etdiyimiz qanunlardan sonra vətəndaşlar həmin qanunların normaları arasındakı labirintdən çıxa bilmirlər. Bu baxımdan hesab edirəm ki, belə normaların tətbiqi xüsusi bir quruma həvalə edilməlidir. Çünki bu səlahiyyətlər icra hakimiyyəti orqanında qaldıqca vətəndaşlarımız ciddi şəkildə incidilir, ayrı-ayrı qara maraqların ortada dövr etməsinə xidmət edir”. Deputat qeyd edib ki, Qərb ölkələri tikinti lə bağlı vahid formaya çoxdan keçiblər. Bizdə də bu səlahiyyət ASAN xidmət kimi bir quruma verilə bilər. Nəticədə tikinti layihələri müvafiq dövlət qurumlarında əvvəlcədən təsdiq olunar, bununla da vətəndaş dərk edər ki, bu tikinti arxitekturasından qırağa çıxa bilməz: “Ancaq indiki evlərə baxanda adama elə gəlir ki, sanki inkubator evlər tikilib. Ona görə ki, həmin evlərin müxtəlifliyinə bəlli tikinti və arxitektura qaydaları sərt şəkildə mane olub. Hazırda nəinki köhnə tikililərin rəsmləşdirilməsi, həmçinin yeni tikililərin qanuniləşdirilməsi, mülkiyyət hüququnun əldə edilməsi böyük bir bəlaya çevrilib”. Deputatın təklifi reallaşarsa, bu, Bakı merinin önəmli səlahiyyətlərindən birnin “ASAN Xidmət”ə keçməsi demək olacaq. Halbuki tikintiyə icazə hazırda kifayət qədər ciddi məbləğdə pulların dövr etdiyi rüşvət qaynağıdır. Bu səlahiyyətin də “ASAN Xidmət”ə keçməsi isə müəyyən məmurların qanunsuz şəkildə yığdıqları iri pullardan məhrum olması anlamına gələcək. Düzdür, bəzi ekspertlər sözügedən təklifə sıcaq yanaşmırlar. Məsələn, Nazirlər Kabinetinin sabiş qöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib ki, onun fikrincə, bu mümkün olan şey deyil. Söhbət tikinti üçün icazədən gedir, hər hansı arayışdan deyil. Haqverdiyev daha sonra əlavə edib: “Nəzərə almaq lazımdır ki, “ASAN Xidmət” icazə vermir. Vətəndaşa hər hansı bir sənəd, arayış lazımdırsa, xidmətə müraciət edib prosesi tezləşdirə bilər. Tutaq ki, hansısa sahibkara torpaq lazımdır. “ASAN Xidmət”ə torpaqla bağlı müraciət etsə, onlar bildirəcək ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Bu məsələ “ASAN Xidmət”lik deyil”. Ekspert hesab edir ki, sənədləşdirmənin özü ayrı prosesdir, xidmətin funksiyaları isə tamamilə başqadır: “Əgər şəxsə hansısa məsələni həll etmək üçün ayrı-ayrı nazirliklərdən 5 ədəd arayış lazımdırsa, qapı-qapı gəzməmək üçün vətəndaş “ASAN Xidmət”ə müraciət edərək işini həll edir. Çünki həmin qurumların informasiyası xidmətdə mövcuddur. Tikinti prosesi elə qurulub ki, onu “ASAN Xidmət” həll edə bilməz. Tikinti üçün ilk növbədə sahibkara vəsait lazımdır. Bunun üçün banka müraciət edir. Torpaq almaq üçün isə ya dövlətə, ya da bələdiyyəyə üz tutur. Torpağın verilməsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Dövlət ya da bələdiyyə məhz həmin quruma müraciət etməlidir. Nəzərə alın ki, şəxs arayış yox, torpaq istəyir. Torpağın isə sahibi var, həmin sahibsə “ASAN Xidmət” deyil. Düşünürəm ki, tikinti məsələsi “ASAN Xidmət”lik deyil”. Bununla belə, bəzi ekspertlər bu təklifin təsadüfən gündəmə gəlmədiyini və qarşıda onun reallaşması istiqamətində müəyyən sürprizlərin yaşanacağı qənaətindədirlər. Bu zaman itirənin isə həm də Hacıbala Abutalıbov olacağı şübhəsizdir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
|