500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

Etibar Pirverdiyev milyonlar qazandığı obyektləri itirir - "Azenerji" şefi rəsmən küncə sıxışdırılıb
Tarix: 14-03-2015, 16:00 | Çap et
Etibar Pirverdiyev milyonlar qazandığı obyektləri itirir
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC)sədri Etibar Pirverdiyev səlahiyyətlərini bir-bir itirir.Xatırladaq ki, bir neçə gün əvvəl "Azərişıq" ASC-nin sözçüləri prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, yaxın zamanlarda "Azərişıq"la bağlı təhvil-təslim işlərinin yekunlaşacağını bildiriblər: "Azərişıq" bütün regionlar üzrə tam səlahiyyətlərinin icrasına başlayır. ASC-nin Bakı şəhəri ilə birgə 7 regional idarəsi (Biri Bakıda, 6-sı regionlarda) yaradılacaq. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə veriləcək".

Qeyd edək ki, dövlət başçısının "Azərişıq" ASC-nin yaradılması ilə bağlı sərəncamında qeyd edilir ki, respublika ərazisində "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün. Qaydalara uyğun olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnamələrinin və strukturlarının layihələri hazırlanıb hökumətə təqdim edilib. Bu barədə dövlət başçısının sərəncamında Nazirlər Kabinetinə xüsusi tapşırıq var. Bununla da, "Azərnerji" ASC-nin tabeliyində olan rayon elektrik şəbəkələri (işıq idarələri) adıçəkilən ASC-dən alınaraq, "Azərişıq" ASC-nin tabeliyinə verilir. Bu isə o deməkdir ki, Etibar Pirverdiyev həm səlahiyyətlərinin əsas hissəsini itirir, həm də böyük qazanclardan məhrum olur. Əslində, "Azərenerji" rəhbərinin bu formada "vurulması" gözlənilən idi. Belə ki, son vaxtlar Etibar Pirverdiyevlə bağlı mətbuatda yayılan məlumatlarda qurumda mövcud olan milyonluq maxinasiyalar və adıçəkilən məmurun biznes imperiyası yaratması haqda ilginc faktlar açıqlanırdı. Məhz bu faktların izinə düşən yuxarı instansiyaların nümayəndələri Etibar Pirverdiyevin bu günə qədərki fəaliyyətini araşdırıb ciddi qanun pozuntularını aşkar ediblər. Mətbuatda yazılanlardan o da məlum olur ki, son illər "Azərenerji" ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb. Yəni ayrılan vəsaitlər təyinatı üzrə istifadə edilməyib. Başqa sözlə desək, Etibar Pirverdiyev qarşıya qoyulan vəzifələri yerinə yetirməkdənsə daha çox şəxsi işlərinə üstünlük verib. Araşdırmalar göstərir ki, ASC rəhbəri geridə qalan illər ərzində böyük sərvət yığmağı bacarıb. Əldə etdiyimiz məlumatlara görə, 2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "İnter Enerji" MMC-ni "Azenco" ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında qeyd edilib ki,"İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödəməyi öhdəsinə götürüb: "Azenco" ASC 2008-ci ilə qədər "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adıyla fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə "İnter Enerji" udub (23 dekabr 2009-cu il). "İnter Enerji" MMC "Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə qaynı həyata keçirir. 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni Etibar Pirverdiyev 500 milyon manatlıq "Azenco"nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. "İnter Enerji" Sumqayıt Texnologiya Parkını da ələ keçirib. Etibar Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradıb ki, "Azərenerji"nin təchizatını tam inhisarda saxlasın. Yəni "Azərenerji"yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq "İnter Enerji" MMC olub. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilib. "İnter Enerji" MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət "Azerenerji"nin sayğac quraşdırılması sifarişini yerinə yetirib. Bir sözlə, sifarişçi də Etibar Pirverdiyevdir, təchizatçı da, podratçı da". Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlarda isə deyilir ki, "Azərişıq" ASC-nin yaradılması və "Azərenerji"nin əksər səlahiyyətinin bu quruma verilməsi Etibar Pirverdiyevin bütün planlarını alt-üst edib, eyni zamanda onun karyerasının sonunu gətirib. Mənbənin sözlərinə görə, ASC sədri nəzarətində olan iri obyektləri- Sumqayıt Texnologiya Parkını, "Azenco" və "İnter Enerji" MMC-ni itirmək üzrədir: "Etibar Pirverdiyev indiyə qədər rəhbəri olduğu quruma ayrılan investisiyaları müxtəlif yollarla mənimsəməyə nail olub. Bu işdə Sumqayıt Texnologiyalar Parkı, eləcə də adını qeyd etdiyim digər mmc-lər onun köməyinə çatıb. Amma bundan sonra vəziyyət tam fərqli olacaq. Çünki Baba Rzayev "Azərişıq" ASC-nin təchizat işlərini yəqin ki, özünə yaxın olan şirkətlərin vasitəsilə həyata keçirəcək. Bu isə o deməkdir ki, Etibar Pirverdiyev milyonlardan məhrum olacaq". Biz inanmaq istərdik ki, yeni yaradılan "Azərişıq" ASC ümidləri doğruldacaq və "Azərenerji"nin bərbad hala saldığı sahəni dirçəltməyə nail olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru