Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

Eldar Əzizov 20 milyonu hansı bankda və kimin vasitəsilə dəyişib? - İlginc iddialar
Tarix: 25-02-2015, 15:02 | Çap et
Eldar Əzizov 20 milyonu hansı bankda və kimin vasitəsilə dəyişib?
Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra şəhər sakinləri elə zənn edirdilər ki, artıq uzun illərdən bəri onları narahat edən problemlər qısa zamanda öz həllini tapacaq, mövcud olan nöqsanlar aradan qaldırılacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Əksinə Eldar Əzizovun gəlişilə sumqayıtlıların problemlərinin sırasına yeniləri də əlavə olundu. Məsələn, son zamanlar Sumqayıtda aparılan "abadlıq və quruculuq işləri"nin şəhər sakinlərinin ciddi narazılığına səbəb olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə bahalı tametlər döşənmiş küçələr yenidən sökülüb, yolun genişləndirilməsi adı ilə büdcə vəsaitlərinin təyinatdankənar istiqamətlərə sərf olunmasına şərait yaradılır: "Heç şübhəsiz ki, yolları tametlər döşənməmişdən öncə genişləndirmək daha məqsədəuyğun olardı. Bu zaman büdcə vəsaitlərinə qənaət edilmiş olardı. Bundan başqa, Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsində istirahət günündə də iş görülməsi bina sakinlərini narahat edib. Sakinlər qeyd edirlər ki, iş icraçıları istirahət günlərində də məhəllədə səs-küy salır və onları narahat edirlər. Onlar bununla bağlı dəfələrlə şikayət etsələr də, iş icraçıları icra başçısının göstərişinin belə olduğunu bildiriblər". Məlumatlı şəxs qeyd edir ki, bir neçə gün öncə yağan qar Sumqayıtın qışa hazır olmadığını bir daha əyani şəkildə sübuta yetirib: "Qarın yağması ilə şəhərdə ciddi problemlər yarandı. Sumqayıt iflic vəziyyətə düşdü. İndi artıq qar əriməyə başlayır və bu səbəbdən də qar suları təkcə şəhərin küçə və prospektlərində yox, digər ərazilərində də ciddi fəsadlara səbəb olub".

Eldar Əzizovun sağ əli Abid Əliyev qəbir ticarətilə məşğul olur?

Sumqayıt şəhərində qəbir yerlərinin vətəndaşlara heç də təmənnasız verilmədiyini vurğulayan mənbə iddia edir ki, icra başçısı Eldar Əzizovun sağ əli sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbiristanlıqda qəbir yerləri pulla satılır: "İlk öncə onu qeyd edim ki, Abid Əliyev bundan əvvəl Gəncə su və kanalizasiya idarəsinin rəhbəri vəzifəsində çalışıb. Və həmin illərdə bir sıra neqativ hallara şərait yaradıb. O, indi də eyni əməllərini Mənzil Kommunal İstehsalat Departamentində təkrarlayır. Eldar Əzizov onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda Abid Əliyevin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığı Stansiya Sumqayıt-Müşfiq yolunun sağ tərəfində yerləşir. Son 2-3 ilin layihəsi sayılır. Abid Əliyevin tətbiq etdiyi qaydalara görə, qəbiristanlıqda yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Sumqayıtlılar iddia edirlər ki, bu qəbiristanlıqda qəbir yerləri cüt satılır: ya iki, ya da dörd nəşlik. Ölçülər isə müvafiq olaraq 3m x 3,1m və ya 3m x 6,2m. Hər variantın da öz qiyməti var. Birinci halda, yəni 3m x 3,1m ölçülü yer 250 manata, ikinci halda, yəni 3m x 6,2m ölçülü yer isə 500 manata satılır. Bir yer satılmır, kimsə vəfat edirsə doğmaları məcburən ən azı iki yer almalıdır. Bundan əlavə qəbirin qazılması, üstünün və ətrafının düzəldilməsi də heç də az olmayan xərc tələb edir. Həm də qəbir ətrafının abadlaşması müdiriyyətin əsas şərtlərindəndir. Pulun var, ya yox fərq etməz, ərazi müdiriyyətin tətbiq etdiyi standarta uyğun düzəldilməlidir".

Sumqayıt şəhər icra başçısının tikinti işlərinə məhz Aslan Abbasov nəzarət edir

Eldar Əzizovun tərcümeyi-halı, daha dəqiq desək, onun kimin sayəsində vəzifə sıçrayışına nail olduğundan məlumatlı olduğunu deyən mənbənin sözlərinə görə, 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən icra başçısı həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb: "Eldar Əzizov 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun qısa müddət ərzində vəzifədə irəliləməsində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin misilsiz xidmətləri olub. Belə ki, məhz Rafael Allahverdiyevin sayəsində Eldar Əzizov 1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayında isə o, paytaxtın Nizami rayonuna icra başçısı təyin olunub. Elə bu səbəbdən də Eldar Əzizov iştirak etdiyi məclislərin əksəriyyətində "Mən hər şeyə görə Rafael Allahverdiyevə borcluyam" deyir. Yəni Eldar Əzizovun Rafael Allahverdiyev sevgisi, ona olan rəğbəti əbəs yerə yaranmayıb". Eldar Əzizovun 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olduğunu qeyd edən məlumatlı şəxs onun 2011-ci ilin fevral ayından etibarən Sumqayıt şəhərinə rəhbərlik etdiyini bildirib: "Demək olar ki, elə həmin gündən şəhər sakinlərinin qara günləri başlayıb. Belə ki, Eldar Əzizov Gəncədən Sumqayıta icra başçısı kimi gəldikdə özü ilə birlikdə bir sıra kadrlarını da gətirib və bu gün həmin şəxslər şəhər əhalisinə əlavə problemlər yaradırlar. Məsələn, Eldar Əzizovun gəlişindən sonra Sumqayıtda ağacların kütləvi şəkildə kəsilməsi prosesinə start verildi. Təbii ki, icra başçısının bunlardan xəbərsiz olmasını zənn etmək ağılsızlıq olardı. Çünki heç kəsdən icazə almadan böyük bir şəhərdə, özü də insanların gözləri qarşısında ağac kəsməyin nə demək olduğunu hamımız bilirik. Qeyd edim ki, bu ekoloji qətliamda Sumqayıtda, Bakıda və bir sıra regionlarda tikinti maqnatı kimi tanınan, Eldar Əzizovun kifayət qədər sıcaq münasibətdə olduğu Aslan Abbasovun adı hallanır. Heç şübhəsiz ki, icra başçısının razılığı olmadan Aslan Abbasov öz biznes maraqlarını təmin etmək üçün yaşıllıqlara belə asanlıqla divan tuta bilməzdi".

Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, Aslan Abbasovun bir müddət öncə Bakıda "İnşaatçılar" metrostansiyaların həndəvərində 2 milyonluq obyekt əldə etməsində vasitəçilik edən yüksək rütbəli dövlət məmuru "tikinti maqnatını" Eldar Əzizova təqdm edib: "Artıq Sumqayıtda gedən tikinti-abadlıq işlərində Eldar Əzizova məxsus olduğu deyilən mal-materiallardan istifadə edilməsi yenilik deyil. Digər tərəfdən, Aslan Abbasov artıq icra başçısının qeyri-rəsmi nümayəndəsi qismində öz şərtlərini digər tikinti şirkətlərinin rəhbərlərinə qəbul etdirir. Bir sözlə, Eldar Əzizovun Sumqayıtdakı bütün tikinti işlərinə məhz Aslan Abbasov nəzarət edir. Qeyd edim ki, Sumqayıtda ağacları kəsib səkilərdə kvadratı 2-3 min manata satırlar. Bu və icra başçısı digər qeyri-rəsmi işlərini Aslan Abbasov gördürür. Ümumiyyətlə, Sumqayıt şəhər icra başısının müavinləri onun otağına girib-çıxa bilmədikləri halda Aslan Abbasov ürəyi istədiyi vaxt Eldar Əzizovla görüşür və bir sıra "məsələ"ləri müzakirə edirlər".

Eldar Əzizov Sumqayıtı sahibsiz qoyub: Yollar bərbad haldadır, binaların zirzəmilərini su basıb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının dolların, eləcə də digər xarici valyutaların məzənnəsinin anidən qalxacağından öncədən məlumatlı olduğunu vurğulayan mənbə iddia edir ki, bu səbəbdən də Eldar Əzizov iki ay öncə külli miqdarda manatın dəyişdirilməsinə nail olub: "Eldar Əzizov son 2 ayda 20 milyon vəsaiti banklarda dəyişdirib. Belə ki, icra başçısı qeyd olunan məbləğin bir hissəsini "Unibank"da İngilis funt sterlinqinə, qalan hissəsini isə digər banklarda avro və dollara dəyişdirib. Bu işdə ona sağ əli hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev yaxından köməklik göstərib. Yəni bu işləri məhz Abid Əliyev görüb".

Bu arada, Eldar Əzizovun Sumqayıtı sahibsiz qoyduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, şəhər sakinləri yollarının bərbad vəziyyətdə, asfaltsız olmasından, uşaqlarının oynamaları üçün yerlərin olmamasından və digər kommunal problemlərdən şikayətlənirlər: "Yaz, payız, qış aylarında məktəb və bağça yollarını palçıqdan keçmək olmur. Çünki Sumqayıtın mikrorayonlarında asfalt örtüyü yoxdur. Əksər yaşayış evlərinin damı su buraxır. Zirzəmilər də su içindədir. Kanalizasiya suyu birbaşa binaların zirzəmilərinə axır, bu da antisanitariya, üfunət və müxtəlif xəstəliklər deməkdir. Sakinlər artıq icra hakimiyyətinə müraciət etməkdən yorulublar".

Sumqayıtın problemləri Eldar Əzizovun tutduğu postla vidalaşacağı günü bir qədər də yaxınlaşdırır

Əldə etdiyimiz məlumatlara əsasən qeyd edə bilərik ki, Eldar Əzizovun əhalinin problemlərinə etinasız yanaşması ondan təkcə şəhər sakinlərinin deyil, yuxarı dairələrin də narazılığının artmasına səbəb olub. Bütün bu kimi halların Eldar Əzizova olan etimadı azaltdığını deyən mənbənin iddiasına görə, Sumqayıt şəhərinin icra başçısının yaxın vaxtlarda işindən azad ediləcəyi gözlənilir: "Sumqayıtda həm əhali, həm də sahibkarlarla problem yaşayan Eldar Əzizov artıq yuxarı dairələrdə gözdən düşmüş kadr hesab olunur. Bu səbəbdən də onun yaxın zamanlarda Bakının rayonlarından birinin icra başçısı ilə əvəz olunacağı bildirilir. Görünən odur ki, artıq Eldar Əzizov da bundan xəbərdardır. Odur ki, yuxarıların etimadını doğrultmayan icra başçısı kürsüsünü qorumaq üçün müxtəlif vasitələrə əl atır. Belə ki, o, bəzi nüfuzlu şəxslərə minnətçi düşüb. Ümumiyyətlə, son zamanlar Sumqayıtdakı sosial-iqtisadi problemlərin əndazəni aşması da icra başçısına qarşı münasibəti kəskinləşdirən səbəblərdən biridir. Məsələn, hazırda ən vacib problemlərdən biri də şəhərin istilik sistemi ilə bağlıdır. Çünki hələ də şəhərin böyük hissəsində istilik təchizatı mövcud deyil. Hər il Sumqayıta dövlət büdcəsindən milyonlarla manat ayrılsa da, bu vəsait yalnız şəhərin mərkəzi küçələrinin təmirinə sərf edilir. Yəni quruculuq işləri yalnız kosmetik mahiyyət daşıyır. Şəhərin daxili problemləri isə kifayət qədərdir. Təbii ki, bütün bunlar Eldar Əzizovun vəziyyətini xeyli çətinləşdirir və onun tutduğu postla vidalaşacağı günü bir qədər də yaxınlaşdırır…"

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
\\ GünBakı \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru