"AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                     Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır .....                     Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də .....                     Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... .....                     "Qanunun tələbləri niyə yerinə yetirilməyib?" .....                     İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək .....                     "Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı .....                     Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi .....                     ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib .....                     Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək .....                     "Bu heç də yaxşı bir gələcək vəd etmir..." .....                     Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır .....                     Uşaqların müdafiəsi kimə həvalə olunub? .....                     “Premium Bank”ın nağd vəsaitləri azalıb .....                     Ukrayna hökuməti istefaya göndərildi .....                     Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub .....                     Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti .....                     Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı .....                     ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? .....                     Ermənistan əhalisini ikiqat artırmaq istəyir .....                     Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu .....                     Flora Kərimovanın müalicəsi ev şəraitində .....                 

Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Tarix: 17-05-2025, 08:56 | Çap et

Azərbaycanda təhsilin məlum durumunu hamımız yaxşı bilirik. Orta məktəblər gözümüzün qarşısında, direktorların əməlləri, aldıqları-verdikləri məlum, ali təhsilə qəbul zamanı biabırçı qəbul balları ortada, kolleclərdəki sistemsizlik və sairə barədə nə qədər istəsəniz danışmaq olar.

Bütün bunlarla yanaşı təhsilin çox vacib bir hissəsi də var ki, bunun adı – Peşə Təhsilidir.

Yəni müasir dövrün tələblərinin birləşdiyi, bütün dünya dövlətlərinin hazırda əsas diqqət mərkəzində saxladığı, inkişafın çıxış yolu hesab olunan və Azərbaycan kimi ölkələrə hava, su kimi lazım olan peşə təhsili.

Niyə Azərbaycan kimi ölkələrə peşə təhsili daha çox lazımdır? Çünki biz qeyri neft sektorunu inkişaf etdirməliyik ki, zamanla neftdən asılılığımız azalsın, sənaye, istehsalat sahələri yaradılsın və burda işləyən bacarıqlı işçi qüvvəmiz formalaşsın. Bu qüvvə də peşə təhsili məktəblərində hazırlanmalıdır. Dövlət son illərdə peşə təhsilinin inkişafına olmazın pulunu xərcləyir, avadanlıqlar alınır, gənclərin bu sahəyə marağını artırmağa çalışır, amma icraedici qurumlar bunu heçə endirməkdə davam edir.

Uzun müddətdir Azərbaycanda peşə təhsili sistemini, burda baş verən yaxşı və neqativləri araşdırmaqda davam edirik. Bu günə kimi çoxlu sayda qaranlıq qalan suallara cavab axtarmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə saysız sorğular göndərmişik. Gec də olsa sorğulara cavab verilib.

Cavabların da hamsı peşə təhsili qanunundan, təlimatdan çıxarışlar formasında olub – “bu belədir, o da belə, təlimat bunu deyir, qanun da onu”, vəssalam. Yəni, bunu cavab hesab etmək olmaz. Çünki, faktlar kifayət qədər ciddidir və araşdırılmaq üçün əsaslar yaradır. Təbii ki, rəsmi qurumdan bundan başqa cavab gözləmək də mümkün deyil. Durub deməyəcək ki, filan peşə məktəbində filan problemimiz var. Bu gün elə bir qurum yoxdur ki, problemini etiraf etsin.
Bütün bunlara rəğmən bu araşdırmalar zamanı saysız faktlar toplanıb, bununla bağlı sistemli, ətraflı məqalələr yazılacaq.

Amma bu dəfə fərqli bir vəziyyət barədə “yol üstü” rastlaşdığımız, qısa araşdırma zamanı ortaya çıxan olduqca maraqlı bir hadisə barədə yazacam.
Çünki bu faktları insanlar, cəmiyyət bilməlidir. İnsanlar anlamalıdır ki, övladları harda, kimin nəzarəti altında və hansı şəraitdə təhsil alır. Hələ bu böyük marağın artdığı Peşə Təhsili sistemidirsə…

Beləliklə başladıq!

Bu günlərdə sosial şəbəkələrdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Vüsal Hüseynov adlı təlim ustasının bir videosu yayılıb. Videoda Vusal adlı bu şəxs açıq aşkar bildirir ki, onu işdən çıxarıblar və üstəlik intihar həddinə də çatdırıblar. İlk öncə onu deyim ki, peşə məktəblərində intihar həddinə çatdırılan xeyli sayda müəllim və təlim ustaları var və bu şəxslər artıq beziblər. Əksər peşə təhsili müəssisələrində vəziyyət eynidir. Bu barədə də gələcək məqalələrdə geniş, ətraflı və adlarla məlumat verəcəm.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin işdən çıxarılan Vüsal Hüseynov adlı ustası videoda onu işdən çıxaran şəxsin adını çəkir – Direktor əvəzi Əlağa Kərimov…
Qısa xatırlatma edim – Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakıxanovda (keçmiş Razin) yerləşir. Bu Mərkəzdə baş verənlər barədə peşə təhsilində işləyənlər yaxşı xəbərdardır. Üstəlik bu barədə ölkə mətbuatında xeyli məlumatlar da yer alıb.

Qısacası, Mərkəzin əvvəlki direktoru Mətləb Hüseynov adlı şəxs, əlaltəları ilə birlikdə təhsil ocağını çapıb talayıb və iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. 2 ilə yaxındır davam edən məhkəmə çəkişməsi hələ də davam edir. Yaxın günlərdə bitməsi gözlənilir.

Elə bu səbəbdən də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorsuz qalıb. Yəni, qanuna görə, məhkəmə davam etdiyi üçün təhsil ocağına direktor təyin edilməyib və qanunla bu müddətdə edilə bilməz.

Başqa bir xatırlatma – Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin qəbulu mərkəzləşmiş imtahan və müsabiqə qaydaları ilə həyata keçirilir. Yəni, direktor, müavin olmaq üçün imtahan verməlisən.
Amma, 2025-ci ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, yəqin ki, Ceyhun Kərəmov Əlağa Kərimov adlı şəxsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor səlahiyyətlərini icra edə biləcək qədər ödülləndirərək təyinat həyata keçirib. Yəni, Əlağa Kərimov dolayısı ilə imtahansız, müsabiqəsiz müvəqqəti direktor əvəzi təyin edilib.
Hansı ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2025-ci ildə direktor vəzifəsi üzrə işə qəbulun müsabiqə əsasında aparılacağı peşə təhsili müəssisələrinin və vakansiyalarının siyahısında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nə direktor, nə də direktor müavinləri postu vakant vəzifə olaraq çıxarılmayıb. Üstəlik qəbul elanı yanvar ayında verilib, nəticələr də hələ bəlli deyil.

Əlağa Kərimov da yanvar ayında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi və ya birinci müavin təyin olunub. Yəni, bu hal təsdiq edir ki, bu postlar üçün nəinki (direktor və ya müavin vəzifələrinə) imtahan verilməyib, ümumiyyətlə, post vakant olaraq çıxarılmayıb. Elə isə bu təyinatın hansı əmrlə, hansı qayda və qanuna əsaslandırılaraq verilib?

Bu barədə də daha sonra…

Hələliksə, gəlin Əlağa Kərimovun kim olduğunu, bu vəzifəyə hardan gətirildiyini və bu post üçün nə qədər təcrübəyə malik olub-olmadığını bilək.
Qısa araşdırma zamanı bəlli olur ki, Əlağa Kərimov Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri olaraq işləyib. Abşeron Binə Peşə Liseyində keçirilən tədbirlərin foto və videolarına baxdıqda bu açıq-aydın bəlli olur. Nə deməkdir dərs hissə müdiri? Bir qədər bunu aydınlaşdırım ki, qaranlıq heç nə qalmasın.

Peşə təhsili sistemində dərs hissə müdiri vəzifəsinə təyinat imtahansız həyata keçirilir və direktorun əmri ilə təsdiqlənir. Yəni bu vəzifə direktor, müavin kimi imtahan və müsabiqə tələb etmir, direktorun əmri və istəyi ilə həyata keçirilir.

Dərs hissə müdiri dərs saatlarının bölünməsinə və sair kimi işlərə nəzarət edir. Yəni, rəhbər vəzifə deyil. Əlağa Kərimov da bu posta Abşeron Binə Peşə Liseyinin direktoru tərəfindən təyin olunub. Yəni, direktor və ya müavin olaraq heç vaxt işləməyib, bu işdə təcrübəsi də yoxdur. Və nəhayət bu ilin yanvar ayında gözlənilmədən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olunub.

Oluna bilərmi? Qanun və qaydalar buna imkan verirmi? Əgər elədirsə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanın effektivliyi, şəffavlığı hara getdi?
Ən nəhayət, Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri işləyən Əlağa Kərimov necə oldu ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olundu?

Elə ən böyük sual da budur…

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər kəs danışır ki, Əlağa Kərimov bu posta Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovun dəstəyi ilə gətirilib.

Daha bır xatırlatma: Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib.
Rəsmi mənbələrdə qeyd olunur ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki “Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ni dövlət qeydiyyatına alıb. Mərkəzə də Fizuli Talıbov direktor təyin edilib. Yəni, Fizuli Talıbov hazırda bir Mərkəzin və bir neçə peşə məktəb və liseyin direktorudur. Bir sözlə, əli uzun adamdır.

Elə buna görə də, yəqin ki, F.Talıbov çalışıb ki, sahibsiz qalan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də öz nəzarətinə alsın. Görünür istəyinə çatıb da. Hələ Abşeron Binə Peşə Liseyində yayılan başqa bir məlumatda qeyd olunur ki, Əlağa Kərimovun bu posta aparılması üçün Fizuli Talıbov həmişə hər yedə adını çəkmədiyi qohumu kimi qələmə verən generaldan dəstək alıb. Deyilənə görə, bu generalla qohum olan Fizuli Talıbov hər kəsi onunla qorxudur. Bir neçəvideo linkdə insanlar bu faktı təsdiq edir:





Bildirilir ki, Fizuli Talıbov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovla qudadır və bütün gücü, dəstəyi də guya ondan alır.
Ən nəhayət, peşə təhsili Məkrəzlərinin koridorlarında pıçıltı ilə eşidilən məlumata görə, Əlağa Kərimovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə əvvəlcə direktor əvəzi, daha sonra direktor təyinatı üçün “təşəkkür” də edilib.

Yəqin ki, hörmətli, gənc kadr Ceyhun Kərəmov buna aydınlıq gətirəcək və səslənən iddialara hansısa cavabı olacaq. Gənc və perespektivli kadrlar haqqında belə iddiaların səslənməsi həqiqətən də ürəkaçan deyil. Amma ortada olan hallar, imtahansız təyinat açıq qalmış müəmmalar kimi görünür, pıçıltılar üçün əsas yaradır.
Təəssüflər olsun ki, belə söz-söhbətlər danışılır və aidiyyatı qurumlar buna cavab vermək əvəzinə bəzən susmağa üstünlük verirlər.
Başqa bir maraqlı nüansı da qeyd edək.

Sosial şəbəkə platformalarında Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbov barədə çoxsaylı xoşagəlməyən fikirlərə də rast gəlinir.

“Youtube” platformasında onlarla video və narazı insanlar onun insanları necə işdən çıxartdığını, kimlərlə və necə qorxutduğunu açıq aydın danışırlar, kömək istəyirlər. Hər kəs bu sualı verir – bir təhsil Məktəzinin direktoru haqqında səslənən fikirlər, onun əməlləri, narazı insanların müraciətləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tərəfindən niyə araşdırılmır

Həqiqətənmi, qurum rəhbəri bu faktları, şikayətləri görmür?

Bu zaman suallar da yaranır, həqiqətənmi bir neçə ildir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işləyən Ceyhun Kərəmov Peşə Təhsili Mərkəzlərinə bacarıqlı, təcrübəli kard formalaşdıra bilməyib? O qədər təcrübəli, bu sahəni bilən, illərini bu sahəyə qoyan peşəkarları niyə yola salıb, narazı qoyub uzaqlaşdırıblar?

Peşə Mərkəzlərinin “Facebook” səhifələrinə diqqət etdikdə onların necə idarə olunduğu, direktorların hansı təcrübəyə malik olduqları açıq aydın görünür.
Təsəvvür edin, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Abşeron Binə Peşə Liseyinin sosial şəbəkə platformalarında onlarla tədbir videosu var, amma heç birində Mərkəz rəhbəri Fizuli Talıbovun səsi gəlmir. Bir kəlmə belə danışmır.

Videolardan birində görünür ki, hər səhər tələbələr sıra düzülüşündə hərbi müəllimin “düzlən, fərəqət, azad” komandası ilə salamlaşır. Sırada da qadın müəllimlər, təlim ustaları dayanır. Onlar da bu hərəkətləri təkrarlamaq zorundadır. (https://www.facebook.com/AbseronBinePesheLiseyi/videos/1390878681375597) Abşeron Binə Peşə Liseyi hərbi təmayülli məktəbdir, yoxsa texniki lisey?

İndi bu məktəbin dərs hissə müdiri olmuş Əlağa Kərimovu imtahansız, olduqca böyük Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edib “düzlən, fərəqət, azad” əmrlərini buramı daşımaqmı istəyirsiz? Budurmu, sizin uğurlu Peşə siyasətiniz, Ceyhun Kərəmov? Bu kadrlarla peşəkar peşəçilər hazırlamaq istəyirsiz? Açığı deyim, mümkün deyil.

Məlumata görə, imthanlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə imtahan verməyən Əlağa Kərimov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyinatı gözlənilir. Bununla da onsuz da illərdir şübhə ilə yanaşılan “imtahan”lar məsələsinə son nöqtə qoyulacaq! İmtahansız direktor təyinatı varsa, deməli, imtahan daha lazım deyil. Nə deyək, bazar olsun!

Bizimxeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Dünən, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Dünən, 17:00
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
Ermənistan əhalisini ikiqat artırmaq istəyir - KİV
Dünən, 16:45
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 16:39
Flora Kərimovanın müalicəsi ev şəraitində DAVAM EDİR
Dünən, 16:34
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:30
Antiinhisar Agentliyi “Kontakt Home” barəsində inzibati protokol tərtib edib
Dünən, 16:26
“Xalq Sığorta”da yeni təyinat olub - ƏMR
Dünən, 16:24
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 16:21
Bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
Dünən, 16:04
"Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" - Əməkdar artist üzləşdiyi təhlükəli anlardan DANIŞDI
Dünən, 16:03
Qarabağ Universitetində yeni təyinat - DOSYE
Dünən, 15:58
"Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb - DETALLAR
Dünən, 15:56
AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır - Daha təhlükəsiz yollar naminə...
Dünən, 15:53
“AccessBank” ÇÖKÜRMÜ: YOXSA? - NƏ BAŞ VERİR?
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru