Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                 

ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi - BİABIRÇILIQ...
Tarix: 22-05-2024, 10:09 | Çap et
ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi
Aktualinfo.org artıq bir aydır ki, Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın tinglərinin hamısının traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsi barədə məlumatılar yayır. Qeyd edək ki, aprelin 27-də, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kəndinin meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.

2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.

Oğuz Rayon İcra Hakimiyyətinin “Facebook” sosial şəbəkəsində baş vermiş hadisə ilə bağlı rəsmi arayışında qeyd edilir: Qeyd olunan hadisə ilə əlaqədar olaraq 15 saylı RMTM məlumatına əsasən bildiririk ki, 15 saylı RMTM-nin Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayının kvartal 95 bölmə 5. 6 da plan proqnoza uyğun olaraq 2024-cu ilin yaz mövsümündə 10 hektar sahədə 3x1m sxemində 33 330 ədəd ağcaqayın və göyrüc tingləri əkilmişdir.

Qeyd edilən 10 ha meşə əkininin 5 hektarını Oğuz rayon Mollalı kənd sakini Məmmədov Rauf Qalıb oğlu 27-28 aprel 2024-cü il tarixdə gecə vaxtlarında şumlamış nəticədə 16 665 ədəd ağcaqayın cinsindən tingləri məhv etmiş və əraziyə qarğıdalı səpmişdir. Bu barədə 29.04.2024-cu il tarixdə Mərkəz tərəfindən 003395 nömrəli akt tərtib edilmiş, ərazinin şumlanması və 16 665 ədəd tingin məhv edilməsinə görə Rauf Məmmədova 6071.45 manat ziyan hesablanmışdır. Toplanılmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Oğuz Rayon Prokurorluğuna, Polis şöbəsinə və Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir.

Yerli İcra Hakimiyyətinin rəsmi arayışından da göründüyü kimi 10 ha meşə fondunun 5 ha-da Rauf Məmmədov tərəfindən 16 665 ədəd ağac tinglərinin şumlanaraq məhv edildiyi və cəmi 6071 manat ziyan hesablanaraq cərimə aktı tərtib edilib. Amma qalan 5 ha meşə tingliyinin kim tərəfindən məhv edilməsinə dair məsələ açıq qalmaqdadır. Rauf Məmmədovun kənd sakinlərinə 10 ha-ın bir hissəsi ona, qalan hissəsi isə Hacı İbrahim Nehrəmliyə aid olduğunu bildirmişdir. Yəni, belə nəticəyə gəlirik ki, bu adamlar ortaq olaraq birlikdə qarğıdalı biznesi ilə məşğul olurlar. ETSN-nin 7 saylı Ekologiya İdarəsi isə yalnız bir nəfəri cərimələməklə kifayətlənib.

Tinglik üzrə mütəxəssislərin verdiyi rəylərə görə hər bir belə tingin 3 il ərzində ərsəyə gəlməsi üçün dövlət ən azı 6-7 manat xərc çəkir. Sonradan onun əraziyə köçürülməsi üçün şum və digər kultivasiya işlərinin görülməsi, gübrələnməsi, suvarılması, mühafizəsi, qulluq edilməsi, 3 m eni olan aralıqların ağac dibi üçün payız şumu edilməsi hamısı xərc tələb edir. Əgər 1 tingin hazırlanması və onun əkilməsi və qulluğu üçün ən azı dövlət büdcəsindən 8 manat sərf edilirsə bu elə təxminən 130 000 manat xərc deməkdir. ETSN 7 saylı Ekologiya İdarəsi mütəxəssilərinin isə tərtib etdiyi akt əsasında Rauf Məmmədov cəmi 6071 manat ziyan vuran kimi göstərilərək dövlət büdcəsinə dəymiş real zərərin ən azı 20 dəfə azaldılması kimi qeyd etmişlər.
Bu da onu deməyə əsas verir ki, yerli işbazlarla 7 saylı Ekologiya idarəsi əməkdaşları və onlara ETSN səviyyəsində göstəriş verənlər əslində meşələrin məhvi hesabına pul qazanmaqla məşğuldurlar. Dövlətin külli-miqdarda ziyana düşməsi isə məsuliyyətsiz işçilər üçün önəmli deyildir. Dünən Oğuz rayonundan verilən digər məlumatda isə qeyd edilir ki, Dövlət Əmlak Komitəsi yanında Oğuz rayon Torpaq və Kadastr İdarəsinin Elmar adlı işçisi sakinlərə bəyan etmişdir ki, mübahisələndirilən 10 ha ərazi pay torpağıdır və fiziki şəxslərə, az bir hissəsi də Bələdiyyə meşə fondu ərazisinə aiddir. O zaman təbii sual yaranır ki, madam ki, 10 ha ərazinin 90%-i pay torpaqlarıdırsa, o zaman Mollalı kənd camaatının son 28 ildə bundan niyə xəbəri olmayıb? Və niyə bircə nəfərə belə Torpağın Dövlət Aktı sənədi verilməyib? Yəni, Elmar müəllimin təcili surətdə ərazinin plan və ölçüsü haqında tələskənliklə bəyanat verməsi və sənəddə ənənəvi sürüşdürmə üsulu tətbiq edərək yeni sənəd ortalığa çıxarması onu təsdiq edir ki, torpaqşünas məmur pulunu alıb iş görüb. Və bunun da açması budur ki, narazı qalan kənd sakinlərinin etirazlarının qarşısını almaq və işi rəsmi qaydada rüşvət hesabına öz məcrasına yönəltməkdir.
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru