Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                 

Marketlər müştəriləri aldatmağa davam edirlər... - ölçü götürən isə tapılmır
Tarix: 16-03-2024, 10:29 | Çap et
Marketlər müştəriləri aldatmağa davam edirlər...
Ötən yazılarımızdan birində bəzi marketlərin saxta endirim kampaniyasından bəhs etmişdik. Məqsədimiz, onsuz da ən müxtəlif üsullarla hər gün cibimizə girərək milyonlar qazanan marketləri neqativ hallardan çəkindirmək idi. Amma təəssüf ki, bəzi marketlər nəinki “ağıllanmaq” istəmir, əksinə, gözəl və rəngarəng plakatlarla “endirim” xəbərləri verib, alıcını aldatmaq üçün hər gün yeni üsullar icad edirlər.

“Endirim” oyunu üzərində alıcıları aldatmaq istəyən mağazalardan biri də bazara nisbətən yeni daxil olan “Tam Store” marketlər şəbəkəsidir. Şəbəkə möhtəşəm “endirim” xəbərləri ilə insanları şirnikləndirib, mağazaya gətirməyi bacarır. Lakin müştəri bəzən almaq istədiyi hansısa “endirimli” məhsulun qiymətində heç bir endirimə rast gəlmir. Etiraz isə həmişə olduğu kimi, cavabsız qalır…

Marketlər müştəriləri aldatmağa davam edirlər...

Bakı sakini Rafiq Muradov da “Tam Store”dakı “endirim” kampaniyasından şikayətlənir. O, deyir ki, mağazaların çoxunda saxta endirim taktikasından istifadə edirlər. Amma başqaları bunu incə formada etdiyi bir zamanda, “Tam store” ən kobud üsula əl atır.

“Martın 10-da metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yeni açılan “Tam market”in önündən keçirdim. Marketin pəncərəsinə endirim elanları yerləşdirildiyini gördüm. Məsələn, 2 kiloqramlıq “Harika” ununun qiyməti 50 faiz endirimlə 1 manat 67 qəpiyə düşmüşdü. Elanda yazılıb ki, 2 kiloqramlıq unu 6-12 mart tarixlərində bu qiymətə almaq mümkündür. Məni cəlb etdi, fikirləşdim ki, bayram öncəsi endirimdən yararlanım. Amma içəri girib həmin məhsulun rəfdə və eyni zamanda kassadakı fərqli (!) qiymətini gördükdə, xəyal qırıqlığına uğradım. Deməli, elanda göstərilir ki, məhsul 3 manat 34 qəpikdən 1 manat 67 qəpiyə düşüb. Amma rəfdə 3 manat 50 qəpik (!) qiymət qoyulub. Kassada isə məhsul 3 manat 34 (!) qəpikdir. Və bu, kampaniyanın bitmə tarixinə 2 gün qalmış baş verir. Qiymət fərqi digər məhsullarda da var. Məsələn, bir tanışım deyir ki, marketin Biləcəri filialında aldığı toyuq filesinin qiymətində də fərq olub və fərqi evdə aşkar edib. Niyə insanları aldadırlar?”

Marketlər müştəriləri aldatmağa davam edirlər...

Məhsul kassada yoxlanılıb və endirim olmadığı aşkar edilib. Rafiq Muradov xəzinədardan və mağaza əməkdaşlarından niyə qiymət fərqi olduğunu soruşub. Onlar isə heç bir cavab verə bilməyiblər. Ardınca məsələyə mağazanın inzibatçısı qarışıb və bu məhsula endirim olmadığını bildirib. Ona mağazanın pəncərəsinə yapışdırılan elanı göstərəndə də susaraq cavab verməyib. Bu zaman mağaza əməkdaşlarından biri rəhbərliyin göstərişi ilə rəfdəki qiyməti yığışdırıb.

Pressklub.az alıcının şikayətini aydınlaşdırmaq üçün sözügedən marketlə əlaqə saxlayıb. Lakin “Tam Store”-nin nümayəndəsi Ülkər Xaliqova şikayəti rədd edərək, belə bir şeyin olmadığını, hətta şəkillərin köhnə olduğunu iddia edib: “Əmin olun ki, biz endirim mövzusunda çox həssasıq. Ümumən şəbəkə olaraq, yalan reklam yaymaq bizim üçün yolverilməzdir. Və heç vaxt bu cür reklamlara əl atmamışıq”.

Əməkdaşımız şəkillərin yeni olduğunu bildirəndən, çəkilişlərin vaxtını sübut edən dəlilləri (şəkillərin çəkilmə zamanı) göstərəndən, hətta inzibatçının “bu məhsul endirimdə deyil” dediyi video görüntünün olduğunu bildirdikdən sonra qarşı tərəf səssiz qalıb. Bir qədər sonra isə başqa bir məsul şəxs əməkdaşımıza zəng edib, həmin mağazadakı administratorun yeni gəldiyini, məsələdən xəbəri olmadığını və buna görə də yanlış anlaşılma olduğunu qeyd edib. Elandakı qiymətlə rəfdəki qiymət fərqinə gəldikdə isə bunun araşdırılacağını və problemin aradan qaldırılacağını bildirib.

Əslində inzibatçının yeni və ya köhnə olmasının problemə heç bir aidiyyəti yoxdur. Endirim kampaniyasının elan edilməsi də, kassada məhsulun qiymətinin müəyyən edilməsi mərkəzləşdirilmiş formada tənzimlənir. Yəni, problemin səbəbi başqadır…

Bu cür hallar qanunsuzluq sayılır və istehlakçının hüquqlarının pozulması deməkdir. İstənilən şəxs, bununla bağlı məhkəməyə müraciət edərək, marketdən mənəvi və maddi təzminat tələb edə bilər. Ona görə də, istehlakçılar bu vəziyyətlə qarşılaşdıqda qanun çərçivəsində hüquqlarını tələb edə bilər.

Digər tərəfdən, aidiyyatlı qurumlar da insanları bu formada aldadan şəbəkələrə qarşı ölçü götürməyə borcludurlar.

Ölçü götürüləcəkmi?..









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru