BÖHRAN: “Səba”nın külli miqdarda kredit borcları var... - şirkət ciddi maliyyə çətinlikləri yaşayır
Tarix: 28-04-2020, 09:17 | Çap et
 “Səba” Şirkətlər Qrupu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu barədə etibarlı mənbələrdən redaksiyamıza verilən məlumata görə, qrupa daxil olan ayrı-ayrı müəssisələrin götürdükləri 10 milyonlarla manat kreditləri qaytara bilmir. Bundan əlavə, qrupun səhmdarlarından biri olan Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin payının alınmasında da problemlər yaranıb.
Mənbənin bildirdiyinə görə, 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti qrupa sərmayə yatıraraq onun 25 faizlik səhmlərini əldə edərkən bağlanmış müqavilədə səhmlərin 2016-cı ildə geri alınması nəzərdə tutulmuşdu. Səhmlərin dəyəri olaraq 42 milyon manat müəyyənləşmişdi. 2016-cı ildə qrup səhmlərin geri alınmasına imkanı olmadığına görə prosesin 2019-cu ilədək uzadılmasını xahiş edib. Ötən il isə müddətin yenidən uzadılmasına nail olunub: “Şirkətin borcları xeyli çoxdur, ciddi maliyyə problemləri var. Təkcə broylerin 7 milyon manata yaxın borcu var. Bundan əlavə, “Xalqbank”a 4 milyon dollar bir, 6 milyon manat bir kredit borcu var. Şirkətlər qrupuna daxil olan “Qarabağ taxıl”ın 10 milyon manat kredit borcu var. Biləsuvar Aqro-nun da irihəcmli borcları var”. Mənbənin dediyinə görə, “Səba” Şirkətlər Qrupu Sahibkarlığa Kömək Milli Fondunun daimi müştərilərindən biri olub. Hazırda da Fonda irihəcmli kredit borcları yığılıb. Onu da qeyd edək ki, ötən ilin sonlarında “Səba”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair mətbuatda elan yerləşdirilib. Elandan aydın olur ki, yığıncaqda müzakirə olunacaq məsələlərdən biri də bankdan kredit götürülməsi üçün müraciət edilməsi olacaqdı. Nə şirkətin İnternet saytında, nə də mətbuatda yığıncağın keçirilib-keçirilmədiyinə dair məlumata rast gəlinmir. Qrupun 2018-ci ilə dair maliyyə hesabatından aydın olur ki, həmin il borcların qaytarılmasına 6 milyon 822 min manat sərf olunub. Ondan əvvəlki ildə isə bu məbləğ 14,1 milyon manat təşkil edib. Onu da qeyd edək ki, “Səba”nın əsas səhmdarları Quliyev Hidayət Məhiyyəddin oğlu(37,3 faiz), “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25 faiz), “Bakı İnvestment Company” MMC-dir(37.3 faiz). Bu qrupun real sahiblərindən birinin Mərkəzi Bankın İdarə Heyətinin sədir Elman Rüstəmov olduğuna dair dəfələrlə mətbuatda məlumatlar yayılıb. “Səba”dan AFN-ə məsələ ilə bağlı bildirildi ki, Şirkətlər Qrupunun ödənilməsi davam edən kredit borclarının olması doğrudur: “Lakin istehsal həcmimiz və məhsullarımıza tələbat, alıcılarımızdan daxil olan və daxil olmasını gözlədiyimiz vəsait bu borcları heç bir problem olmadan geri qaytarmağımıza imkan verir. Götürdüyümüz bütün kreditlər yatırım-investisiya xarakteri daşıyır. Biz kreditləri yeni sahələrə və genişlənməyə yönləndiririk. Misal üçün, ötən il “Qarabağ Taxıl”ın tərkibində dünyanın məşhur hibrid toxumçuluq müəssisəsi olan BC İnstitutla birlikdə ölkədə ilk hibrid toxumçuluq və orijinal soya toxumçuluğu sahəsinin qurulmasına başlamışıq. Bildiyiniz kimi, “Səba” Açıq Səhmdar Cəmiyyətdir və qanuna uyğun olaraq, bu ASC-nin səhmdarlarının hər bir görüşü barədə ən gec 1 həftə əvvəldən məlumat verilir, qəbul edilən qərarlar barədə mediaya informasiya yayılır. AFN

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
|