MƏMURLAR HESABAT VERƏCƏK
Tarix: 9-03-2012, 13:07 | Çap et
GƏLİR BƏYANNAMƏSİNİN TƏTBİQİNƏ BAŞLANILIR
Azərbaycanda dövlət məmurları arasında gəlir bəyannamələrinin tətbiqinə 2012-2013-cü illərdə başlana bilər.
Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.
Nazirlər Kabinetindən В«APA-ECONOMICSВ»ə verilən məlumata görə, baş nazir Artur Rasizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin imzaladığı sənəddə qarşıdakı iki il ərzində sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelər və birgə fəaliyyət müəyyən edilib.
Burada nəzərdə tutulan tədbirlərdən biri də dövlət məmurları arasında gəlirlər haqqında bəyannamənin doldurulmasını tətbiq etməklə və digər təsirli tədbirləri həyata keçirməklə, korrupsiya əleyhinə fəaliyyəti gücləndirməkdir.
İqtisadi siyasət sahəsində tərəflərin üzərinə götürdükləri öhdəliklərə kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımının ayrılmasına diqqəti artırmaq, qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək aiddir. Bundan başqa, bilavasitə istehsalçıların, infrastruktur yaradan elmi tədqiqat və təcrübə-konstruktor işlərini həyata keçirən sahibkarların investisiya fəaliyyətinin yüksəldilməsini nəzərə alan vergi qanunvericiliyinin təkmilləşdirilməsi də nəzərdə tutulur.
Baş Kollektiv Sazişə əsasən, bundan sonra təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə olunacaq. Digər tərəfdən istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlərin aparılması və onların nəticələrinin geniş ictimaiyyətə çatdırılması da nəzərdə tutulur. Eləcə də inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək planlaşdırılır.
Sənəddə ipoteka kreditləri sisteminə dəyişikliklər də planlaşdırılır. Sazişə əsasən, ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə, kredit məbləğinin əmlak bazarında mövcud olan qiymətlərə uyğunlaşdırılmasına nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək nəzərdə tutulur.
Baş Kollektiv Sazişə əsasən, ölkədə institusional, idarəetmə və struktur islahatları davam etdiriləcək, eləcə də dövlət idarəetməsi sahəsində təkmilləşdirmə işlərini davam etdirmək, məmurların hərəkətləri və ya hərəkətsizliyi nəticəsində sahibkarlara (biznesə) dəyən zərərə görə məsuliyyət haqqında normativ aktın qəbul edilməsi imkanının nəzərdən keçirilməsi nəzərdə tutulur.
Sənəddə bildirilir ki, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlanacaq, Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görüləcək.
Baş Kollektiv Sazişdə 2012-2013-cü illərdə ölkə iqtisadiyyatının gözlənilən artım templəri də əksini tapıb - tərəflər iqtisadiyyatın bütün sahələrində ÜDM-in göstərilən real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər. Beləliklə, 2012-ci ildə ÜDM-in 5,7%, 2013-də 5,1% artımı, o cümlədən sənaye istehsalının 2012-ci ildə 1,9%, 2013-cü ildə 1,4% artımı nəzərdə tutulur. Bu dövrdə kənd, meşə və balıqçılıq təsərrüfatında 7,1% və 4,4%, o cümlədən pərakəndə əmtəə dövriyyəsinin 7,7% və 7,8%, əhalinin pul gəlirlərinin 6,8% və 8% artması proqnozlaşdırılır.
Qeyd edilir ki, saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas götürülür və tərəflər burada göstərilənlərə əməl edəcəklər. В«Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirВ», - deyə sənəddə bildirilir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00 |
|
|
|
| • Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57 |
|
|
|
| • MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45 |
|
|
|
| • Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28 |
|
|
|
| • Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21 |
|
|
|
| • Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19 |
|
|
|
| • Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11 |
|
|
|
| • Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03 |
|
|
|
| • Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54 |
|
|
|
| • Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50 |
|
|
|
| • Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45 |
|
|
|
| • 10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41 |
|
|
|
| • Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39 |
|
|
|
| • Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35 |
|
|
|
| • Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23 |
|
|
|
| • Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20 |
|
|
|
| • Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18 |
|
|
|
| • DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16 |
|
|
|
| • Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12 |
|
|
|
| • Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59 |
|
|
|
| • Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
| • Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49 |
|
|
|
| • "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46 |
|
|
|
| • Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44 |
|
|
|
| • Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42 |
|
|
|
| • Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07 |
|
|
|
| • Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04 |
|
|
|
| • Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55 |
|
|
|
| • Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50 |
|
|
|
| • Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21 |
|
|
|
| • Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13 |
|
|
|
| • Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10 |
|
|
|
| • Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07 |
|
|
|
| • Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05 |
|
|
|
| • Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43 |
|
|
|
| • Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37 |
|
|
|
| • ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24 |
|
|
|
| • Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19 |
|
|
|
| • Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12 |
|
|
|
| • "Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08 |
|
|
|
| • Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02 |
|
|
|
| • Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52 |
|
|
|
| • Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45 |
|
|
|
| • Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12 |
|
|
|
|