Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                 

'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Tarix: 1-01-2026, 06:53 | Çap et

2026-cı ilin geosiyasi proqnozu
 2026-ci ilin ilk gününə qədəm qoymuşuq.
Bəs, Çin təqviminə görə “alovlu at ilində” bizi və dünyamızı nələr gözləyir?
Çin nücum elminə inansaq, “alovlu at ili” çox sürətli dəyişikliklərin baş verdiyi bir ildir. İşin içində bir də alov olduğunu nəzərə alsaq, bu sürətli dəyişikliklər asan keçməyəcək. Sözsüz ki, bir çoxumuz kimi, məndə nücum elminə çox inanmıram.
Bəs, dünyada yaşanan hadisələr gələn ilin necə keçəcəyi barədə nə deyir?
Açığını desəm, dünyada baş verənlərin ümumi təhlili də gələn ilin çox da hamar keçməyəcəyini göstərir. Ən ciddi dəyişikliklərin isə Sakit-Hind okeanında yaşanacağını proqnozlaşdırmaq olar. Söhbət, əlbəttə, əsasən ABŞ-Çin qarşıdurmasından gedir.
Sakit-Hind okeanı
Son dövrlər ABŞ və müttəfiqlərinin Çinə qarşı ritorikalarının kəskinləşdiyi müşahidə olunur. Bir müddət əvvəl Yaponiyanın yeni Baş naziri Çinin Tayvana müdaxiləsi baş verərsə, ölkəsinin buna seyrçi qalmayacağını vurğulamışdı. İki dövlət arasında qarşılıqlı söz atışmaları səngiməmiş Çinin Tayvan ətrafında misli görünməmiş hərbi manevrlərə başladığı xəbərləri gəlməyə başladı. Mütəxəssislərin fikrincə, bu hərbi manevrlər adi təlimlərdən daha çox Çinin Tayvana 4 tərəfdən hücumunun real “provası”na bənzəyirdi. Çinin hərbi təlimləri ərəfəsində ABŞ da boş dayanmadı, Tayvana dəyəri 10 milyard dolların üzərində silah satışını təsdiqlədi. Paketdə Tayvana HIMARS raketləri, haubitsalar, pilotsuz təyyarələr və tank əleyhinə raketlər də daxil olmaqla müxtəlif hərbi texnikanın satışı nəzərdə tutulur. İddialara görə, bu, indiyədək Tayvanın müdafiəsi məqsədi daşıyan ən böyük silah satışlarından biridir.
Sakit okeanda suaların isindiyi bir zamanda, daha konkret ifadə ilə desək 1 həftə əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) “Çin Xalq Respublikasını əhatə edən hərbi və təhlükəsizlik hesabatını” açıqladı. 100 səhifəlik hesabatda Çinin mənzili ABŞ-a qədər çatan 600 ədəd nüvə silahları istehsal etdiyini, 2030-cu ildə rəqəmlərin 1000-i keçəcəyi bildirilir. İddiaya görə, 2049-cu ildə Çin dünyəvi hərbi qüdrətə çevriləcək və ABŞ artıq indidən bu qüdrət qarşısında “müdafəsiz” duruma düşüb. Hesabatın bu cür pessimist tərzdə yazılması ABŞ-ın təhlükəni beşikdəcə boğmaq istəyəcəyindən xəbər verir. Pentaqonun bu hesabatından bir neçə gün əvvəl yayımlanan Ağ evin ictimailəşdirdiyi “Təhlükəsiz Strategiyası – 2025” doktrinası da Çinə qarşı mübarizədə müttəfiqlərin yardımına ehtiyac duyulduğu irəli sürülmüşdü. Bu iki hesabatın fonunda Yaponiyanın Çinlə təhdidvari dildə danışması və Pekinin bütün tələblərinə rəğmən öz bəyanatını geri çəkməməsi 2026-cı ildə ən ciddi “alovlu at” gedişinin bu regionda yaşanacağını göstərir. Yeri gəlmişkən, Pentaqonun Çin hesabatında da Pekinin 2027-ci ildə Tayvana hücum edəcəyi proqnozlaşdırılır. Bir çox mütəxəssislərə görə isə, Çin-Tayvan qarşıdurması 2027-ci ildən daha erkən başlaya bilər. Belə çıxır ki, gələn il biz Tayvandan çox “alovlu” xəbərlər alacağıq. Təbii ki, bu proqnozlar özünü doğrultsa, ilk növbədə Yaponiyanın və Filippinlərin hadisələri soyuqqanlılıqla izləməsi mümkün olmayacaq. Böyük ehtimalla, hadisələrin inkişafından asılı olaraq, ikinci mərhələdə QUAD (ABŞ, Hindistan, Yaponiya və Avstraliya 4-lüsü) ölkələri də bu qarşıdurmaya qoşulacaq.
Yaxın Şərq
a) Türkiyə-İsrail xətti
Hazırda Azərbaycanı maraqlandıran ciddi proseslərdən biri Türkiyə-İsrail xəttində baş verir. Məlum olduğu kimi, 26 dekabr 2025-ci il tarixində İsrailin Baş naziri Binjamin Netanyahu Somalinin separatçı bölgəsi Somalilandı tanıdığını elan etmişdi. Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan somalili həmkarı Həsən Mahmudu İstanbulda qəbul edərək, İsrailin bu qərarını ağır bir dillə tənqid atəşinə tutdu.
Maraqlıdır ki, Netanyahu qucağına sığınmağa çalışdığı ABŞ-dan da istədiyi dəstəyi ala bilmədi. ABŞ prezidenti iki gün öncə Netanyahunu qəbul edərkən açıq şəkildə Türkiyə və Suriya liderlərini dəstəklədiyini bəyan etdi. Hətta Netanyahunun da onunla eyni fikirdə olduğunu İsrailin Baş nazirinin boynuna qoydu. Netanyahu isə Trampın bu “səhvini” düzəltmədi və sadəcə dürziləri dəstəklədiyini deməklə kifayətləndi. Bu isə o deməkdir ki, İsrail baş naziri dürzilər qarşılığında Türkiyənin yaxın zamanlarda başlamağı planlaşdırdığı Suriyalı PKK-çılarla mübarizəsinə etiraz etməyəcəyini nəzərə çatdırmaq istəyir. Türkiyə və digər region dövlətləri bununla razılaşarmı? Sanmıram. Görünən budur ki, 2026-cı ilin ilk aylarında Türkiyə və Suriya gücləri ABŞ-ın bu zamanadək dəstəklədiyi SDG güclərinə qarşı hərbi əməliyyatlara başlayacaq. Netanyahu isə dostu ABŞ prezidenti Donald Trampın yanında dayanıb bu əməliyyata çəpik çalacaq. Böyük ehtimalla, Türkiyə və Suriya birlikləri ilin əvvəllərində PKK-nın kökünü qurutduqdan sonra ilin sonlarında dürzi separatizminə qarşı aktiv mübarizəyə başlayacaq.
Somalilanda gəlincə, Somalinin ərazi bütövlüyünə aid olan və 1991-ci ildə müstəqilliyini elan edən bu torpaq parçasının da taleyinin Türkiyəyə həvalə olunacağını gözləyirəm. Çünki İsrailin istəyindən asılı olmayaraq, bu ərazinin yerləşdiyi geosiyasi məkan dünyanın yeni nizamının ən həssas bölgəsində - Qırmızı dənizdə yerləşir. Ağ evin “Təhlükəsizlik Strategiyası – 2025” doktrinasında açıq şəkildə bildirilir ki, ABŞ bu kimi həssas əraziləri etibarlı əllərə tapşırıb öz qınına çəkilmək niyyətindədir. Əks halda bu strateji ərazilər yad əllərə keçə bilər. Sözsüz ki, yad əllər deyiləndə Çin və Rusiya nəzərdə tutulur. Türkiyə isə ABŞ-ın regionda ən yaxın müttəfiqidir və Trampın Yaxın Şərq üzrə sözçüsü kimi çıxış edən Tom Barak Xəzərdən Aralıq dənizinə qədər bölgələrin qardaş ölkənin əlində cəmləşməsinin vacibliyini dəfələrlə vurğulayıb. Qırmızı dəniz Xəzər-Aralıq dənizi coğrafiyasında yerləşməsə də, hər halda onun davamıdır və açar bölgə xarakteri daşıyır. Bu məntiqlə, Qırmızı dənizə nəzarət etməyən hər hansı qüvvənin Aralıq dənizindəki varlığının da heç bir anlamı qalmır.
Son illərdə Türkiyənin dəniz hegemoniyası strategiyasına nəzərə salsaq görərik ki, Ankara bütün siyasətlərini məhz 3 dövlət üzərində qurur – Liviya, Suriya və Somali. Liviya və Suriyadakı Binqazi, Tartus limanlarına nəzarət etməyə çalışan Türkiyənin Somalidə də özünün ölkə xaricindəki ən böyük hərbi bazalarından birini qurub. 2017-ci ildə təməlləri atılan TÜRKSOM hərbi bazasında Somali əsgərlərinə döyüş təlimləri keçirilir. Bundan əlavə,Türkiyə Somalidə kosmik gəmilərin göyə fırladıldığı bazalar qurmaq fikrindədir. Bu isə onu göstərir ki, Türkiyə ən azı mühüm strateji hərbi bazalarını qorumaq üçün Somaliyə tam hakim olmaq əzmindədir.
Türkiyənin hərbi baza olaraq Somalini seçməsi təsadüfi deyil. Somali dünya dəniz ticarətinin 15-20 faizinin keçdiyi və Avropanı isti sulara – Hind okeanına bağlayan əsas tranzit xəttinin ən həlledici nöqtəsində yerləşir. Qırmızı dənizin cənub qapısı sayılan Bab-ül-Məndəbə yaxın ərazilərdə yerləşən Somalidə hərbi baza qurması Türkiyənin bu regionda önəmli gücə çevirəcək. Nəzərə alsaq ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi qüvvəsi (təxminən 4 min əsgəri və çox sayda gəmiləri) Babül-Mənbəd boğazının üzərində - Cibutidə yerləşir, onun strateji müttəfiqi Türkiyənin də Somalidə lövbər salması dünyanın əsas ticarət yollarının təhlükəsizliyini təmin edir. İsrailin Somalilandi tanıması isə bu təhlükəsizlik strategiyasını alt-üst edir. Məhz bu səbəbdən də Trampın Netanyahunu cilovlamaqdan başqa çarəsi yoxdur.
Qeyd edim ki, Çin də Qırmızı dənizdə hərbi baza qurmaqda maraqlıdır. Onun da Cibutidə xüdmani bir hərbi bazası var və əsasən, hərbi müttəfiqi Rusiya vasitəsilə bölgəyə yerləşmək istəyir. 2019-cu ilə qədər Rusiya həm Liviyada, həm də Sudanda öz hərbi limanlarını qurmağa çalışırdı. Suriyanın Tartus limanı isə onsuz da Rusiyanın əlində idi. Beləcə Tartus-Binqazi-Port-Sudan limanı üzərindəki təhlükəsizlik üçbucağı ilə Qırmızı və Aralıq dənizinə hökm etmək istəyirdi. Lakin Türkiyənin 2019-cu ildə Tripoli əməliyyatı ilə Rusiyanın təhlükəsizlik sac ayağının birini yerindən qoparan Ankara 2025-ci ilin sonlarında Suriyanı da onun əlindən xilas etdi. Port-Sudan limanını isə ABŞ-ın dəstəklədiyi proksi qüvvələri elə həmin il Sudanda dövlət çevrilişi edərək Ömər Bəşiri devirdi. Beləcə, Rusiyanın 2017-ci ildə Sudanın ozamankı diktatoru Ömər Bəşirlə bağladığı Port-Sudan limanı ilə bağlı müqaviləsi də pozuldu. İsrailin Somaliland projesinin də ABŞ əngəlinə ilişməsi ilə regionun Türkiyənin nəzarətinə keçməsini daha da möhkəmləndirə bilər.
Maraqlıdır ki, Rusiya və İsrailin regiondakı ən yaxın müttəfiq BƏƏ-nin Yəməndəki proksi qüvvələrinə göndərdiyi hərbi texnikalar dünən Səudiyyə Ərəbistanına aid hərbi təyyarələr tərəfindən bombalandı. Riyad Əbu-Dabi qarşısında öz əsgərlərini Yəməndən çıxarmaq üçün 24 saat vaxt verildi. Birləşmiş Əmirliklər dərhal bu ultimatuma müsbət cavab verərək Yəməndən çəkiləcəyini açıqladı. Səudiyyə Ərəbistanının bu hərəkəti və Əbu-Dabinin geri çəkilməsinin Trampın Netanyahunu qarşısına qoyub danlamasından dərhal sonra baş verməsi onu göstərir ki, İsrail artıq regionda təklənmiş vəziyyətə düşür. BƏƏ-nin ağ bayraq qaldırması Rusiyanın da Yaxın Şərqdən tamamilə silinməsi ilə nəticələnə bilər. Çünki Kremlin bu regionda əsas sponsoru BƏƏ idi. İndi isə belə görünür ki, həm sponsora, həm də onun ideya müəllifi Tel-əvivə öz yerləri göstərilir və özlərini ağıllı aparmaları tövsiyə olunur. Sözsüz ki, onların ağa buyruğundan çıxmaq kimi şansları yoxdur.
Ukrayna-Rusiya xətti
Ukrayna-Rusiya cəbhəsində baş verənlər Azərbaycan oxucularına yaxşı aydın olduğundan bu məsələ üzərində çox dayanmaq fikrindən uzağam. Sadəcə onu demək istərdim ki, bəzi müşahidəçilərin “müharibənin yaxınlarda bitəcəyi” barədə proqnozları və müjdələri reallığı əks etdirmir. Nə yazıq ki, Ukrayna müharibəsi müxtəlif beynəlxalq güc mərkəzlərinin hesablaşması sahəsinə çevrilib və tərəflər bu məsələyə varoluş səbəbləri kimi baxırlar. Trampın təmsil etdiyi “milliyyətçilər” qrupu müharibənin tezliklə bitməsinə və Rusiya ilə əməkdaşlığa can atdığı halda, “qlobalistlər” bu ideyaya müsbət yanaşmırlar. Əsasən Avropa İttifaqında cəmləşən bu zümrənin fikrincə, savaş bitərsə, Trampçılar onları da yer üzündən silib süpürəcəklər. Bu səbəbdən də hər cür təxribatlara əl atıb savaşın bitməsinə imkan verməməyə çalışırlar. Trampla Zelenskinin ABŞ-da görüşündən öncə Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahının dron hücumlarına məruz qalması son belə təxribatlardan biri idi. Ukrayna tərəfi bu hücumların məsuliyyətini öz üzərinə götürmür, belə çıxır ki, hücum müharibənin bitməsini istəməyən hansısa qlobal güc mərkəzi tərəfindən həyata keçirilib. Elə bu faktın özü də müharibənin tezliklə bitəcəyi barədə verilən nikbin proqnozları çürüdür.
ABŞ
Prezident Donald Trampın Ukrayna savaşının dayandırılmasında uğur qazana bilməməsi, ABŞ-ın iqtisadi cəhətdən getdikcə Çinə uduzması super gücün gələcəyinə kölgə salır. Təbii ki, ABŞ-ın tənəzzülü tədricən baş verəcək. Gələcək il isə böyük ehtimalla, Trampın təmsilçisi olduğu Respublikaçılar Partiyası ara seçkilərində ciddi sınaqla qarşı-qarşıya qalacaq. Bu seçkiləri uduzmaq Trampın özünü də amerikalıların ifadəsi ilə desək, “axsaq ördəyə çevirəcək. Təsirsiz vəziyyətə düşən Trampın sonrakı prezidentlik dövründə ABŞ öz qınına çəkilmək məcburiyyətində qalacaq. Nəticədə ABŞ-ın mövcud dünya düzənində oynadığı rol ciddi müzakirə mövzusuna çevriləcək.
Nəticə
2026-cı ildə Türkiyə və Türk dünyası öz geosiyasi mövqeyini daha da gücləndirəcək və bu proses Rusiyanın maraqlarını təhdid etdiyindən regionumuzda şimal təxribatlarının sayı artacaq;
Ukrayna savaşı Avropa dövlətlərinin birbaşa iştirakı ilə yeni mərhələyə qədəm qoyacaq;
Böyük ehtimalla, dünya düzənini dərindən silkəyəcək Çin-Tayvan qarşıdurması ən ağır dövrünü yaşayacaq;
İsrailin çığallığına son qoyulacaq və ona öz yeri göstəriləcək;
Suriya və İraqda PKK yüksəlişinin qarşısı kəsiləcək;
Azərbaycanda da hakim sinif arasında ciddi həbslərin olacağını görəcəyik;
İranda vəziyyət nəzarətdən çıxacaq və teokratik hakimiyyət ağır zədə alacaq. Enində-sonunda İran da Türk dünyası projesində yer almağa çalışacaq.
Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanacaq və regional əməkdaşlıqlara start veriləcək;
Yaponiya, Çin, Filippinlər və Hindistan da çarpışan dünyanın alovu içərisinə daxil olacaq;
Avropa İttifaqı çatırdamağa başlayacaq;
ABŞ da ciddi siyasi və iqtisadi böhran keçirəcək və s.
Heydər Oğuz - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru