“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Tarix: 22-10-2024, 06:36 | Çap et
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu
Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın iclasında “Qələbə planı”nı təqdim edib. Ukraynanın “Qələbə planı” beş bənddən və üç məxfi əlavədən ibarətdir. Ukrayna liderinin sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci isə təhlükəsizlik məsələlərinə aiddir. Zelenski qeyd edib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub.

“İlk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır”, - deyə Zelenski vurğulayıb. Ukrayna Prezidenti “Qələbə planı”na üç əlavənin məzmunu və ya detallarını açıqlamayıb.

Dünən isə Zelenski “Qələbə planı”nı Avropa İttifaqına üzv olan bütün ölkələrin dövlət və hökumət başçılarına təqdim edib. Bu barədə Zelenski Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının iclasında deyib.

“Biz müharibəni bitirəcək ikinci “Sülh sammiti”ni keçirməliyik. Və biz sülh yolu ilə yenidənqurmanın bütün aspektlərini özündə birləşdirəcək Sülh Formula Çərçivəsini hazırlayırıq. Bu istiqamətdə artıq dörd görüş keçirilib və bu gün beşinci görüş keçirilir. Bugünkü görüşə ev sahibliyi etdiyi üçün Fransaya minnətdaram. Bu, nüvə təhlükəsizliyi ilə bağlıdır”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, noyabrda Sülh Formulasına əsaslanan tam hüquqlu sənəd hazır olacaq - bütün on bənd üzrə: “Biz bunu hamı ilə, o cümlədən “Sülh sammiti”ndə ruslarla bölüşəcəyik”.

Sonra Zelenski “Qələbə planı”nı təqdim edib. Prezident qeyd edib ki, Ukraynanın “Qələbə planı” Rusiyanı real diplomatiyaya necə hazırlaşdırmaq və onu ədalətli dünyaya necə məcbur etmək sualına cavab verir.

Dövlət başçısı vurğulayıb ki, ukraynalı müdafiəçilərin daha çox gücə ehtiyacı var: “Çünki Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək üçün deyil, onu davam etdirmək üçün öz əlavə qüvvələrini hazırlayır. Bununla yanaşı, Putin gələn ilə qədər Rusiyanın mərmi istehsalını Avropa İttifaqı ölkələrinin istehsal gücü səviyyəsinə çatdırmağa çalışır. Rusiya Şimali Koreyadan da mərmi, texnika, indi isə canlı qüvvə şəklində yardım alır. İran da Rusiyaya kömək edir. Təəssüf ki, Çinin hələ də Rusiyaya bu müharibəni uzatmaqda fəal şəkildə kömək etdiyinə dair siqnal alırıq. Bizdə aydın kəşfiyyat məlumatları var. Biz indi güclənməliyik. “Qələbə planı” bu an üçün yaradılıb və mən hamınızı bunun reallaşmasına kömək etməyə çağırıram”.

Ukrayna Prezidentinin sözlərinə görə, indi “Qələbə planı”na dəstək verilsə, gələn ildən gec olmayaraq bu müharibəni bitirmək olar.

Zelenskinin fikrincə, “Rusiyanın psixologiyasını hamı bilir, yəni Rusiya diplomatiyaya yalnız zorla heç nə əldə edə bilməyəcəyini görəndə razılaşacaq”.

“Biz müharibəni dayandırmaq üçün lazımi şərait yaratmalıyıq”, - deyə Zelenski vurğulayıb.

Ukraynalı siyasi elmlər namizədi, politoloq İqor Reyteroviç “Qələbə planı” barədə fikirlərini analitik məqaləsində bölüşüb. Analitik yazısında qeyd edib ki, Zelenskinin Ukrayna Ali Radasında təqdim etdiyi “Qələbə planı”nda yeni kardinal tezislər yer almayıb: “Lakin bəzi maraqlı yanaşmalara diqqət yetirmək olar. Bunu dəqiq plan adlandırmaq olduqca çətindir, çünki bu, daha çox Ukraynanın malik olduğu və tərəfdaşlarına bildirilmiş ehtiyaclar toplusudur. Bu, bizim müəyyən məsələlərin necə həll olunmasına dair baxışımızdır. Yeni olan dördüncü bənddir ki, burada Ukraynada mövcud olan kritik resursların birgə qorunması, birgə investisiyalar və müvafiq iqtisadi potensialdan istifadə haqqında, xüsusən də ABŞ və Aİ ilə xüsusi sazişin bağlanması nəzərdə tutulur. Bir də gizli protokol var ki, onun təfərrüatlarını bilmirik”.

“Planın beşinci bəndində nəzərdə tutulan da yenidir: müharibədən sonra tərəfdaşların razılığı ilə Avropada yerləşən ABŞ silahlı qüvvələrinin ayrı-ayrı hərbi kontingentləri Ukrayna bölmələri ilə əvəz oluna bilər. Bu, Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun müharibədən sonra Ukrayna ordusunun Amerika ordusunu əvəz edə və NATO üçün etibarlı qalxana çevrilə biləcəyini qeyd etdiyi məşhur məqaləsi ilə müqayisə edilə bilər. Amma hələlik bu, daha çox şüarlar toplusudur. Biz bu planın həyata keçirilməsi üçün çox az spesifikliyi və mexanizmləri eşitdik”, - deyə Reyteroviç vurğulayıb.

Politoloq daha sonra bildirir: “Zelenskinin parlamentdəki çıxışından sonra ortaya çıxan başqa bir sual: niyə “Qələbə planı”nın təqdimatı bu qədər gecikdirildi? Axı bu məqamlarda qeyri-adi heç nə yoxdur. Yəni ki, onlar daha əvvəl təqdim oluna bilərdi. Buna əsaslanaraq, Prezidentin dediyi kimi, 2025-ci ildə müdafiəni davam etdirmək və müharibəni bitirmək üçün real strategiya formalaşdıracağıq. Baxmayaraq ki, bu tarixlə bağlı suallar da var. Əgər bu planın ən azı bir neçə müddəasına müsbət cavab alsaq, şübhəsiz ki, bu, bizim üçün uğur olacaq”.

“Bəzi məqamların yumşaq desək, o qədər də real görünməməsi aydındır. Xüsusən, Ukraynanın NATO-ya dəvəti ilə bağlı. Ona görə də qələbə baxımından müəyyən suallar var. Məsələn, Ukrayna Prezidenti müharibənin mümkün bitməsindən danışanda bunun konkret hansı şəraitdə baş verə biləcəyini demir. Ərazidə və suverenlikdə ticarətin yolverilməzliyi ilə bağlı bir ifadə var idi. Lakin bəzi ərazilərin müvəqqəti işğal altında olduğunu tanımaq ərazilərlə ticarət deyil, 2014-cü ildən bəri yaşadığımız obyektiv reallıqdır”, - deyə analitik vurğulayır.

Reyteroviç hesab edir ki, “Qələbə planı”nda tərəfdaşlara qarşı da şikayətlər var: Sənəddə “müttəfiqlər tez-tez təcavüzkarla danışıqlardan söz açırlar, lakin bu, ədalətlə bağlı deyil”, deyə söylənilir. Hesab edirəm ki, bir az diqqətsiz bəyanatdır. Axı Ukraynanın tərəfdaşları heç vaxt rəsmi olaraq belə bir şey deməyiblər. Həmişə deyiblər ki, Rusiya ilə nə vaxt, necə və hansı şərtlərlə danışacağına Ukrayna qərar verəcək. Danışıqların qeyri-rəsmi şəkildə aparılması açıq sirrdir. Amma sonra bağlı qapılar arxasında nəyisə razılaşdırmağa çalışanların adını çəkmək lazımdır. Ukrayna da bunda iştirak edirmi?”.

“Zelenskinin açıq şəkildə deməsi ki, Ukrayna bu gün faktiki olaraq İran, Şimali Koreya və Rusiyaya qarşı müharibə aparır maraqlıdır. Çünki Prezident Belarusu qeyd etməyib. Əlbəttə, bəyanatda doğru olmayan nəsə yoxdur. Həqiqətən də, Şimali Koreya ilə bağlı son vaxtlar gedən bütün söhbətlər fonunda bu, tərəfdaşlarımız üçün çox xoşagəlməzdir. Onlar, şübhəsiz ki, bu faktı gözardı edə bilməzlər. Üstəlik, belə bir anlayış var ki, Şimali Koreyadan olan hərbçilər Ukraynada döyüş meydanında Rusiya tərəfində görünsələr və müharibə aparmağın yeni üsullarını öyrənsələr, bu, artıq ABŞ-ın müttəfiqləri, xüsusən də Cənubi Koreya üçün problem olacaq. Bizim üçün bu hekayə nə qədər kinli səslənsə də, diqqəti cəlb etmək baxımından faydalıdır”, - deyə politoloq fikrini tamamlayıb.

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru