Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                 

HƏMAS liderinin ölümü Qəzzadakı müharibəyə necə təsir edəcək? - ARAŞDIRMA
Tarix: 20-10-2024, 01:20 | Çap et
HƏMAS liderinin ölümü Qəzzadakı müharibəyə necə təsir edəcək?
Yəhya Sinvarın HƏMAS lideri seçilməsindən bir neçə ay sonrakı ölümü təşkilatın üzləşdiyi çətinlikləri ortaya qoyur. Bununla belə, Sinvarın ölümü Qəzza sektorunda savaşın gedişinə əhəmiyyətli təsir etməyə də bilər.

62 yaşlı Sinvar HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu təşkil və rəhbərlik etməkdə günahlandırılırdı. İsrail hakimiyyətinin məlumatına görə, o zaman HƏMAS yaraqlıları 685 mülki şəxs və 71 əcnəbi vətəndaş olmaqla 1139 nəfəri öldürdülər. Bu, Yəhya Sinvarı İsrail hit-listinn zirvəsinə yerləşdirdi.

Oktyabrın 17-də İsrail Sinvarın Qəzzanın cənubunda yerləşən Rafah şəhərində hərbi əməliyyat zamanı öldürüldüyünü açıqladı. HƏMAS hələ ki, bu informasiyanı rəsmən şərh etməyib (artıq təsdiqləyib - Pressklub).

Sinvarın ölümü nə deməkdir?

“Sinvarın ölümü HƏMAS-ın rəhbərliyi arasında yüksək “kadr axını”nı, eləcə də İsrailin kəşfiyyat anlamında çox dərin hərəkətlərini, qiymətli hədəflər müəyyənləşəndə tez zərbələr endirmək bacarığını ortaya qoyur”, - “Tech Against Terrorism” təşkilatında təhlükələrin qiymətləndirilməsi üzrə mütəxəssis və Sufan tədqiqat mərkəzinin elmi əməkdaşı Likas Vebber deyir.

Onun sözlərinə görə, Sinvarın ölümü İsrailin HƏMAS-ın müttəfiqi, Livanın cənub hissəsinin çoxuna nəzarət edən “Hizbullah”a qarşı əməliyyatları genişləndirdiyi vaxta təsadüf edib. “Bu - İsrail hakimiyyəti hərbi kampaniyanı genişləndirmək üçün daxili dəstəyə ehtiyac duyan zaman xüsusi mühüm hədəfin vurulması - taktiki uğur kimi qəbul olunur”, - Vebber belə hesab edir.

Lakin ekspert Sinvarın ölümünün Qəzzadakı savaşın dayanmasına səbəb olacağına şübhə edir: “O, görünür, çox təcrübəli, HƏMAS və onun tərəfdarları arasında yüksək statusa malik adam idi. Amma ölümünün konfliktin trayektoriyasını hansısa yolla kəskin dəyişəcəyini düşünmürəm”. Vebber deyir ki, HƏMAS, demək olar, bir ildir ki, Qəzzaya girən İsraillə döyüşür və ona qalib gəlmək asan olmayacaq.

İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsindən az sonra Yəhya Sinvar HƏMAS-ın lideri oldu. İran Haniyənin qətlini İsrailin işi sayır, İsrail isə bunu nə təsdiq, nə inkar edir.

ABŞ-da yerləşən “Century Foundation” analitik mərkəzinin direktoru Tanasis Kambanis deyir ki, Sinvarın ölümünün HƏMAS-ın Qəzzada hakimiyyətdə qalmasına necə təsir edəcəyini qiymətləndirmək çətindir. Ekspert qeyd edir ki, indiyə qədər nə İsrail, nə HƏMAS savaşın durdurulmasında maraqlı olub. “Hər iki tərəf hesab edir ki, mübarizənin davam etməsi onların maraqlarına uyğundur. Sinvarın ölümü dinamikanı yaxşı istiqamətə dəyişə bilər: HƏMAS üçün ya təslim olmaq, ya da rəhbərliyin indiyə qədər maraqlı olmadığı danışıqlar yolu ilə müəyyən razılığa gəlmək fürsəti yaranır”.

Vaşinqtondakı Kuinsi adına məsuliyyətli dövlət idarəçiliyi institutunun həmtəsisçisi Trita Parsi xəbərdarlıq edir ki, HƏMAS-ın əsasında duran ideya - Fələstin dövləti yalnız İsrailə silahlı müqavimət sayəsində yarana bilər - nəinki ölməyib, bəlkə də çiçəklənir. “İsrailin Qəzzanı ucdantutma bombalaması və dinc sakinlərin kütləvi ölümü, çox güman, fələstinliləri daha da radikallaşdırıb və HƏMAS sıralarına cəlb etmək üçün əlavə zəmin yaradıb”, - Parsi əlavə edir.

Hadisə İsraildə necə qarşılanıb? “Böyük uğurdur, amma qələbəni bayram etmək hələ tezdir, - rusdilli “Newsru.co.il” nəşrinin baş redaktoru Yevgeni Finkel “Radio Svoboda”ya müsahibəsində deyir. - Qəzzada “Dəmir qılınclar” əməliyyatı davam edəcək, Livandakı əməliyyat da. Sinvarın qətli mühümdür, amma yekun akkord deyil. Bildiyimə görə, HƏMAS-ın kapitulyasiyasından danışmaq hələ olmaz. İsraildə hamını girovların taleyi narahat edir, amma o tərəfdə danışıq aparacaq adam görünmür. İsrailin son aylar etdiyi bütün təkliflər HƏMAS tərəfindən rədd edilib”.

Sinvar kim idi?

Yəhya Sinvar 1962-ci il oktyabrın 29-da Xan Yunisdə fələstinli ailədə anadan olub. Valideynləri 1947-1949-cu illər ərəb-İsrail müharibəsindən sonra buraya qaçıblar. İsrail xüsusi xidmət orqanları onu ilk dəfə 1982-ci ildə “islamçı fəaliyyət”ə görə həbs edib.1985-ci ildə ikinci dəfə tutulub. Hesab olunur ki, məhz həmin vaxt HƏMAS-ın yaradıcısı və ideya lideri şeyx Əhməd Yasinlə yaxnlaşıb. Qruplaşmanın “Majd” adlı daxili təhlükəsizlik sistemini yaradanda Sinvarın cəmi 25 yaşı vardı.

İsrail və başqa ölkə xüsusi xidmətlərinin məlumatına görə, Sinvar İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinlilərin qətlində şəxsən iştirak edib. 1988-ci ildə buna görə yenidən tutulub və beş ömürlük həbsə məhkub edilib. Sinvarı sorğu-sual edən “ŞABAK” təhlükəsizlik xidmətinin keçmiş zabitinin sözlərinə görə, “o, olduqca xarizmalı, ağıllı və hiyləgərdir, yəhudilərə kəskin nifrət edir, cihaddan başqa heç nə ilə maraqlanmır... Fanatik və sosiopatdır... Çox böyük ambisiyaları var”.

İsrail həbsxanalarında 22 ildən çox keçirən Yəhya Sinvar “Şalit razılaşması” əsasında 2011-ci ildə azadlığa buraxıldı. 2015-ci ilin sentyabrında ABŞ onu xüsusi əhəmiyyətli qlobal terrorçu kimi tanıdı. 2017-ci ilin fevralında Qəzza sektorunda HƏMAS-ın rəhbəri seçildi. O, bu postda artıq çoxdan xaricdə yaşayan İsmayıl Haniyəni əvəz etdi: qrulaşma qərara aldı ki, ona mühacirlər deyil, sektorda qalanlar rəhbərlik etməlidir. Yəhya Sinvar ötən il noyabrın 30-da bəyan etdi: “Sionistlər bilməlidirlər ki, 7 oktyabr sadəcə repetisiya idi”.

HƏMAS-ın ötən ilin oktyabrında İsrailə hücumu zamanı baş verən qətllər, girov götürmə, işgəncə, zorlama, seksual zorakılıq daxil insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə Yəhya Sinvarı məsul hesab edən Beynəlxalq cinayət məhkəməsinin prokuroru Kərim Xan bu ilin mayında onun həbsi üçün order imzaladı.

Sinvarın sələfi İsmayıl Haniyə əvvəllər bəzi analitiklər tərəfindən atəşkəs əldə olunması üçün müəyyən razılığa gəlmək istiqamətində xələfindən daha praqmatik sayılırdı. Digər tərəfdən, Haniyə HƏMAS-ın ötənilki oktyabr hücumunu tam dəstəklədi. İstənilən halda, Sinvarın HƏMAS-ın yeni siyasi lideri seçilməsi qruplaşma liderlərinin 7 oktyabr hücumu qərarını qəti dəstəklədiklərini göstərir.

Məhz Yəhya Sinvarın uzun müddət Qəzzada hakim olması nəticəsində burada hər hansı alternativ siyasi qüvvənin ortaya çıxması və ya mülki hökumətin qurulmasına işarə üçün ən xırda şərait belə yaranmadı. HƏMAS özünün hərbi qüdrəti, “Majd” xidməti və qəddarlığı sayəsində sektorda hakimiyyəti mənimsədi, sakinləri öz girovuna çevirərək İsrail zərbələri altına qoydu.

Əvəzinə kim gələcək?

İlk qeyri-rəsmi xəbərlərə görə, HƏMAS-ın Siyasi bürosunun rəhbəri postunda Yəhya Sinvarın xələfi Xalid Məşəl olacaq, ən azı müvəqqəti. O, hazırda HƏMAS daxilində ən məşhur fiqurlardan biridir, şeyx Əhməd Yasinin ən yaxın köməkçilərindən biri olub və daha əvvəl də təşkilatın Siyasi bürosuna rəhbərlik edib (1996-2017-ci illərdə, Haniyə onu əvəz edənə qədər).

Məşəlin adı 1997-ci ildə, İsrailin ona qarşı uğursuz qəsdindən sonra bütün dünyada məşhurlaşdı. Həmin vaxt artıq xaricdə yaşayırdı və HƏMAS-ın İordaniyadakı şöbəsinə başçılıq edirdi. 1997-ci il sentyabrın 25-də “Mossad” agentləri İordaniyanın paytaxtı Ammanda Məşəlin qulağına zəhər tökmək istədilər, amma mühafizə tərəfindən yaxalandılar. İordaniya kralı Hüseynin tələbinə əsasən İsrail padzəhr təqdim etdi və HƏMAS-ın mənəvi atası, şeyx Əhməd Yasini və digər 19 fələstinli məhbusu həbsdən buraxdı - Məşələ qəsd edən İsrail agentlərinin azadlığı müqabilində.

Amma 1999-cu ildə İordaniyanın yeni kralı II Abdullah HƏMAS-ın ölkədə fəaliyyətini qadağan etdi. Xalid Məşəl saxlanıldı və ölkədən çıxarıldı. 2001-ci ildən Suriyada idi, HƏMAS-ın bütün Siyasi bürosu buraya yığışmışdı. Amma Suriyada vətəndaş müharibəsi başlayanda Siyasi büro üsyançıların tərəfini tutdu, prezident Bəşər Əsədlə münasibətləri korlandı və 2012-ci ildə Qətərə köçdü. Son məlumatlara görə, Xalid Məşəl indi də burada yaşayır.

Yevgeni Frinkel hesab edir ki, İsrailin nöqtəyi-nəzərindən Xalid Məşəlin yüksəlişini “cüzi ümidverici xəbər” hesab etmək olar: “O, Qəzza sektorundan uzaqdadır. Amma bu, onun təhlükəsizliyini təmin etmir. Deyilir ki, məhz Məşəl girovlarla bağlı danışıqları koordinasiya edəcək, bu da o deməkdir ki, HƏMAS belə danışıqların mümkünlüyünü nəzərdən keçirir, baxmayaraq ki, hansı şərtlər irəli sürəcəyi məlum deyil. Hərçənd, hərbi əməliyyatların davam etdiriləcəyi daha inandırıcıdır. Ümid edirəm, bu zaman girovlardan kimlərisə azad etmək hələ mümkün olacaq”.

Pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru