AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                 

“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma... - GƏLİŞMƏ
Tarix: 17-10-2024, 15:43 | Çap et
“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma...
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəyan edib ki, Türkiyə Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Spikerin sözlərinə görə, Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni konstitusiyanın hazırlanmasıdır: “Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni Türkiyə Konstitusiyasında bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.

Onun bu açıqlaması ölkədə rezonans doğurub. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan “Anayasa”da ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. Əslində, Kurtulmuşun təklifi ilk dəfə gündəmə gəlmir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir. Elə bu ilin aprel ayında Kurtulmuş söyləmişdi ki, Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır. Spiker vətəndaş cəmiyyətini və universitetləri də bu prosesə töhfə verməyə çağırmışdı.

Qeyd edək ki, Türkiyə Konstitusiyasının dəyişdirilməsi təklif olunan üçüncü maddəsində deyilir: Türkiyə dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür, dili türk dilidir, bayrağı qanunla müəyyən edilmiş ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı İstiqlal marşıdır, paytaxtı Ankaradır.

Hazırda qardaş ölkə gündəmində əsas müzakirə olunan məsələ ilə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik deyib ki, AKP konstitusiya dəyişikliyi ilə bağlı bir neçə dəfə məsələ qaldırıb:

- Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakimiyyətə gəldiyi gündən bu yana yeni konstitusiyanın qəbulu barədə fikirlər səsləndirir. Amma bu illər ərzində dəyişikliklə bağlı çətinliklər olub, parlamentdə yetərli səs ala bilməyib. Eyni zamanda, müxtəlif vaxtlarda yeni konstitusiya ideyasına hərbçilər də müqavimət göstəriblər.

Hazırkı Türkiyə Konstitusiyası 1980-ci il hərbi çevriliş nəticəsində hakimiyyətə gələn generalların qəbul etdiyi “Anayasa”dır. Keçmiş Prezident Kənan Evrənin rəhbərliyi ilə qəbul edilmiş indiki Konstitusiyanın həqiqətən də dəyişdirilməsinə ehtiyac ola bilər. Çünki zaman dəyişib, Türkiyə həmin dövrün Türkiyəsi deyil. Amma buna iki baxış var: ya yeni konstitusiya qəbul edilməlidir, ya da Türkiyənin hazırkı Konstitusiyasında hansısa dəyişikliklər edilməlidir.

- 1980-ci ildən bu yana bir necə dəfə mövcud “Anayasa”da dəyişikliklər edilib, amma görünür AKP tam istəyinə çatmaq üçün yeni Türkiyə Konstitusiyasının qəbulunda maraqlıdır...

- Bəli, bu illərdə dəyişikliklər edilib. Məsələn, son dəyişikliklə Türkiyədə yarı prezident, yarı parlament idarəçilik modelinə keçildi. Halbuki bunadək Türkiyə Prezidentinin elə də böyük səlahiyyətləri yox idi, əsas səlahiyyət Baş nazirdə idi. Son dəyişiklikdən sonra Prezidentin, dolayısı ilə Ərdoğanın səlahiyyətləri çoxaldı. Amma dediyiniz kimi, görünən odur ki, AKP dəyişiklik yox, yeni “Anayasa”nın qəbulunda israrlıdır. Lakin bu hədəfə çatmaq çətindir, çünki lazımi səs lazımdır ki, bunu da AKP-nin təmin etməsi mümkün görünmür. Hakim AKP-nin isə müttəfiqi Millətçi Hərəkat Partiyası (MHP) ilə birgə kifayət qədər səsi yoxdur ki, yeni konstitusiya ilə bağlı məsələni TBMM-də qəbul etdirsin.

- Niyə məhz Türkiyə TBMM-nin sədri toxunulmaz dörd maddənin dəyişikliyi zərurətini ortaya atır?

- Əslində Kurtulmuşun fikirləri bir qədər təhrif olundu, fərqli izah edildi. Dörd maddənin üçüncüsü ilə, “birinci dövlət, yoxsa millət gəlməlidir” fikirləri fərqli təhlil edildi. Hesab edirəm ki, əslində hazırda Türkiyə siyasi aləmində əsas mübarizə fərqli müstəvilərdə gedir. İndi iqtisadi-sosial problemlər hakimiyyətlə müxalifət arasında mübahisə predmetinə çevrilib. Amma bununla yanaşı, Türkiyənin hakim partiyasının nümayəndələri tərəfindən yeni konstitusiya barədə fikirlər gündəmə gətirilir. Əlbəttə, Kurtulmuş illərin təcrübəli siyasətçisidir, hakimiyyətin daxilindəki düşüncələrə bələddir. Bu, Ərdoğanın fikridir, sadəcə Kurtulmuş tərəfindən səsləndirilib. Amma yenə də deyirəm, bunu TBMM-də qəbul etdirmək çox çətindir.

- Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də 2025-ci ildə Ərdoğanın hakimiyyəti ötürmək planının olduğudur. Belə perspektiv varmı?

- Ümumiyyətlə, Türkiyənin siyasi dairələrində bu məsələ barədə iki yanaşma var. Birinci yanaşma belədir ki, növbəti seçkilərdə Ərdoğanın özü yenidən namizəd olacaq. İkinci yanaşma isə belədir ki, Ərdoğan öz yerinə başqa bir siyasətçini hazırlayacaq, onun qələbə qazanma şansının çox olduğuna əminlik yaranandan sonra istefaya gedəcək, növbədənkənar seçki olacaq. Amma tam fərqli mənzərənin də şahidi ola bilərik. O mənada ki, Ərdoğan səlahiyyət müddəti başa çatanadək Türkiyə Prezidenti postunda qala bilər.

Onu da nəzərə almaq lazımdır ki, son bələdiyyə seçkilərində demək olar ki, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəldi. Əlbəttə, bu, Ərdoğanı düşündürməyə bilməz. Ərdoğan anlayır ki, qarşıdakı seçkilər onun üçün çətin olacaq. Həm də hakim AKP-nin reytinqi azalıb. CHP ilə başa-baş mübarizə aparmaq çətindir. Üstəlik, CHP-nin prezidentliyə ən azı üç namizədinin olduğu görünür – CHP sədri Özgür Özəl, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş. Bu siyasətçilərin hər üçü də Türkiyədə kifayət qədər dəstəyi və nüfuzu olan şəxslərdir. Ona görə də proseslərin gedişindən çox şey asılıdır. Siyasətdə bir gündə bir çox dəyişikliyin, sürprizlərin baş verməsi istisna deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru