Yeni ittifaq formalaşıb - İNCƏLƏMƏ...
Tarix: 13-03-2023, 11:33 | Çap et
 Hindistan, Avstraliya və Yaponiya Çinə qarşı birliyi gücləndirməyə qərar veriblər. Avstraliyanın baş naziri Entoni Albaneze Hindistana səfər edərək, baş nazir Narendra Modi ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Yaxın günlərdə Yaponiyanın baş naziri Fumio Kisidonun da Dehliyə səfəri planlaşdırılıb. Bu ölkələr ABŞ birlikdə QUAD adlı dördtərəfli dialoq formatı yaradıblar. Format Çinin bölgədə artan gücünə qarşıdır. Təşkilat mayın 24-də zirvə toplantısına hazırlaşır. Hindistanla Avstraliya arasında sammitlər hər il keçirilir. Baş nazirlər görüşür və fikir mübadiləsi aparırlar. “Böyük iyirmilərin” (G20) hazırki sədri kimi Hindistan Avstraliya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır. Avstraliyanın baş naziri Hindistanla əlaqələrin möhkəmlənəcəyinə ümidlidir: “Strateji tərəfdaşlığı gücləndirməliyik. Hərbi, iqtisadi və texnologiya sahələrində ortaq laiyəhələrin reallaşdırılmasına ehtiyac var”. Hindistan kimi Avstraliya da ordusunu gücləndirir. Avstraliya “Boeing” şirkətindən 29 “Apache” markalı hərbi helikopter alınmasıyla bağlı müqavilə imzalayıb. Bu helikopterlər ən müasir avadanlıqlarla təhciz olunub. Avstraliya bundan başqa hərbi təyyarələri və gəmiləri üçün raketlər, tank və müxtəlif zirehli texnikalar da alıb. Avstraliya ABŞ və Böyük Birtaniya ilə əməkdaşlıq çərçivəsində atom sualtı gəmilər istehsal etməyə başlayacaq. Bu əməkdaşlıq formatı isə ölkələrin baş hərflərinə uyğun olaraq AUKUS adlanır. Bu arada, ABŞ Sakit və Hind okeanı bölgəsində hərbi gücünü artırıb. ABŞ bölgədəki müxtəlif tərəfdaşları ilə ikitərəfli və çoxtərəfli əsaslarda hərbi təlimlər keçirir. Son təlimlər Yaponiya sahillərində keçirilib. Çünki son vaxtlar Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın ərazilərdə hərbi təlimlər keçirib. Bundan başqa Şimali Koreya Yaponiya sahillərinə yaxın ərazilərdə raket sınaqları keçirib. Bu Tokio və onun müttəfiqlərini ciddi narahat edib. Ona görə də bölgə ölkələri birgə hərbi təlimlər vasitəsilə Çin, Şimali Koreya və Rusiyaya ciddi mesaj göndəriblər. Pekin Çinə qarşı yaradılan siyasi və hərbi birliklərin uğursuzluğa düçar olacağı qənaətindədir. Pekin bölgənin hərbiləşdirilməsinin əleyhinə çıxsa da, özü bölgədə hərbi gücünü artırıb, okeanlara yeni gəmilər buraxıb. Çinin hərbi gəmiləri Tayvan və Yaponiya sahillərinə yaxın ərazilərdə üzürlər. Bölgə ölkələrini Çinin bu il üçün hərbi büdcəsini 7 faiz artırması da narahat edib. Bu 225 milyard dollardır. Müqayisə üçün Hindistanın hərbi büdcəsi 73 milyard dollar, Avstraliyanın hərbi büdcəsi 48 milyard dolar, Yaponiyanın hərbi büdcəsi isə 51 milyard dollardır. Göründüyü kimi, Çinin hərbi büdcəsi bu ölkələrin birgə hərbi büdcəsinin tamamından çoxdur. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04 |
|
|
|
| • Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00 |
|
|
|
| • Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57 |
|
|
|
| • Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43 |
|
|
|
| • "Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41 |
|
|
|
| • İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37 |
|
|
|
| • Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24 |
|
|
|
| • Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19 |
|
|
|
| • 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16 |
|
|
|
| • İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13 |
|
|
|
| • Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09 |
|
|
|
| • Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07 |
|
|
|
| • Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17 |
|
|
|
| • ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11 |
|
|
|
| • Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06 |
|
|
|
| • "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02 |
|
|
|
| • Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47 |
|
|
|
| • Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43 |
|
|
|
| • Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39 |
|
|
|
|