Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                 

Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
Tarix: 16-09-2021, 08:11 | Çap et
Türkiyə və ABŞ Ukraynanı silahlandırır
ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. Güman edilir ki, Ukraynaya İsrail istehsalı olan və hazırda ABŞ ordusunun sərəncamındakı “Dəmir qübbə” (İron Dome) batareyalarından verilə bilər.

“Konqresdə bəziləri 2022-ci il üzrə müdafiə haqqında qanun layihəsinə düzəliş daxil edərək Bayden administrasiyasını Ukraynaya hava-raket hücumundan müasir müdafiə sistemləri verməyə və ya satmağa, o cümlədən “Dəmir qübbə” batareyası göndərməyə vadar etməyə çalışırlar”, – deyə ABŞ-ın nüfuzlu media orqanı – “Politico” yazıb.

Artıq Nümayəndələr Palatasının üzvü, respublikaçı Skott Franklin tərəfindən təklif olunan və hər iki partiya tərəfindən dəstəklənən müvafiq düzəliş qəbul olunub. (S.Franklin 26 il ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib.) Düzəlişdə qeyd olunur ki, Pentaqon mövcud hava və raket hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi barədə öz variantlarını Konqresə təqdim etməlidir. Sənəddə konkret hansısa sistemin adı çəkilməsə də, Konqresdəki mənbə bildirib ki, əsas namizədlər 2 “Dəmir qübbə” batareyasıdır.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunub. Səfər zamanı ABŞ və Ukrayna arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Prezident Baydenin göstərişi ilə Ukraynanın hərbi ehtiyacları üçün əlavə olaraq 60 milyon dollar ayrılıb. Bu vəsaitin çox hissəsi Ukrayna ordusu üçün məşhur “Javelin” antitank sistemlərinin alınmasına sərf olunacaq. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Bu mövzu ötən həftə nüfuzlu senator Lindsi Qremin rəhbərliyi ilə ABŞ Konqresinin respublikaçı nümayəndə heyətinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzusu olub. L.Qrem Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Senatda Ukraynaya hava və raket hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini qaldıracaqlar.

Qeyd edək ki, “İron Dome” – “Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərfindən işlənib hazırlanan mobil hava hücumundan müdafiə sistemidir. O, 4 – 70 km məsafədən atılan taktiki raketləri və artilleriya mərmilərini məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, sistem 10 km yüksəkdə uçan hərbi təyyarələri də vura bilir. Bir ədəd “Dəmir qübbə” batareyası 150 kv. km sahəni müdafiə edə bilir. ABŞ 2019-cu ildə İsraildən bu sistemin 2 batareyasını əldə edib. Lakin iddialara görə, bu sistemləri ABŞ-ın raket hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün olmayıb.

Bəs, Ukrayna “Dəmir qübbə”ni alarsa, onu harada quraşdıracaq?

Ukraynalı mütəxəssislər bu sistemlərin cəbhə xəttindəki komanda məntəqələrinin və hərbi birləşmələrin müdafiəsi üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin 2 ədəd “Dəmir qübbə” batareyası əlbəttə ki, yetərli deyil, digər tərəfdən, bu sistem ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, Ukraynanın ABŞ-dan məşhur “Patriot” sistemləri almaq fikri də var və bu məsələ hazırda müzakirə mərhələsindədir. “Patriot”lar Rusiyanın əlindəki ballisik raketlərdən müdafiəni təmin etmək üçün nəzərdə tutulur.

Ukrayna ordusunu komandanı: “Azərbaycanın təcrübəsi bizdə olsaydı…”

Ukrayna rəhbərliyi öz ordusunu pilotsuz aviasiya ilə də gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib. O deyib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq.

“Gələcəkdə biz yerli pilotsuz uçuş aparatları ilə arsenalımızı təchiz etmək niyyətindəyik”, – deyə V.Zalujnıy söyləyib. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib:

“Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə təəssüf ki, çox az təcrübəmiz var…”

Onu da əlavə edək ki, hazırda Türkiyə tərsanələrində Ukrayna Hərbi Dəniz Donanması üçün 2 ədəd “Ada“ tipli korvetin tikintisi gedir.

Press Klub










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru