RUSİYANIN “QARŞISI ALINMAZ” SİLAHLARINA BİRİ DƏ ƏLAVƏ OLUNACAQ? - “Putin yeni dəhşətli hipersəs raketi hazırlayır”
Tarix: 25-05-2021, 09:30 | Çap et
 Gələn ildən Rusiya “Ostrota”adını almış yeni silahın sınağına başlayacaq. Bu, Vladimir Putinin silahlanma kampaniyasının əsas tərkib hissəsidir və onun başlıca məqsədi Rusiyanın Qərbin atəş gücünü ötüb keçməsinə yönəlib.
Ölçülərinə görə mövcud hipersəs raketlərindən kiçik olacaq bu yeni raket, səsdən iti uçan “Tu-22M3” bombardmançı təyyarələrində və “Su-34” qırıcı bombardmançılarında quraşdırılacaq.
Kremlə yaxın olan “İzvestiya” qəzetinin verdiyi məluma görə, ”Ostrota” raketi üçün xüsusi hava-reaktiv mühərriki hazırlanıb ki, bu da istənilən müasir Hava Hücumundan Müdafiə sistemini yarıb keçməyə imkan verir.
Rusiya rəsmiləri həmçinin onu da bildiriblər ki, yeni “Sirkon” hipersəs raketinin nəzərdə tutulan dörd sınağından birincisi iyun ayında keçiriləcək. Bütün sınaq dövrü yayın sonuna kimi qurtaracaq. Sürəti saatda 10 000 kilometrə çatan bu “qarşısı alınmaz” qanadlı raketin gələn ildən silahlı qüvvələrin döyüş cərgəsinə qəbulu gözlənilir.
Putin gəmilərdə bazalaşdırılmış “Sirkon” hipersəs raketlərinə nüvə münaqişəsi olduğu təqdirdə Amerika şəhərlərinə zərbə vuracaq ölümcül silah kimi baxır.
“TASS” informasiya agentliyi yüksək hərbi dairələrdəki mənbəyə istinadla xəbər verir ki, iyun ayında dövlət sınaq proqramı çərçivəsində “Admiral Qorşkov” freqatından “Sirkon” raketinin ilk buraxılışı həyata keçiriləcək.
Digər yandan isə Rusiya Baltik donanmasını ciddi şəkildə gücləndirəcək və ”Sirkon” raketləri ilə təchiz olunmuş yeni nəsil sualtı qayıqlarından “Şimal axını-2” qaz boru kəmərinin mühafizəsində istifadə edəcək.
Hesab olunur ki, kiçik həcmli “Ostrota” hipersəs raketi Rusiyanın qeyri-nüvə müdafiə gücünü daha müasir hala gətirəcək. Ekspertlər deyirlər ki, bu, Rusiyanın yüksək texnoloji sahədə lider mövqeyinə gəlməsinə və düşmənin yaxşı müdafiə olunan hədəflərinə dağıdıcı zərbələr endirməsinə imkan verəcək.
Rusiyanın artıq nüvə təchizatlı “Avanqard” hipersəs raket sistemi var. Putin iddia edir ki, bu raket meteorit kimi zərbə endirir. Həmin raketin hətta səsdən 20 dəfə sürətli uçmasından, yer atmosferi hüdudunu tərk etməsindən və Yer kürəsindəki istənilən nöqtəyə 30 dəqiqədən az müddətə zərbə vura biləcyindən danışırlar.
Rusiyanın silah arsenalında xüsusi yerlərdən birini də “MiG-31” qırıcısından buraxılan və saatda 12 400 kilometr sürətlə üça bilən “Kinjal” raketi tutur.
Bu yaxınlarda Putin Rusiyanın müasir silah sistemləri üzrə dünya lideri olmasıyla öyünüb. O, bu barədə deyib: ”Bizdə dünyada anoloqu olmayan yeni aviasiya kompleksləri, suüstü və sualtı döyüş gəmiləri ərsəyə gətirilir. Əlbəttə, sual yaranır: silahlı qüvvələrin vəziyyəti və onların perspektiv inkişafı necədir? Nə qədər qəribə olsa da, bu, əksəriyyət üçün qəribə səslənir - bizdə hər şey artıqlamasıyla öz qaydasındadır. Bizdəki qabaqlayıcı nüvə gücü bütün nüvə dövlətlərinkindən daha müasirdir. Rusiya dövlətin müdafiəyə ayırdığı vasitlərə qənaətlə yanaşılması, elmi məktəblərin saxlanılması və inkişafı, mühəndis kadrlarının hazırlığı hesabına yeni silahlar yarada bilib. Biz büdcəni hərbiləşdirmədən silahlı qüvvələrimizə lazımi səviyyədə dəstək veririk. Biz irəlidə də belə fəaliyyət göstərəcəyik”.
Rusiya Hərbi-Dəniz Donanmasının baş komandanı Nikolay Evmenov deyib: ”Baltik dənizində NATO-nun iştirakının genişlənməsi səbəbindən yeni çağırışlar və təhlükələrin meydana gəlməsiylə əlaqədar donanmanın fəaliyyəti daha böyük əhəmiyyət qazanır”
Hərbi ekspert polkovnik Nikolay Şulqin “Nezavisimaya qazeta”ya bildirib: ”Putinin yeni hipersəs raketi karbohidrogenlərin Avropaya təhlükəsiz tədarükünə və mühüm iqtisadi layihələrin təmininə xidmət göstərəcək.”
ABŞ prezidenti Co Bayden isə Rusiyadan böyük həcmdə təbii qaz almaq istəyən Almaniya ilə münasibətləri yoluna qoymaq məqsədilə “Şimal axını-2”-yə qarşı tətbiq olunan yeni sanksiyalardan imtina edib.
Kreml qaz nəqlindən Avropa Birliyi ölkələrinin Moskvadan asılı düşməsi üçün istifadə edir. Amma belə bir təhlükəni duymasına baxmayaraq, Vaşinqton bu layihəyə qarşı tətbiq edilən sanksiyaları qaldırmaq niyyətindədir.
Ola bilər ki, ABŞ dövlət katibi Entoni Blinken sanksiyaları yenidən işə salsın, çünkü Vaşinqtonda əmindirlər ki, ”Şimal axını-2”-nin işə düşməsi “Putinə hədiyyə”-dir.
“The Sun” – (Böyük Britaniya)
Tərcümə: “AzPolitika.info”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43 |
|
|
|
| • Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
| • "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25 |
|
|
|
| • Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18 |
|
|
|
| • 400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17 |
|
|
|
| • Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13 |
|
|
|
| • Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11 |
|
|
|
| • Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04 |
|
|
|
| • Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03 |
|
|
|
| • Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01 |
|
|
|
| • ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49 |
|
|
|
| • AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40 |
|
|
|
| • Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21 |
|
|
|
| • "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17 |
|
|
|
| • Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14 |
|
|
|
| • 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11 |
|
|
|
| • "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
| • Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
| • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
| • “Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58 |
|
|
|
| • Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47 |
|
|
|
| • Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38 |
|
|
|
| • Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24 |
|
|
|
| • İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03 |
|
|
|
| • Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59 |
|
|
|
| • Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54 |
|
|
|
| • Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46 |
|
|
|
| • “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33 |
|
|
|
| • Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15 |
|
|
|
| • İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06 |
|
|
|
| • "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01 |
|
|
|
| • "Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56 |
|
|
|
| • "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48 |
|
|
|
| • “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42 |
|
|
|
| • Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35 |
|
|
|
| • Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30 |
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
|