Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                 

Qərb Ərdoğanı niyə cəzalandırır? - TƏHLİL
Tarix: 17-12-2020, 09:22 | Çap et
Qərb Ərdoğanı niyə cəzalandırır?
Türkiyənin Qərb tərəfdaşları ilə münasibətlərində kəskin böhran dövrü yaşanır. Avropa Şurası (AŞ) Şərqi Aralıq dənizində qazma işləri apardığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi, amerikalılar isə Rusiyadan zenit-raket kompleksləri aldığına görə Türkiyəyə təzyiqləri artırdı. "RİA Novosti" bunun NATO daxilində vəziyyətə necə təsir göstərəcəyini araşdırıb.

Ankaranı cilovlamaq

"Türkiyə birtərəfli şəkildə təxribatlara yol verir və AŞ-yə qarşı ritorikanı gücləndirir. Şərqi Aralıq dənizində, Kipr müstəsna iqtisadi zonasında qazma işlərini davam etdirir", - bu fikirlər yaxın günlərdə baş tutmuş Avropa Şurası zirvə görüşündə səsləndirildi. Avropalılar Ankaranın fəaliyyətini məhdudlaşdırmaq üçün türk məmurlarına və iş adamlarına qarşı sanksiyaları genişləndirdilər: onların AŞ ölkələrinə girişi qadağan olundu, Avropa banklarındakı hesablarının isə dondurulacağı bildirildi.

Belə getsə, AŞ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell əlavə məhdudiyyətlər üzərində işləməli olacaq. Angela Merkel isə Ankaranın Avropa məsələlərindəki rolunu yenidən nəzərdən keçirməklə kifayətlənməməyə, eyni zamanda, Türkiyənin Liviya, Suriya və Dağlıq Qarabağa təsirini də təhlil etməyə çağırır. Analizlərin nəticəsi mart ayında təqdim oluncaq hesabatda öz əksini tapacaq.

Türkiyə əleyhinə ilk sanksiyalar hələ keçən payızda elan olunmuşdu. Səbəb isə eyni idi: Şərqi Aralıq dənizindəki təbii qaz yataqlarında qeyri-qanuni kəşfiyyat işlərinin aparılması. Ancaq bu sanksiyalar Rəcəb Tayyib Ərdoğanı dayandırmadı, Türkiyə prezidenti qazma işlərinin davam etdiriləcəyini bəyan elədi.

"Sanksiyalar məqsəd deyil, vasitədir"

Brüssel təzyiqləri artırsa da, hələ də manevr üçün yer saxlayır. Məsələn, AŞ sammitinin yekunları ilə bağlı sənəddə "Türkiyə-Avropa gündəmində müsbət irəliləyişlərin" vacibliyi vurğulanır.

"Sanksiyalar (Türkiyəyə qarşı –red.) Avropanın bu məsələ üzərində möhkəm dayandığını göstərir. Ancaq bizim məqsədimiz bu deyil, sanksiyalar Ankaranın davranışlarını dəyişdirməsi üçün bir vasitədir. Biz hər zaman dialoqa və konstruktiv birgə fəaliyyətə hazırıq", - deyə Emmanuel Makron bəyan etmişdi.

Fransa prezidentinin bu sözləri Paris və Ankara arasında payızda daha da şiddətlənən mübahisənin davamı kimi qiymətləndirildi. Məktəblilərə Məhəmməd peyğəmbərin karrikaturalarını nümayiş etdirən coğrafiya müəllimi Samuel Patinin öldürülməsindən sonra Makron İslamda böhran yaşandığını və dövlətlərin dünyəvi dəyərlərini qorumağın vacibliyini bəyan etdi. Ərdoğan isə buna cavab olaraq Fransa prezidentinə "psixi sağlamlığını yoxlamağı" tövsiyə etdi.

Avropa ölkələrinin liderləri Makronu dəstəklədilər. Fransız-türk mübahisəsi növbəti sanksiya müharibəsinə çevrilməmiş Amerika işə qarışdı: ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper avropalılara Türkiyənin Şimali Atlantika alyansının mühüm hərbi-strateji tərəfdaşı olduğunu xatırlatdı.

"NATO ölkələri Türkiyəni qərb orbitində saxlamağa məcburdur. Əlbəttə ki, Şərqi Aralıq dənizi və Qara dənizdə baş verənlərə reaksiya verməmək olmaz. Ancaq etiraf etmək lazımdır: Avropanın şərq cinahındakı təhlükəsizliyi hələ də Ankaradan asılıdır. Amerika türklərin alyansdakı məsuliyyətli davranışının qarantı olmaq istəyir. Əks təqdirdə, Rusiya qazanacaq", - Kuper Vaşinqtonun bu məsələdəki mövqeyini belə vurğuladı.

Amerika təhdidləri

Avropalılar okeanın o tayından gələn barışıq bəyanatlarına bir qədər ehtiyatla yanaşdılar. Axı keçən ildən bəri Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə başlayan türk-amerikan mübahisəsi hələ davam edirdi. Vaşinqton, Ərdoğanı F-35 qırıcı bombardmançı təyyarələrinin satışını qadağan etməklə hədələyərək israrla Moskva ilə müqavilədən imtina etməyə çağırdı. Ancaq Türkiyə hakimiyyəti buna Amerikanın İncirlik və Kürecikdəki hərbi bazalarını bağlayacağını bəyan etməklə cavab verdi. Suriyada və İraqda "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün Pentaqonun həmin hərbi bazalara ehtiyacı var. Eyni zamanda, bu bazalar NATO-nun Avropadakı raketdən müdafiə sisteminin bir hissəsi hesab olunur. Odur ki amerikalılar danışıq tonunu mülayimləşdirməli oldular, Ərdoğan isə öz növbəsində, NATO-nun Türkiyə üçün əhəmiyyətini etiraf etdi. Bu məsələdə Co Baydenin prezident seçkisindəki qələbəsi də öz rolunu oynadı. Bayden hələ vitse-prezident vəzifəsində olarkən Ərdoğan rejimini tez-tez tənqid etsə də, Türkiyə ABŞ-da hakimiyyət dəyişikliyinin iki ölkə arasındaki münasibətlərin yenidən qurulmasına səbəb olacağına ümid bəsləyir.

ABŞ-ın yeni seçilmiş prezidenti hələ bu barədə açıqlama verməyib. Ancaq Amerikanın NATO-dan uzaqlaşmasına son qoyacağını açıq şəkildə bildirib. Eyni zamanda, Ağ Evin hazırkı başçısı Donald Tramp bəyan edib ki, hakimiyyəti Baydenə təhvil verməzdən əvvəl Amerikanın Yaxın Şərq və Əfqanıstandakı NATO əməliyyatlarındakı iştirakını azaltmaq niyyətindədir. Digər tərəfdən, ABŞ "Amerikanın düşmənlərinə qarşı müqavimət" qanunu çərçivəsində Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Ərdoğan isə bunu "NATO tərəfdaşına hörmətsizlik" kimi qiymətləndirərək "ABŞ və AŞ ilə güclü siyasi və iqtisadi əlaqələrimiz var, bunu inkar etmək olmaz. Sanksiyalar bu əlaqələrə zərər verəcək. Tərəfdaşlarımızın obyektivlik nümayiş etdirmələrini gözləyirik", - dedi.

NATO müstəqil davranmaq üçün maneə deyil

"Ərdoğan ilə NATO arasında münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq, türk cəmiyyətində fikir birliyi mövcuddur – alyansa üzv olmaq faydalıdır, bu, Türkiyəyə bir çox imkanlar qazandırır. NATO olmadan Ərdoğanın Liviya və ya Suriya münaqişəsinə müdaxiləsinə haqq qazandırması daha çətin olardı", - deyə Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Politoloq daha bir üstünlüyü alyansın Türkiyənin AŞ ölkələri ilə fikir ayrılıqlarını aradan qaldırmasına imkan verməsində görür: "Məsələn, Ankaranın Yunanıstan, Kipr və ya Fransa ilə olan qarşıdurmalarını götürək. Bu ölkələr də Türkiyə kimi NATO üzvü olduqlarından mübahisələr daha geniş miqyas almadı. Alyans bir növ moderator rolunu oynayır. NATO-ya üzvlük Yunanıstan, Kipr və ya digər ölkələrin Türkiyə əleyhinə hərəkətlərini əngəlləyir".

Bununla belə, ekspert Ərdoğanın NATO üzvlüyünü müstəqil siyasət yürütmək üçün bir maneə olaraq görmədiyinə əmindir.

Türk-fransız populizmi

"Makronla Ərdoğan arasındakı qarşıdurma NATO-nun parçalanmasına səbəb olmayacaq. Ona qalsa, Türkiyə ilə Yunanıstan arasında hər zaman gərginlik olub, ancaq bu, heç vaxt açıq müharibəyə gətirib çıxarmayıb. Məhz ona görə ki, hər iki ölkə NATO-nun üzvüdür", - "Observo" fransız-rus analitik mərkəzinin direktor müavini İqor Delanoe belə deyir.

O, "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, 2016-cı ilin yayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ərdoğan alyansdan bir qədər uzaqlaşsa da, hələlik bu ölkənin NATO-dan çıxmasından söhbət gedə bilməz. "ABŞ Ankaranın alyansdan çıxmasına imkan verməz. Çünki Amerika məhz Türkiyə vasitəsilə Qara dəniz bölgəsi və Qafqaza təsirlərini gücləndirmək niyyətindədir", - deyə Delanoe bildirir.

Mütəxəssisin fikrincə, iki ölkə arasında dərin fikir ayrılığının olmadığı nəzərə alınarsa, türk-fransız münasibətləri də əvvəl-axır normallaşacaq.

"Ərdoğan və Makron dəfələrlə xarici siyasətdə çeviklik nümayiş etdiriblər. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrında, 2016-cı ilin iyulunda yaranmış münaqişəli vəziyyətləri yada salın. Əlverişli şərait yaranan kimi vəziyyət düzəldi. Makron da fikirlərini tez-tez dəyişir və populizmə meyl göstərir. Paris ilə Ankara arasındakı münaqişə bu və ya digər şəkildə həll ediləcək", - deyə Delanoe əminliklə vurğulayır.

Ancaq hələlik kompromisə qarşılıqlı meyil hiss olunmur və belə görünür ki, Türkiyə ilə Fransa və ümumiyyətlə NATO arasındakı ixtilaf bir müddət davam edəcək.

https://ria.ru/20201216/turtsiya-1589327879.html?fbclid=IwAR1A8omGDWs5mITphGWGc1t21NIu334AFvdn4uZXlHmzZUuxPx9bY-TcmsY












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru