Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Tarix: 20-11-2018, 09:42 | Çap et
 Noyabrın 10-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasının Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatını itirib. Bu barədə Suriya mediası İnsan Haqları Müşahidə Evi məlumat yayıb. Məlumatda bildirilir ki, koalisiya təyyarələri İŞİD-in ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.
Ancaq amerikalılar məlumatı təsdiq etmir. Vaşinqton mülki itkilərin olmadığını, hava zərbələrinin əsasən İŞİD mövqelərinə endirildiyini bəyan edib.
Lakin bu ittihamlar ilk dəfə deyil. Oktyabrın 24-də koalisiya aviasiyası Deyr əz-Zor vilayətində məscidi bombalamışdı. Bu məsələ xeyli böyüdükdən sonra ABŞ ordusunun nümayəndəsi polkovnik Şon Rayan deyib ki, koalisiyanın oktyabrın 24-də endirdiyi zərbə İŞİD-ə məxsus olan və kürdlərə qarşı hücumda istifadə olunan nöqtələrə edilib. Belə nöqtələrdən biri də sözügedən məscid olub. ABŞ Quru qoşunları komandanlığının qiymətləndirməsinə görə, zərbə endirilən zaman məsciddə yalnız İŞİD yaraqlıları olub.
Qeyd edək ki, hazırda Suriyanın şərq rayonlarında çöllük bölgələrdə hələ də İŞİD-in nəzarətində olan kiçik bölgələr var və burada zaman-zaman ABŞ-ın himayə etdiyi kürd silahlıları ilə toqquşmalar baş verir. Çünki bu bölgə Suriyada neft və qaz istehsal olunan əsas yerdir və bu baxımdan indi bütün tərəflər bu bölgəyə nəzarət etməyə çalışır. Bu ilin fevralında da Rusiyaya məxsus silahlılar məhz burada ABŞ koalisiyası ilə rus “Vaqner” qrupunun silahlıları arasında toqquşma baş vermiş və yüzdən çox rus silahlısı öldürülmüşdü.
Hazırda Suriya ordusu da ölkənin şərqindəki İŞİD mövqelərinə qarşı kiçik miqyasda əməliyyatları davam etdirir. Belə görünür ki, kürdlər ABŞ ordusunun (Beynəlxalq İŞİD əleyhinə koalisiya - K.R.) dəstəyi ilə Deyr əz-Zor və ətrafındakı İŞİD nöqtələrini ələ keçirmək və bölgədə möhkəmlənməyə çalışırlar. Çünki hazırda Dəməşq gücləri İdlib ətrafında qalıb. Deyr əz-Zor isə bütün parametrləri ilə ABŞ ordusu və kürdlərin əsas maraq dairəsindədir. Çünki indi hər kəsə aydındır ki, İdlib ətrafında sular durulduqdan sonra Suriya hakimiyyəti üzünü kürdlərə tərəf çevirəcək.
Bu arada ötən həftə Londonda dərc olunan ərəb dilli “Ray əl-Yaum” qəzeti Suriya hökumət qüvvələrini İdlib ətrafına topladığını yazıb. Qəzet mənbələrə istinadən yaxın günlərdə İdlibdə əməliyyatların başlaya biləcəyini iddia edir.
Məsələ ondadır ki, son həftələrdə Soçi anlaşmasının icrası yubadılır. Eləcə də bölgəyə yerləşən Suriya ordusu qüvvələrinə hücumların sayı artıb. Rusiya XİN isə silahlı qrupların İdlibdə atəşkəslə bağlı müvafiq Rusiya-Türkiyə anlaşmasına riayət olunmadığını, silahlıların hökumət qüvvələrini təxribata çəkdiyini qeyd edib.
Bu barədə İran XİN rəhbərinin bir neçə gün əvvəl Moskva səfərində də müzakirələr aparılıb. Ərəb mənbələri isə hazırda İran və Suriya hökumətlərinin Rusiyanı İdlibdə əməliyyatın keçirilməsinə inandırmağa çalışdığını yazır. Əsas arqument isə qarşı tərəfin, yəni Türkiyənin və silahlı qrupların müvafiq öhdəlikləri icra etmədiyi ilə bağlıdır.
Yeri gəlmişkən, noyabrın 19-da İstanbula, “Türk axını” layihəsinin açılış mərasiminə gələn Rusiya prezidentinin günortadan sonra Soçiyə uçacağı bildirilir. Rusiya prezidentinin burada ordu komandanlığı ilə müzakirələr aparacağı, silahlı qüvvələrin yenidən qurulması istiqamətində qərarlar qəbul edəcəyi bildirilir. Ehtimal ki, Putin İstanbulda və daha sonra Soçidə Suriya məsələsi, xüsusən də İdlibin taleyi ilə bağlı müzakirələr aparacaq. Ankaranın İdlib atəşkəsi ilə bağlı öhdəlikləri yerinə yetirməsini istəyəcək. Türkiyə hakimiyyəti isə hələlik görünən odur ki, İdlibdəki fərqli ölkələrin təsiri altında olan silahlı qruplarla anlaşa bilmir. Ötən gün Türkiyə ordusunun Suriyada nəzarət etdiyi bölgələrdə qarət və ordudan yayınma hallarına qarşı mübarizə məqsədilə reydlər başlatdığı haqda xəbərlər yayılıb. Ehtimal ki, pərakəndə, əsasən maraq qruplarından formalaşan və fərqli ölkələrin təsiri altında olan bu silahlı qruplar Türkiyənin İdlibdəki siyasətinə problem yaratmağa başlayıb. İndi Ankaranın qarşısında dayanan əsas vəzifə ilk növbədə bu qrupları nəzarət altına almaq, tabe olmayan qrupları isə kənarlaşdırmaq və mümkün qədər sürətli şəkildə atəşkəs anlaşmasının icrasını təmin etməkdir. Əks təqdirdə Ankaranın İdlibdəki planları pozula bilər. Çünki hazırda hərbi və siyasi baxımdan xeyli güclənən və getdikcə regionda daha çox ölkə ilə əlaqələrini qaydaya salan Bəşər Əsəd qarşısında İdlib əsas maneələrdən birinə çevrilib. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
| • “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR? - BU NƏDİ BELƏ?
Bu gün, 15:59 |
|
|
|
| • Qurban Qurbanovun yeni biznesi
Bu gün, 15:56 |
|
|
|
| • İrəvandakı sammitdən İran niyə narahat olub?
Bu gün, 15:37 |
|
|
|
| • Mahir Abbaszadənin bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon ayırdığı Yasin Dadaşov kimdir? - CƏDVƏL
Bu gün, 15:35 |
|
|
|
| • “PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Bu gün, 15:26 |
|
|
|
| • Pezeşkian Müctəba Xamenei ilə görüşüb - AÇIQLAMA
Bu gün, 15:24 |
|
|
|
| • “Yaxşılıq edib çəkirsənsə, demək niyyətin başqadır” – Əməkdar artist
Bu gün, 15:03 |
|
|
|
| • Makronun Ermənistan üçün nələr etdiyini mayın 28-də görəcəksiniz - Paşinyan
Bu gün, 15:01 |
|
|
|
| • "Pulsuz olan yerlər indi ödənişlidir, alternativ isə yoxdur" - ETİRAZ!
Bu gün, 14:54 |
|
|
|
| • Misir Mərdanovdan Emin Əmrullayevin sözlərinə REAKSİYA
Bu gün, 14:50 |
|
|
|
| • “Ekol Mühəndislik Xidmətləri” şirkətinin maşınları satılır – Qiymətlər 3600 manatdan başlayır
Bu gün, 14:48 |
|
|
|
| • Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik - Paşinyan
Bu gün, 14:44 |
|
|
|
| • "Yeni Nəsil", "Nur" və "Reo-Med" Tibb Mərkəzi borca düşüb - FOTO
Bu gün, 14:42 |
|
|
|
| • Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən ana və qızı SAXLANILDI - TƏFƏRRÜAT
Bu gün, 14:37 |
|
|
|
| • Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı
Bu gün, 14:29 |
|
|
|
| • Marukyanın Qarabağ arzusu - Paşinyan gizli planı necə İFLİC EDİB?
Bu gün, 14:26 |
|
|
|
| • Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO
Bu gün, 14:19 |
|
|
|
| • Moskva İrəvanı vədini pozmaqda ittiham edib: - Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq
Bu gün, 14:16 |
|
|
|
| • İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib - FOTO
Bu gün, 13:32 |
|
|
|
| • “Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ
Bu gün, 13:29 |
|
|
|
| • Paşinyan Moskvada parada getməyəcək
Bu gün, 13:25 |
|
|
|
| • Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Bu gün, 13:23 |
|
|
|
| • “TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, əxlaqsızlıq, zorakılıq, bədbinlik...
Bu gün, 13:17 |
|
|
|
| • “Qaçqınkom” Goranboyda bina təmir edəcək: - 468 min manatlıq tender
Bu gün, 13:15 |
|
|
|
| • Nikol Paşinyan məzuniyyətə çıxır - KİV
Bu gün, 13:07 |
|
|
|
| • Medvedyev Varşavanın gələcək taleyini açıqladı: - Ya rəzil vassal olacaq, ya da...
Bu gün, 13:05 |
|
|
|
| • “TuranBank”da yeni təyinat olub - BUNDAN SONRA
Bu gün, 13:01 |
|
|
|
| • İcra başçısı sektor müdirini vəzifədən azad edib - FOTO
Bu gün, 12:58 |
|
|
|
| • "Heç necə açırlar onu belə bacarmıram" - Şeyx Əbdül
Bu gün, 12:55 |
|
|
|
| • “Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ
Bu gün, 12:41 |
|
|
|
| • Ankaranın ABŞ-da lobbi fəaliyyəti - bəs Azərbaycan?
Bu gün, 12:34 |
|
|
|
| • Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir - İNCƏLƏMƏ
Bu gün, 12:32 |
|
|
|
| • Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? - TƏFƏRRÜAT
Bu gün, 12:23 |
|
|
|
| • Kəndlini bazara buraxmırlar - ŞƏRH
Bu gün, 12:19 |
|
|
|
| • Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Bu gün, 12:17 |
|
|
|
| • “Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..."
Bu gün, 12:08 |
|
|
|
| • “Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:04 |
|
|
|
| • Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı - “Vacib deyil ki, peşəkar jurnalist olasınız...”
Bu gün, 12:01 |
|
|
|
| • Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - SİYAHI
Bu gün, 11:59 |
|
|
|
| • ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq - Xameneinin müavini
Bu gün, 11:47 |
|
|
|
| • “Finans Kredit” BOKT niyə geriləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:42 |
|
|
|
| • Səhnənin imtina etdiyi müğənni-aktrisamız - Orxan Saffari yazır...
Bu gün, 11:41 |
|
|
|
| • "Bank Respublika" qaydaları pozdu - Mərkəzi Bank məcburi sərəncam verdi
Bu gün, 11:39 |
|
|
|
| • Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə - VİDEO
Bu gün, 11:37 |
|
|
|
| • “Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” İDDİASI
Bu gün, 11:30 |
|
|
|
| • Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır - Xəzər rayonunda qanunsuz tikinti
Bu gün, 11:20 |
|
|
|
| • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Təmir-tikinti işləri, yoxsa…
Bu gün, 11:12 |
|
|
|
| • Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar - Petrosyan
Bu gün, 11:06 |
|
|
|
|