Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                 

AZƏRBAYCANLI AKTRİSA: "QADINLARIN ƏKSƏRİYYƏTİ"...
Tarix: 3-12-2013, 08:43 | Çap et
AZƏRBAYCANLI AKTRİSA: "QADINLARIN ƏKSƏRİYYƏTİ"...
“Yuğ” Dövlət Teatrının aktrisası Natəvan Qeybaninin Milli.Az-a müsahibəsi.

Dosye: Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardandır. Teatrın səhnəsində qoyulan tamaşalarda Sara (“Solğun çiçəklər”, C.Cabbarlı), Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi), “Qaratoxmaq qadın” (“At. Daş. Qadın”, T. Daimi), Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası), Əmidostu (“Hop? Hop!”, M. Ə. Sabir), Divanə Qız (“Zindan guşəsindən bir səs və yaxud Divanə”, H.Cavidin altı poeziya nümunəsi əsasında), Xurşud (“Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi”, İ.Əfəndiyev), Varya (“Birinci akt”, A.P.Çexovun “Albalı bağı” komediyası əsasında) və digər rollarda çıxış edib.

“Yuğ” Dövlət Teatrında görüşdüyümüz gün digər həmkarları kimi Natəvan xanım da iranlı kinorejissor Babək Şirinsifətin Vaqif İbrahimoğlu və onun yaratdığı “Yuğ” Teatrı haqqındakı sənədli filminin çəkilişlərindən yenicə çıxmışdı...

- Sizin təqdimatınızda gördüyümüz personajlar möhkəm iradəli, hər şey barədə özünün fikri olması və hətta bir qədər sərtliyi ilə fərqlənirlər. Gerçək həyatda da beləsiniz?

- Bilirsiniz ki, bizim teatrda “obraz üzərində işləmək” ifadəsi yoxdur. “Yuğ”çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. Dediyiniz sərtlik görünən üst qatdır. Bu qatın altındakı Natəvanı məqamından və konkret dairədən asılı olaraq istər gerçək həyatda, istərsə də səhnədə insanlar müxtəlif cür səciyyələndirə bilərlər. Sabit olan odur ki, mən heç bir halda qeyri-səmimiyyəti qəbul etmirəm. Bütün kollektivimiz birlikdə gedib hansısa tamaşaya baxanda səhnədə qeyri-səmimilik sezirdimsə, dərhal buna reaksiya verirdim, Vaqif müəllimə (“Yuğ” Dövlət Teatrının yaradıcısı mərhum Vaqif İbrahimoğlu – red.) deyirdim ki, səmimi deyillər e, müəllim. O da deyirdi ki, bu qədər hövsələsiz olma. Mənim bəxtim onda gətirdi ki, Vaqif müəllimin kursuna düşdüm. Düzdür, çox gənc olduğumuzdan ilk vaxtlar onun psixosof poetikasını qavramaq iqtidarında olmadığımız üçün kontakt alınmırdı və iki ildən sonra o, bizdən imtina etmişdi. Amma sonra yaxşı ki, məşğələləri davam etdirdi.

İnsan doğulandan ölənə qədər özünün mənəvi böyüməsi ilə məşğul olmalıdır. Şəxsiyyət özünə daha çox şey götürməlidir. Vaqif müəllim bizə bunu öyrədirdi və bütün bunları bizə verirdi. Ancaq öz daxili potensialını artırmaq qabiliyyətinə malik olan, belə gücü olan insan bunları qəbul edə bilər. Valideynlərimdən aldığım tərbiyənin davamını Vaqif müəllimdən gördüm. Ondan əqidə möhkəmliyini öyrənmişəm. Necə deyərlər, onun tələbəsi olmaqla öz qabıma düşdüm. Mən başqa teatrda işləyə bilmərəm. Bizim teatrın aktyorları eqosentrizmi əsas götürürlər.

- Bu sənəti seçəndə nəyi əsas götürdünüz?

- Bu sənəti təsadüfən seçdim. Yəqin ki, dram dərnəklərində məşğul olmağım qərarıma təsir edib. Amma hər hansı aktyorun pərəstişkarı olduğum üçün bu sənəti seçdiyimi deyə bilmərəm.

- Ola bilməz ki, başqa heç nə ilə maraqlanmayasınız...

- Belə deyək, yüksək dəyər verdiyim peşələrdən biri həkimlikdir. Müqəddəs sənət kimi baxıram həkimliyə. İnsanların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs işdir. Həkim hikmət sahibi deməkdir. Yəqin ki, aktrisa olmasaydım, həkim olardım. Daha doğrusu, olmaq istərdim. Bir də idmanla çox maraqlanmışam, hətta mütəmadi məşğul olmuşam. İndi vaxt məhdudluğundan məşğul ola bilmirəm. Qızımın bu sahəyə həvəsi olsa, çox şad olaram.

- Bəs övladlarınızın aktyorluğa meylini necə qarşılayarsınız?

- Çox yaxşı. Bizim sənət adamlarının əksəriyyəti, hətta demək olar ki, hamısı bunu arzulamadıqlarını deyirlər, amma mən belə düşünmürəm. Övladlarım mənim yolumu davam etdirsələr, yalnız sevinərəm. Oğlum hələ balacadır, dörd yaşı var. Qızım isə səkkiz yaşındadır, hələlik skripkaya yaman bağlanıb, özünü aparıcı rolunda təsəvür etməyi xoşlayır. Mən özüm aktrisa olmaq istədiyimi valideynlərimə deyəndə kəskin reaksiya ilə qarşılaşmamışdım. Təbii ki, atam təəccüblənmişdi, amma anam dedi ki, işin olmasın, qoy həvəsi haradırsa, o sənətin dalınca da getsin.

- Məişətdə necə, xüsusi həvəslə gördüyünüz iş hansıdır?

- Məncə, qadınların əksəriyyəti ev işlərini məcburi, daha doğrusu, vəzifə borcları olduğu üçün görürlər. Düzdür, bir və ya bir neçə ev işinə xüsusi həvəsi olan qadınlar da az deyil, amma mən belə deyiləm. Hansısa ev işinə xüsusi həvəsim, hansındasa fərqli bacarığım yoxdur. Hamısını lazım olduğuna görə edirəm. Amma bu, o demək deyil ki, karyera mənim üçün daha önəmlidir. Qətiyyən. Ailəm və karyeram ikisi də mənim üçün bir müstəvidədir. Biri o birindən üstün deyil.

Yaxşı bacardığım işlərdən biri dublyajdır. On ildən çoxdur bu işlə məşğulam. Özü də maraqlıdır ki, elə o vaxtdan mənə yaşımdan xeyli böyük qadın personajları səsləndirməyi həvalə edirlər.

- Yaşdan söz düşmüşkən, aktyorların bacarıqlarının üzə çıxmağında bu, vacib amillərdən biridir. Bununla bağlı səhnədə, ya da ekranda hələ canlandırmadığınız hansısa personajdan ötrü heyfsilənirsiniz? Əlbəttə, “Yuğ” Teatrında bu məsələ bir az başqa cürdür, amma hər halda...

- Yox, hansısa rolun həsrətində olmamışam və deyiləm. Zamanında Kleopatranın da, Cülyettanın da vasitəsilə tamaşaçılarla ruhi kontakta girmişəm. Pünhan Həsənlinin hazırladığı tamaşalarda. Yeri gəlmişkən, deyim ki, onunla yenidən məmnuniyyətlə işləyərdim.

Əksinə, bizim teatrda ruhi kontaktın alınmasında yaş amili bir az başqa rol oynayır. Hələ də kinorejissorlardan sanballı təklif almadığıma görə də yaş amili məni narahat etmir. Məsələn, Varyanın tamaşaçılarla ruhi kontaktı bir neçə il əvvəl başqa çalarda ola bilərdi. Əslində, Vaqif müəllim demişkən, bunlar hamısı bəhanədir, əsas olan tamaşaçı ilə kontaktın alınıb-alınmamasıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru