DİNİ TURİZM ŞEYXDƏN ALINA BİLƏR
Tarix: 23-01-2012, 12:55 | Çap et
ALLAHŞÜKÜR PAŞAZADƏYƏ QARŞI PA-DAN “YENİ QANUN” SÜRPRİZİ!
DİA.AZ: - Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətini monopoliyaya aldığı üçün kəskin suçlamalarla üz-üzə qaldı. Xatırladaq ki, idarənin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı belə bir ağır ittihamla "Prezident" Turizm şirkətinin rəhbəri Əkbər Şahmarov çıxış edir.
Şirkət rəhbərinin iddialarına görə, QMİ artıq bir neçə ildir ki, ölkədəki turizm şirkətlərinə Azərbaycandan Həcc ziyarətinə zəvvarların daşınması üçün icazə vermir. Belə ki, əvvəllər yerli tur şirkətləri də Həcc ziyarətinə zəvvarları aparırmışlar. Amma sonradan QMİ bu sahəni öz monopoliyasına alıb.
Əkbər Şahmarovu narazı salan o idi ki, neçə ildir Həccə zəvvarları ancaq QMİ aparır. Halbuki 2001-ci ildə tur şirkətləri zəvvarları çox sərfəli və təhlükəsiz şəkildə Həccə aparıb-gətirirdi. Həcc ziyarətinə zəvvarları bir neçə tur şirkəti aparıb-gətirdiyindən rəqabət mühiti vardı. Zəvvarlar qiymətdə və keyfiyyətdə onlara sərf edən istədikləri şirkəti seçib, ziyarətə gedirdilər. Amma indi zəvvarların bu seçim imkanı yoxdur. QMİ Həccə ziyarəti 5 min manata qaldırsa, zəvvarlar məcburdur ki, həmin qiymətlə razılaşsınlar. Şirkət prezidentinin iddiasına görə, halbuki bunu tur şirkətləri təşkil etsə, dəfələrlə ucuz başa gələr. Üstəlik, QMİ-nin Həcc ziyarətlərinin təhlükəsizliyinin də ciddi şübhə altında olduğu iddiası var.
Məlumatlara görə, "Prezident" Turizm Şirkətinin rəhbəri illərdir QMİ-yə onlara Həcc ziyarətinin təşkili məqsədi ilə icazə verilməsi üçün məktub göndərsə də, onun məktublarının heç birinə cavab verilməyib. Bu isə Əkbər Şahmarovda belə bir qənaəti möhkəmləndirib ki, QMİ Həcc ziyarətini monopoliyaya alıb.
Əməkdaşımızla söhbətində vaxtilə Həcc ziyarətlərinin təşkili ilə məşğul olmuşfirmalardan birinin rəhbərliyində təmsil edilən şəxs də Əkbər Şahmarovun Şeyxə suçlamaları ilə razılaşıb. O da QMİ-nin Həcc ziyarətini inhisara aldığını deyib və əlavə edib ki, belə hal digər müsəlman ölkələrinin heç birində yaşanmır.
Qeyd edək ki, neçə ildir Həcc ziyarətini QMİ təkbaşına həyata keçirir. Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Yəni ortada kifayət qədər iri məbləğdə gəlir götürmək imkanı var. Görünür, QMİ rəhbərliyi həmin imkanı öz əlində cəmləşdirərək, digərləri ilə paylaşmaq istəməyib. Nəticədə isə artıq turizm şirkətlərinin səbr kasası daşmaqda və onlar Allahşükür Paşazadəyə açıq savaş elan etməkdədirlər...
Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, "Prezident" Turizm Şirkətinin rəhbəri tətərfindən qaldırılan problem artıq hakimiyyət içində Şeyxə qrşı olan qüvvələrin də maraqlarını cəlb edib. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, rəqibləri hətta dini turizmin tənzimlənməsi məqsədilə yeni qanun layihəsi də hazırlayırlar.
Məlumatlara görə, bu barədə əsas maraqlı tərəf kimi Prezident Administrasiyası çıxış edir: “Administrasiyada dini turizmin tənzimləyən yeni qanun layihəsinin hazırlanması birbaşa olaraq Allahşükür Paşazadənin çörəyi ilə oynamaq anlamına gəlir. Şeyx bu sahədən hər il milyonlarla vəsaiti götürür. Və belə bir yenilik QMİ tərəfindən çox sərt qarşılana bilər”.
Mənbəmiz bildirir ki, Allahşükür Paşazadəyə qarşı dini turizm məsələsində dəfələrlə təzyiqlər edilməsinə cəhdlər olsa da, Şeyx hər zaman qalib tərəf olmasını qoruya bilmişdi: “Ona görə də, PA-nın gözlənin sürprizinə QMİ-dən sərt reaksiya veriləcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11 |
|
|
|
| • Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07 |
|
|
|
| • “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02 |
|
|
|
| • “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57 |
|
|
|
| • Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53 |
|
|
|
| • Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50 |
|
|
|
| • Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47 |
|
|
|
| • 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01 |
|
|
|
| • İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59 |
|
|
|
| • "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57 |
|
|
|
| • ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49 |
|
|
|
| • Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30 |
|
|
|
| • Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27 |
|
|
|
| • Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20 |
|
|
|
| • Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11 |
|
|
|
| • Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10 |
|
|
|
| • "BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03 |
|
|
|
| • Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
| • Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55 |
|
|
|
| • "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52 |
|
|
|
| • Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45 |
|
|
|
| • Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42 |
|
|
|
| • Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38 |
|
|
|
| • Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37 |
|
|
|
| • Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34 |
|
|
|
| • Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12 |
|
|
|
| • Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09 |
|
|
|
| • Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
| • Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01 |
|
|
|
| • "Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52 |
|
|
|
| • Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43 |
|
|
|
| • İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37 |
|
|
|
| • BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21 |
|
|
|
| • Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
| • Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00 |
|
|
|
| • GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51 |
|
|
|
| • DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34 |
|
|
|
| • Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29 |
|
|
|
| • Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16 |
|
|
|
| • Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14 |
|
|
|
| • AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11 |
|
|
|
| • Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04 |
|
|
|
| • Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46 |
|
|
|
| • Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44 |
|
|
|
|