Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                 

Astara təhsilində nələr baş verir? - İTTİHAM
Tarix: 26-03-2020, 15:35 | Çap et
Astara təhsilində nələr baş verir?
DİA.AZ: - "Bir neçə həftə öncə “Təhsil Araşdırmalar Mərkəzi”nin növbəti hesabatı mətbuata və ictimaiyyətə təqdim olundu. Yazılı və elektron mətbuatda, çoxlu saytlar tərəfindən geniş yer verilən 7 səhifəlik bu hesabatın mahiyyəti və məzmunu barədə sənədin müəlliflərindən biri kimi, ictimaiyyətə və mediamıza açıqlama vermək istəyirəm". Bu barədə DİA.AZ-a qurumdan verilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "Beləliklə, öncə bunu qeyd etməliyik ki, sözügedən sənəd 1,5 illik həssas çalışmaların nəticəsidir. “Təhsil Araşdırmalar Mərkəzi”nin Astara şəhəri üzrə araşdırmaları üzrə diqqəti daha çox iki məktəb cəlb etdi: 2 saylı və 6 saylı tam orta məktəb. Və biz də bu dəfə onlardan biri üzərində fokuslanmaq qərarına gəldik.

Bildirməliyik ki, F. Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəblə bağlı apardığımız monitorinqlər, məlum səbəblərdən, mümkün qədər gizli yürüdülmüşdür. Tədqiqat çərçivəsində; xüsusi seçilmiş şagirdlər, məzunlar və bəzi işçilərlə söhbətlər aparılandan sonra, yalnız yekun mərhələdə-təqsirkar hesab olunanlarla əlaqə qurulub, onlara məlumat verilmişdir və fikirləri alınmışdır. 2019-cu ilin iyul tarixində, məktəbin keçmiş direktoru Elçin Mirzəzadə və hazırki direktoru Ülviyyə Bayramova ilə telefonla əlaqə qurularaq, fərqli metodlar əsasında onların intellekt və psixoloji hazırlıq durumları və həmçinin suçlandıqları məsələlər, əlavə olaraq yoxlanılmışdır və müvafiq suallar verilmişdir. Nəticədə, onların barəsində mövcud olan və şagirdlərin, məzunların və bəzi işçilərin, həmçinin səs qeydlərinin ortaya qoyduğu proyeksiya, tamamilə öz təsdiqini tapmışdır. Nəticə etibarilə, təsdiqini yetərincə tapmamış iddialar, bir kənara qoyularaq, dəqiqliyi tam yoxlanılmış məlumatlara üstünlük verilmişdir.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, həqiqətən də Astara şəhər F. Əliyarov adına məktəbin 2016-2018-cu illər ərzində direktoru olmuş Mirzəzadə Elçin Mirzağa oğlu, direktorluq üçün yetərli dünyagörüş və hazırlığa sahib olmamış, azərbaycan dilini normal bilməmiş, işində ciddi səhlənkarlıqlara və maxinasiyalara yol vermiş, konkret desək, bəzi müəllimlərin dərs fəaliyyətindən uzaq olmalarına hansısa maraqlar müqabilində göz yummuş (məsələn, Axundova (Məmmədova) Ruhəngiz, Əliyeva Elnarə), tarix müəllimi olaraq özünə yazdığı dərsləri bir qayda olaraq tədris etməmiş, ümumiyyətlə öz fənnindən hazırlığı olmamış, tabeliyində olan işçilərə ümumilikdə həqarətlə yanaşmış, anormal meyarlar əsasında fərq qoymuş, bəzi müəllimlərin dərs saatlarını səbəbsiz yerə kəsmişdir. Ən əsası, şagirdlərlə ünsiyyət və davranış qaydalarını aşkarca pozmuş, onların tərbiyə və əxlaqi keyfiyyətlərinin pozulmasına səbəb olacaq yersiz və ədəbsiz ifadə və hərəkətlərə yol vermiş, hətta bəzən təhqir etmişdir (məsələn, çalışqan və nümunəvi şagird Günay Bağıyevanı təhqir edib hədələmiş və bullinqə məruz qoymuşdur). Həmçinin, 2017-ci ildə 23 fevral tarixini-bədnam “kişilər günü”ünü məktəbdə təntənəli qeyd edəcək qədər dövlətə və xalqa xəyanət hesab olunacaq addım atmışdır. Məktəbdə 2018-ci ildə işə başlayan və Yunis Dürüst ləqəbi ilə tanınan psixoloqu (hüquqi adı: Daşqın Əliyev), məktəbin anormal durumuna qarşı çıxdığı üçün çeşidli haqsızlıqlara məruz qoymuş, dəfələrlə təhqir etmiş, ona zəruri olan iş otağı verməmiş və fəaliyyətini məhdudlaşdırmış, tamamilə qeyri-peşəkar formada yazılmış qanunsuz həmkarlar iclası qərarı ilə işdən çıxartmışdır. Bütün bu qanunsuzluqlara rayon təhsil şöbəsinin rəhbəri Rəşad Həsənov dəstək vermişdir. Belə ki, R. Həsənov, onunla görüşən və konkret sübutlar təqdim edən Daşqın Əliyevi vədlər verməklə “yola verməyə” və nəticədə vaxt qazanmağa çalışmışdır. Sonradan Elçin Mirzəzadəni işdən çıxarsa da, bu, sadəcə, “gözdən pərdə asmaq” üçün edilmişdir, belə ki, savadsız və ləyaqətsiz bu şəxsi, nə qədər qəribə olsa da, sonradan özünə “baş məsləhətçi” təyin etmişdir və bununla da, əslində, özünün də hansı səviyyə və ləyaqətə sahib olduğunu aşkarca göstərmişdir.

Rəşad Həsənov məsələ ilə bağlı “Təhsil Araşdırmaları Mərkəzi”nin sorğusundan qaçmış və cənub bölgəsi üzrə koordinator olan Emin Aydın Mirzəlini də sosial şəbəkədə blok edərək öz aləmində məsuliyyətdən yayınmışdır.

Sözügedən məktəbin vəziyyətində son 2 ildə hansısa ciddi dəyişiklik olmaması və əlaqəli şəxslərin, o cümlədən təhsil şöbəsi rəhbərinin hələ də iş başında olması səbəbindən, bütün rayonun təlim və təhsil vəziyyətinin barometri, elə bu təhsil müəssəsi hesab oluna bilər.

Qeyd 1: Hesabatda həmçinin, Astara Polisinin o zamanki işçisinin də adı çəkilir. Belə ki, aşkar təhqir olunmasının səsyazısını və sübutunu polisə təqdim edən Daşqın Əliyevin şikayətinə baxan Astara Rayon Polis Şöbəsinin sahə müvəkkili Abışi Nəcəf Aydın oğlu nədənsə ictimai yerdə şərəf və ləyaqətin aşkar alçaldılması faktı qarşısında laqeyd qalmış və ədalət tələb edən Daşqın Əliyevə hədə-qorxu gəlməyə çalışaraq, hüquq-mühafizə orqanı peşəsinə faktiki xəyanət etmişdir. Məsələ böyüdükdən və etdiyi oyunlar aşkara çıxdıqdan sonra isə tələsik Astara Rayon Polis Şöbəsindəki iş yerini tərk etmiş və Lənkəran Rayon Polis Şöbəsinə keçmişdir. Həmçinin, Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov da bu işdə ona uyaraq, səriştəsizlik və ya məsuliyyətsizlik ucbatından öz işçisinin tələsinə düşmüşdür.

Qeyd 2: Hesabat, məktub şəklində Astara Rayon Təhsil Şöbəsinə, Astara İcra Hakimiyyətinə, sözügedən məktəbin rəhbərliyinə və hazırki direktor Ülviyyə Bayramovaya, həmçinin, həmin dövrdə direktor işləmiş və hazırda rayon təhsil şöbəsinin baş məsləhətçsisi olan Mirzəzadə Elçin Mirzağa oğluna, həmin zaman Astara polisində işləmiş və hadisələrdə adı hallanan Abışi Nəcəf Aydın oğluna, Astara Rayon Polis Şöbəsinə və ən nəhayət, Təhsil Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.

Qeyd: Hesabatda istifadə olunan faktlara dair əlavə dəlilləri, tezliklə yutub kanalımızda açıqlayacağıq və mediaya təqdim edəcəyik".



diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru