25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                 

KEÇMİŞ ABU REKTORUNUN MOSKVADAKI MÜLKÜ
Tarix: 18-07-2013, 12:44 | Çap et
KEÇMİŞ ABU REKTORUNUN MOSKVADAKI MÜLKÜ
(Əvvəli BURADA)

...Bura Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən başı qalmaqallı ABU-nun Moskva filialıdır... Necə deyərlər, “Lələ köçüb, yurdu qalıb”. Amma Azərbaycanın hüquq mühafizə orqanları rəhbərlərinin gözündən uzaq, “lələ”, yəni Elşad Abdullayev buradan köçsə də, yurdu, daha doğrusu, adına olan əmlakı durur. ABU-nun Moskva filialının indiki qiymətlə ümumi dəyəri isə bir neçə milyon dollarlarla ölçülür. Jurnalist təhqiqatımı davam etdirərək burada yaxın ərazidə bir neçə yerə baş çəkdim və sakinlərlə görüşüb torpaq sahəsi almaq istədiyimizi bildirib qiymətləri soruşdum. Məlum oldu ki, bir sot torpağın qiyməti 50-70 min dollar arasındadır. Çünki ərazi bahalı ərazi hesab olunur, ümumiyyətlə, Odinsovski rayonu Moskvada əlverişli əraziyə malik rayon sayılır.

Malik Mehdiyev indi hardadır?

...ABU-nun Moskva filialının binasının həyətinə girmək istəsəm də, İqor adlı mühafizəçi içəri daxil olmağıma imkan vermədi. Əvvəldən bilsəydim ki, bura özbəklərə və tacik, qazax fəhlə və ticarətçilərə yatıb-durmaq üçün kirayəyə verilib, özümü onların iş yoldaşı kimi təqdim edib içəri daxil ola bilərdim. Sözüm yalan çıxmasın deyə, həm də guya bir tanışımın burada vaxtilə işlədiyini bildirib İqorla xeyli söhbət etdik... Söhbət yenidən Malik Mehdiyevin üzərinə gəldi:

-Malik Mehdiyevdə sənədlərim qalıb, indi onu necə tapa bilərəm?

-O, buradan çoxdan gedib... Sonuncu dəfə buraya Tatarenko Viktor Titoviçi təyin etdilər. O, Elşad Abdullayevin yaxın dostu idi, Bakıda uzun müddət dənizdə işləmişdi... Amma indi onların da arasında “müharibə” gedir, əsil müharibə... Çünki Elşad Abdullayev onu quru yurdda qoydu. İndi Tatarenko onu məhkəməyə vermək istəyir. Mən belə bilirəm. Elşad onun əli ilə çoxlu tələbələrə diplomlar verdirdi... Amma sonradan bəziləri saxta olduğundan Tatarenkonun üstünə gəlirdilər, pullarını tələb edirdilər...

-Necə saxta çıxmışdı ki?

-Çünki bir müddət həmin diplomları Bakıdan alıb gətirirdilər. Təbii ki, pul hesabına. Sonradan həmin diplomları Moskvada düzəltdirirdilər. İndi Moskvada istəyirsən sənə general rütbəsi aldırıb verdirim... Xəbəriniz varmı, eşitdiyimə görə hansısa alimin kitabını oğurladığına görə Elşad Abdullayevin doktorluq işini Rusiyada ləğv ediblər?

-(Özümü bilməzliyə vururam.Red.). Yox, xəbərim yoxdur...

-Mənə burada dedilər ki, hansısa Rusiya alimi ondan şikayət verib...

-Kozırin deyildi?

-Hə, deyəsən elə idi. Hətta Tatarenko deyib ki, Elşad Abdullayev Fransadan dərhal Moskvaya gəlib, çox çalışıb ki, doktorluq işinin ləğvini bərpa etdirsin, amma vəkilləri bildiriblər ki, oğurlanmış elmi materialın müəllifi özü şikayətçidir və məhkəməyə verə bilər... Amma Rusiya Təhsil Nazirliyi qərarını dəyişmədi... Elşad ordakı komissiya üzvlərinə pul da təklif edib, amma razı olmayıblar... İndi isə Tatarenko ilə müharibə vəziyyətindədir. Amma bizim bu korpusun əks tərəfində (Mənə göstərir. Red.) Elşad Abdullayevin evidir. Bax o evdir... Bütün buranı isə Feliksdən alıb, sarkisyandır familyası...

***

...İqor daha sonra mənə özbəkləri göstərir. Onlar ABU-nun Moskva filialının əsasən 2-ci və 3-cü mərtəbələrində kirayə qalırlar. Pulları isə korpusun əks tərəfində Elşad Abdullayevə məxsus mülkdə yaşayan oğlu tərəfindən götürülür, Elşad Abdullayevə göndərilir.

Burada həm də öyrəndim ki, Elşad Abdullayev Moskvaya rahat gedib-gəlir. Çünki onun Rusiya vətəndaşlığı var: “Amma Azərbaycandan onun məsələsini qaldırdılar və ona görə də Fransada siyasi mühacir statusu ala bilmədi. Əsas bu idi ki, onun ikili vətəndaşlığı var idi. Həm Azərbaycan, həm də Rusiya”, deyir İqor...

***

İqor onu da bildirdi ki, ermənilər Elşad Abdullayevə böyük hörmət edirlər, hətta ona bəzi məsələlərdə güzəştlər də edirlər: “Feliks Sarkisyanın Fransada adamları var, Elşada böyük köməklik ediblər... Onun Moskvaya gəlib-getməyində də böyük rol oynayırlar. Çünki Elşad bu binanı da Feliksdən alıb...”.

Mənə burada bəzi sənədlər də təqdim etdilər. Həmin sənədlərin bəziləri Bakıda məndə var idi. Yenə də o mövzuya qayıtmaq istərdim. Məlum olur ki, 12 iyul 2005-ci ildə Elşad Abdullayevlə Feliks Sarkisyan arasında “Beh Müqaviləsi” bağlanıb. Bir tərəfdən 29 iyun 1959-cu ildə Moskva şəhərində anadan olmuş Sarkisyan Feliks Karlenoviç imzalayıb, digər tərəfdən isə Azərbaycan vətəndaşı kimi, 25 sentyabr 1954-cü ildə Kürdəmir rayonunda anadan olmuş Abdullayev Elşad İslam oğlu. “Müqavilə”nin 1-ci bəndində göstərilir ki, “Abdullayev Elşad İslam oğlu göstərilən müqavilə əsasında 900 kvm sahəsi olan torpaq sahəsinə, həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 491,70 kvm. olan yaşayış evinə, nəhayət, ümumi sahəsi 247,80 kvm. olan qonaq evinə görə Sarkisyan Feliks Karlenoviçə qabaqcadan beh kimi 200 min dollar pul verdi”.

Həmçinin müqavilənin 1.1. bəndində göstərilir ki, “E.Abdullayev həmin məbləğdə olan pulu şəxsən F.Sarkisyana vermişdir”.

Müqavilənin 2-ci bəndində isə qeyd olunur ki, “Tərəflər alqı-satqı üzrə bütün sənədləşmələri 12 avqust 2005-ci ildə başa çatdırmağı öhdəsinə götürür”.

Bundan əlavə, müqavilənin 2.2 bəndindən isə məlum olur ki, “Bu əmlakın ümumi dəyəri 800 min dollar civarında qiymətləndirilib”. Həmin bənddə o da qeyd olunur ki, “Tərəflərdən E.Abdullayev öhdəlik götürür ki, 800 min dolları verir, V.Sarkisyan isə həmin məbləği qəbul etdiyi andan adı çəkilən obyekti E.Abdullayevə təhvil verir”

Tərəflər arasındakı digər bir alqı-satqı müqaviləsi isə 22 sentyabr 2005-ci ildə bağlanıb. Bu müqaviləni isə bir tərəfdən Sarkisyan Feliks Karlenoviç, digər tərəfdən isə Mehdiyev Malik Hüseynqulu oğlu (ABU-nun Moskva filialının direktoru) imzalayıb. Bu yekun alqı-satqı müqaviləsinə isə Elşad Abdullayevin Moskvada dövlət notarisu L.A.Musaelyan tərəfindən verilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi Malik Mehdiyev imza atıb.

Həmin müqavilənin də 9-cu bəndində göstərilir ki, Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi olan Malik Mehdiyev Feliks Sarkisyana 1 miyon 975 min 530 min rubl nəgd pulu təhvil verdi...

Mənə həmçinin üç sənəd verdilər ki, onlardan biri də torpaq sahəsi, onun üzərindəki yaşayış binası və qonaq evinə aid olan üç mülkiyyət şəhadətnaməsidir.

“Necə olub ki, filialda süpürgəçi işləmiş Valentina Tixonovna sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu?”

...Moskvada olarkən Malik Mehdiyevlə bağlı bəzi məqamlara da aydınlıq gətirə bildim. Məsələn, orada mənə sual edirdilər ki, ABU-nun Moskva filialını əvvəldən Malik Mehdiyev idarə edib, bütün qanunsuz “perevodlar” onun əli ilə edilib, amma Azərbaycanın istintaq orqanları nədənsə onun istintaqa cəlb edilməsini təmin etmir:

-Malik Mehdiyev bütün qanunsuz köçürmələri imzalayan və Bakıya göndərən idi. Onun əli ilə nə qədər tələbə, hansı ki, heç bir vaxt Moskvada olmayıblar, ABU-ya “Perevod” olunub. Maraqlıdır ki, bu iş o vaxt Təhsil Nazirliyi ilə əlbir edilirdi. Məsələn, TN digər tələbələrə problem yaratdı, amma Moskva filialından ABU-ya gələnlərin heç birinə toxunmadı, hamısına diplom verdilər... Həmin diplom alanların sənədlərini araşdırsalar, məlum olacaq ki, onlar heç bir vaxt Azərbaycan sərhədini keçməyiblər... Burada bir süpürgəçi işləyirdi, Valentina Tixonovna. Malik Mehdiyevin ən yaxın durub-oturduğu xanım idi... Amma sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu? Hansı əsas və xidmətlərə görə? Bundan əlavə, Malik Mehdiyevin həyat yoldaşı Bakıdakı dövlət uiniversitetlərinin birində, səhv etmirəmsə, Politexnik Universitetində kafedra müdiri işləyirdi, amma eyni zamanda həm də ABU-nun Moskva filialında direktorun köməkçisi vəzifəsində çalışırdı. Daha doğrusu, bu vəzifənin maaşını alırdı... İstintaq orqanları bunu da araşdırsınlar... Siz Malik Mehdiyevdən sonra burada direktor olmuş Tatarenko Viktor Titoviçi tapın, onun Elşad Abdullayevlə bağlı maraqlı faktları var...

***

...Bu da Moskvada Elşad Abdullayevlə bağlı daxil olmuş sorğu əsasında apardığımız araşdırma... Çox məsələlər var ki, hələlik bu barədə danışmaq istəməzdim. Çünki bəzi faktlar və məlumatlar var ki, istintaq orqanı üçün hava və su kimi əhəmiyyətlidir. Bu barədə isə şok yazını tezliklə təqdim edəcəyik.

“Təzadlar”ın Araşdırma Qrupu

Bakı-Moskva-Bakı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru