Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                 

BAKI TEHRANI YUMŞALDA BİLMƏDİ
Tarix: 23-12-2011, 14:28 | Çap et
BAKI TEHRANI YUMŞALDA BİLMƏDİ

ƏLİ HƏSƏNOVUN İRAN SƏFƏRİNİN PƏRDƏARXASI

İranın sərhəd polisinin komandanı general-mayor Hüseyn Zülfüqari dekabrın 18-də sərhəd xidməti komandirlərinin toplantısında çıxış edərək, iki ay əvvəl Azərbaycanla sərhəddə öldürülən əsgərdən danışıb: “Azərbaycan Respublikasının sərhədçiləri iranlı əsgəri 14 güllə ilə öldürüblər. Bu isə sərhəd qanunlarına zidd addımdır. Biz hadisə ilə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə və məhkəmə rəsmilərinin cavabını gözləyirik. Azərbaycan Respublikasının rəsmiləri qanuna əsasən öz əməllərinə görə cavabdeh olmalıdır”.

Bu açıqlama ondan xəbər verir ki, Azərbaycan-İran münasibətlərində gərginlik ortadan qaldırılmayıb. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 3-də İrana səfərində iki ölkə arasındakı münasibətlərə gərginlik yaradan məsələlərə aydınlıq gətirməyə çalışmışdı. Əli Həsənov səfərdən sonra verdiyi açıqlamada, İrandakı tərəfdaşları ilə ortaq nöqtələr tapa bildiyini söyləmişdi. Azərbaycan rəsmisinin sözlərinə görə, bu nöqtələr qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək oldu.

Ancaq Əli Həsənovun səfəri münasibətləri yumşaltmadı. Elə Azərbaycan rəsmisi Tehranda görüşlərdə olduğu zaman Təbrizdə Azərbaycan əleyhinə növbəti toplantı düzənləndi. İranın “Səhər” televiziya kanalı Azərbaycan əleyhinə təbliğat savaşını azatmayıb və bu kanalın yayım imkanları əvvəlkitək cənub bölgələrini əhatə edir. İrandan Azərbaycan əleyhinə ünvanlanan açıqlamaların miqyası və sayı da azalmayıb.

Tehranla ortaq nöqtənin tapılmadığını bir daha anlayan rəsmi Bakı İranın növbəti həmləsini cavabsız qoymadı. Əli Həsənovun İrana səfərindən təxminən 1 həftə sonra Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev cənub qonşumuzun siyasətini sərt şəkildə tənqid etdi. O, Dünya Azərbaycanlıları Konqresinin İsveçin paytaxtı Stokholmda keçirdiyi “21 Azər ərəfəsində Milli Birliyə doğru” adlı konfransında çıxışında belə dedi: “İran da Ermənistan kimi bizim inkişafımızdan qorxur”. Qafar Əliyev çıxışında dünya azərbaycanlılarının birləşməsi zərurətinə də toxunub. Bu çıxışın İranın rəsmi dairələrində necə reaksiya doğuracağı üzərində baş sındırmağa dəyməz.

Bu arada, İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi Azərbaycan Respublikasına buraxılmadı. O, Bakının beynəlxalq hava limanından geri qaytarıldı. Səbəb kimi Əhməd Kazıminin sənədlərinin qaydasında olmadığı vurğulandı. Bu olay İrandakı dairələrin kəskin reaksiyasına səbəb oldu. İranın dövlət radiosu bu olayı belə dəyərləndirdi: “Amerika və sionist rejim rəsmiləri Azərbaycan Respublikası hökumətini anti-İran siyasətinə və tədbirlərinə təhrik etmək istiqamətində əllərindin gələni edirlər”.

Beləliklə, iki ölkə arasında siyasi, geopolitik və informasiya savaşı davam edir. Bu savaşın sülhlə bitəcəyinə inam azdır. Çünki, Bakı ilə Tehran nə qədər “dost və mehriban” münasibətlərdən danışsalar da, ölkələrin milli və təhlükəsizlik maraqları fərqlənir. Adi bir misal. Azərbaycan hərbi imkanlarının artırılmasını ABŞ və İsraillə hərbi əlaqələrin və bu ölkələrdən müasir texnikaların alınmasında görür. İran isə əskinə qonşuluğundakı bu əməkdaşlığın maraqları üçün təhlükə kimi qiymətləndirir. Tehran Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığını da neqativ qarşılayır. Rəsmi Bakı İranın daxili işlərinə qarışmadığını, Qərbin bu ölkəyə qarşı mümkün hərbi əməliyyatlarında Azərbaycan ərazisindən istifadə edilməyəcəyini dəfərlərlə vurğulasa da, Tehran buna inanmır. Belə çıxır ki, Tehranın Bakının müstəqil siyasətini qəbul etməməsi bir yana, İran Azərbaycan dövlətinin varlığını əvvəlkitək özü üçün təhlükə sayır. Görünür, İranda yaşayan azərbaycanlıların gözündə Azərbaycanın indi və ya gələcəkdə cazibəsinin artmasından çəkinirlər. Təsadüfi deyil ki, bir müddət öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan xalqının və dövlət başçısının ünvanına aşağılayıcı ifadələr işlətmişdi. Buna cavab olaraq da Azərbaycan XİN Tehrana nota vermək məcburiyyətində qalmışdı.

Ümumiyyətlə bu soyuq savaşda rəsmi Bakı Tehrana cavab verməklə məşğuldur. Bəzən isə İrandan gələn şantaj və hədə dolu açıqlamalar cavabsız qalır. İranın məşhur Ayətullahı Hacı Şeyx Məhəmməd Cavad Lənkərani yazıçı Rafiq Tağının qətlini təqdir etdikdə, ölüm fitvasının yerinə yetirilməsindən duyduğu məmnuniyyəti dilə gətirdikdə Azərbaycan rəsmilərindən və ya din xadimlərindən kimsə yerindəcə onun cavabını verməyi lazım bilmədi. Halbuki, yaxın tarix göstərir ki, İran hakimiyyəti ilə onun başa düşdüyü dildə danışdıqda Tehran geri çəkilir. Misal üçün 2000-c illərdə İranın hərbi təyyarələri Azərbaycanın hava məkanını tez-tez pozurdu. Türk yıldızlarının Bakının mərkəzi “Azadlıq” meydanın bircə göstərisi kifayət etdi ki, Tehran gərəkli mesajı alsın və bir daha Azərbaycanın hava sərhədlərini pozmasın.

Turan Analitik Xidməti








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru