MƏRDANOVUN ADAMINA DAHA BİR MƏKTUB
Tarix: 29-05-2013, 12:24 | Çap et
 Nadir İsrafilov: “Təhsil proqramı kimi ciddi bir sənədə məsul olan istənilən kəsin ona biganəliyi, dövlətçiliyə qarşı xəyanətə bərabər tutulmalıdır!”
DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət səngimək bilmir. Mətbuatdan bildiyimiz kimi, birinci tərəf riyaziyyat kurikulumlarının səhvlərlə dolu olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə alimin tələbinə əhəmiyyət vermir. Çox maraqlıdır ki, elmi-pedaqoji müstəvidə həll olunası bu ziddiyyət gün-gündən genişlənməkdə və dərinləşməkdə davam edir. Belə ki, Osmanlının təşəbbüsünə artıq digər təhsil eksperti Nadir İsrafilov da qoşulub. Xatırladırıq ki, bu gün o da Əlövsət müəllim kimi Abdulla Mehrabova “müzakirə” çağırışlı məktub yazıb. Nadir İsrafilov məktubun surətini təhsil naziri Mikayıl Cabbarova da göndərib. Maraqlı olacağını nəzərə alaraq onu DİA.AZ oxucularının diqqətinə çatdırırıq.
“Hörmətli Abdulla müəllim! Bildiyiniz kimi, son 4-5 ildə təhsil proqramlarımızın (kurikulumların) pis gündə olması barədə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının silsilə yazıları və cild-cild kitabları çap olunub. Mətbuatda gedən məlumatlara və ondan əldə etdiyim bilgilərə görə, Əlövsət müəllim keçən ilin sentyabrından bəri sizə və tabeliyinizdəki Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova davamlı olaraq məktublar ünvanlayıb. Məktublarında o, bildirib ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir və onlar ciddi surətdə müzakirə olunmalıdır. Mənə görə, Osmanlının bu təklifi yüksək qiymətləndirilməli və təşəbbüsündə olduğu müzakirənin keçirilməsi üçün şərait yaradılmalıdır. Amma təəssüflər olsun ki, bu nəcib təşəbbüsə biganə yanaşmaqla, ona qarşı saymazyanalıq göstərirsiniz. Əslində bu etnasızlığınızla siz Osmanlıya yox, təhsilimizə, balalarımızın gələcəyinə, onların təlim-tərbiyəsinə qarşı sayğısızlıq gösərmiş olursunuz. Şəxsən mən belə düşünürəm ki, kim tərəfindən gəlməsindən asılı olmayaraq, bu kimi təkliflər alqışlanmalıdır. Çünki hər bir təklifdə müsbət nəsə olur. Digər tərəfdən, Osmanlı açıq şəkildə bəyan edir: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Deyin görüm, bu cür şokedici iddianın qarşısından necə qaçmaq, yaxud onu necə eşitməməzliyə vurmaq olar?! Əlövsət müəllim dediyi kimi: “axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz!”. Məhz daşıdığınız bu vəzifə, titul və adlar sizdən tələb edir ki, təhsilimizin məzmununun onurğa sütunu olan proqramlara (kurikulumlara) həddən artıq həssaslıqla yanaşasınız. Amma, göründüyü kimi, bunun fərqində deyilsiniz. Hörmətli Abdulla müəllim! Siz Əlövsət Osmanlının qaldırdığı məsələnin ciddiliyini mütləq nəzərə almalısınız. Çünki təhsil proqramları (kurikulumlar) adi bir şey deyil, onlarla “zarafat” eləmək olmaz! Onlar təhsilin nüvəsini təşkil edən məzmunun daşıyıcıları olmaqla, şəxsiyyətin əsas kompetensiyalarını – bilik, bacarıq və dəyərlərini əks etdirən sənədlər toplusudur. Hesab edirəm ki, bundan sonra həmin sənədlərdəki naqisliklərə görə bütün məsuliyyət sizin üzərinizə düşür. Çünki onların nə vəziyyətdə olması barədə artıq məlumatınız var. Mənim düşüncəmə görə, təhsil proqramı kimi ciddi bir sənədə məsul olan istənilən kəsin ona biganəliyi, dövlətçiliyə qarşı xəyanətə bərabər tutulmalıdır! Bütün bunlarla yanaşı, son qənaətim belədir: – məsələnin ciddiliyini nəzərə alaraq TPİ-də bu mövzuda təcili olaraq geniş müzakirə keçirilməli və sözünü deməsi üçün Əlövsət Osmanlıya şərait yaradılmalıdır; – müzakirə dar çərçivədə – yalnız iddiaçı və işçi qrupun iştirakı ilə yox, geniş formatda keçirilməlidir; – tədbirdə aparıcı institutun direktoru, təhsilimizin məzmununa məsul olan əsas şəxslərdən biri kimi siz də iştirak etməlisiniz; – müzakirəyə təhsil ekspertləri, kompetent alimlər, metodistlər və müəllimlər də dəvət olunmalıdır. Hörmətlə, sizdən cavab gözləyən təhsil eksperti Nadir İsrafilov”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57 |
|
|
|
| • Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50 |
|
|
|
| • Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
| • 5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
| • Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31 |
|
|
|
| • Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28 |
|
|
|
| • Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25 |
|
|
|
| • Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14 |
|
|
|
| • "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06 |
|
|
|
| • Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00 |
|
|
|
| • "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53 |
|
|
|
| • Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51 |
|
|
|
| • Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48 |
|
|
|
| • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45 |
|
|
|
| • Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43 |
|
|
|
| • Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38 |
|
|
|
| • Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35 |
|
|
|
| • Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06 |
|
|
|
| • 'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56 |
|
|
|
| • TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46 |
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
| • AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
| • 730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21 |
|
|
|
| • Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17 |
|
|
|
| • Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11 |
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
|