BİR İLİ TAMAM OLAN BAŞÇI BİNƏQƏDİDƏ MİLYON QIRIR
Tarix: 16-05-2013, 11:54 | Çap et
 İSGƏNDƏROV PUL QAZANMAĞIN YOLLARINI BİLİR
DİA.AZ: - Artıq bir neçə ildir ki, Binəqədi rayonunda davamlı olaraq gərəksiz məqsədlərə milyon manatlarla dövlət pulu xərclənir. Təbii ki, bu pulların böyük bir hissəsi də “otkat” şəklində məmurların cibinə axır. İctimaiyyətin gözünə kül üfürmək üçün isə rayonun ən gözəgəlimli yerlərində yerləşən hündürmərtəbəli binalar buna heç bir zərurət olmadan üzlənilir, uzaq ünvanların illərdən bəri yığılıb qalmış problemləri isə heç kimi maraqlandırmır.
Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Xaləddin İsgəndərov icra başçısı təyin olunandan sonra isə rayonun problemləri daha da artıb. Rayonun, xüsusilə də Rəsulzadə qəsəbə sakinlərinin əsil baş ağrısına çevrilmiş ƏSASSIZ quruculuq işlərindən biri də bu gün qəsəbənin girəcəyində yerləşən Heydər Əliyev adına parkda həyuata keçirildi. Qeyd edək ki, bu park 2001-ci ildə salınıb. Hazırda Samuxun icra başçısı olan Alı Qocayev bu rayonun başçısı olan zaman parkı bir dəfə əsaslı təmir etdirib. 2010-cu ilin dekabrında yenidənqurma işlərinə başlanılıb və 2011-ci ilin sonlarında park rayon sakinlərinin ixtiyarına verilib. Lakin tezliklə park yenidən təmirə dayandırıldı. Sonuncu dəfə istifadəyə veriləndə parkın giriş qapısı 10 sütunlu, hündür və möhtəşəm tağdan ibarət idi. Ötən ilin aprel ayında Binəqədiyə icra başçısı təyin edilən Xaləddin İsgəndərov isə parkda əsaslı təmir və yenidənqurma işləri, demək olar, tamamlanandan sonra işin nəticələrindən razı qalmayaraq, parkı başdan-başa “şumlamaq” göstərişini verdi. Hətta 10 sütunluq giriş qapısına da “əlvida” deyilib. Beləliklə, son iki ildə park üç dəfə təmir edilib ki, bunun üçün də 4 milyon manatdan artıq vəsait xərclənib.
Daha sonra mənbə DİA.AZ-a göndərdiyi məktubunda yazır: “Hələ bir neçə il bundan əvvəl şəhərimizin ən yaşıl ərazilərindən biri kimi tanınan Rəsulzadə qəsəbəsi, bu gün orada ağalıq edən məmurların özləri kimi çirkli boz rəngə bürünmüşdür. Istər qəsəbədə, istər kənd Binəqədidə, istərsə də “mədənlər” yaşayış massivində saysız problemlərin öz həllini illərlə gözlədiyi bir vaxtda, RİH rəhbərliyi rayonun əsas mərkəzi küçəsi olan Azadlıq prospektində yerləşən binaların kosmetik təmirinə heç bir zərurət olmadan külli miqdarda büdcə vəsaitlərini xərcləyir.
Elə həmin Azadlıq prospektinin davamı olan Binəqədi şossesinin ətrafı isə rayonun ən bərbad ərazilərindən biri kimi tanınır. Bu ərazidə, “Zəngəzur” restoranı yaxınlığında yerləşən yaşayış massivində 2000-dən çox ailə yaşayır. Bu ailələrin son vaxtlar yaşamalı olduqları problem isə camaatın özlərinə bir-iki otaqlı mənzil tikəndən bir müddət sonra, evlərinin buldozein ağzına verilərək sökülməsindən ibarətdir. Məsələ bundadır ki, buradakı evlərin heç birinin “kupça”sı yoxdur. Ancaq icra nümayəndəliyindən, bələdiyyənin icazə kağızı, layihə sənədləri qaydasındadır.
Dəfələrlə mənzil sahibləri qeydiyyata düşmək üçün aidiyyatı olan qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb. Yaşayış massivində su, işıq, qaz xətləri də var. Xaləddin İsgəndərov isə Binəqədiyə icra başçısı təyin olunanda bura gələrək sakinlərlə görüşmüş, sakinlərin qarşısında çıxış edərək söz vermişdi ki, “Eurovision” musiqi yarışmasından sonra bura kanalizasiya xətləri də çəkiləcək. Lakin musiqi yarışması bitəndən sonra evələrə sözün əsil mənasında hücum edib onları sökdülər”.
Məlumatlara görə sözügedən ərazilərdə torpağın hər 100 kv.m-nin (1sot) qiyməti 5-15 min manat arasında dəyişir. Ev tikmək üçün isə icra nümayəndəliyinə 500, sahə müvəkkilinə 200-300 manat ödəmək lazım gəlirdi. Alı Qocayevin vaxtında ev tikmək üçün icazəni 1000-2000 manata almaq mümkün idisə, indi bu rəqəm hər bir mərtəbə üçün 5000 manata qaldırılıb...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14 |
|
|
|
| • "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06 |
|
|
|
| • Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00 |
|
|
|
| • "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53 |
|
|
|
| • Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51 |
|
|
|
| • Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48 |
|
|
|
| • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45 |
|
|
|
| • Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43 |
|
|
|
| • Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38 |
|
|
|
| • Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35 |
|
|
|
| • Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06 |
|
|
|
| • 'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56 |
|
|
|
| • TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46 |
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
| • AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
| • 730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21 |
|
|
|
| • Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17 |
|
|
|
| • Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11 |
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
|