"Ukrayna Krımı Rusiyadan "təcrid edir" .....                     Zəngəzur dəhlizinin rəhbəri .....                     Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər .....                     DSX-nin hərbçisi vəfat edib .....                     "Ağlaşma verilişlər reytinq verirdi" .....                     Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq .....                     Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü .....                     Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə .....                     “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... .....                     Ehtiyat hissələri heç zavodunda tapılmayan .....                     115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! .....                     "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" .....                     Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı .....                     Ermənistanda tufanqabağı sakitlik .....                     İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi .....                     Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib .....                     "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara ŞOK REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                 

İTTİHAM: İki icra başcısı Xarici kəşfiyyat orqanları və təxribatcı dini təriqət nümayəndələri ilə əlbirdilər - Əbülfəz Əliyev sonuncu addımı martın 30-da atacaq
Tarix: 20-03-2015, 11:11 | Çap et
İTTİHAM: İki icra başcısı Xarici kəşfiyyat orqanları və təxribatcı dini təriqət nümayəndələri ilə əlbirdilər
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu, xarci kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, vaxtı ilə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Əliyev Əbülfəz Cəlal oğlunun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib. Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində bildirdi ki, Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub: ” O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddiya edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi". Əbülfəz müəllimin dediyinə görə Rövşən Aslanov, Rahib və Kubar imkanlı adamları aldadtmaq, etibarından sui-istifadə edərək pul mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda “1001 rakib” adlı şirkət qurublar.
Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasını şöbə müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olsa da, nə hüquq-mühafizə orqanları, nə də qarşı tərəf münasibət bildirib. Zərərçəkən Əbülfəz Əliyev başına gələn bu hadisədə hüquq-mühafizə orqanlarının hərəkətsizliyini o cümlədən Rövşən Aslanov və onun qohum icra başçıları tutduqları vəzifələrdən aldıqları gücdən istifadə edərək haqqını tapdalamalarını özünə, mətbuata və ictimaiyyətlə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik və sayğısızlıq kimi dəyərləndirir.
Bununla belə Əbülfəz müəllim əvvəlik müsahibələrində bildirmişdir ki, başına gələn hadisənin araşdırılmasında hüquq-mühafizə orqanlarına olan ümidini tam itirməyib: “ Mən hüquq-mühafizə orqanlarının, dövləti və mütəşəkkil cinayətkarlığa qarşı apardıqları uğurlu mübarizəni görür və müsbət qimətləndirirəm. İnanmıram ki, onlar mənim işimlə əlaqədar dələduz əməli törətmiş bir neçə vəzifəli şəxslərin cəzasız qalmasına göz yumaraq apardıqları uğurlu fəailiyyətlərinə gölgə salsınlar”.
Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində Rövşən Aslanov və onun dələduzluq əməlləri ilə məşğul olan dəstəsi barəsində şok məlumatlar söylədi. Onun dediyinə görə Rövşən Aslanov, Türkiyədəki şəriki Kubar və Rusiyadakı adamı Rahibin Fətulla Gülən camaatı ilə sıx əlaqələri olub: " Onlar mənə İstanbulda yerləşən "1001 rakib" şirkətinə şəriklik təklif edəndə iki milyon dollarlıq əmlakın və fabrikin siyahısını təqdim etdilər. Və mən İstanbula gedəndə həmin fabriki və mülkləri göstərdilər. Amma şərik kimi sənədləşdirməni uzatdılar. Mən sonradan bildim ki, onlar mənə göstərdikləri mülklərin bir hissəsi, o cümlədən fabrik Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır. Görünür məhz buna görə Rövşən Aslanov inandırmaq üçün mənə onların mülklərinin bir hissəsini göstərib".
Əbülfəz müəllim bildirdi ki, bu insanlar xarici kəşfiyyat orqanlarının əməmkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərlə qabaqcadan cinayət əlaqəsinə girərək, mən də daxil olmaqla vətəndaşlarımıza maddi-mənəvi işgəncələr vermələrini milli maraqlarımız baxımından da ciddi təhdid hesab edirəm.
Qeyd edə ki, Əbülfəz Əliyevin başına gələn bu hadisə barədə qəzetimizin 28-31 yanvar, 05-10-12-17-20-24-26 fevral və 03-11-17 mart 2015-ci il tarixli saylarında geniş məlumatlar vermişik.
Əbülfəz Əliyev qeyd etdi ki, bu günə qədər başına gətirilən hadisə ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq, ancaq böyük vəzifəli şəxslərin yalan vədlərindən başqa heç bir nəticə əldə edə bilmədiyindən son ümid yeri kimi mətbuata üz tutub: “ Mən hələ ilk müsahibəmdə son ümid yeri kimi bütün namuslu və əqidəli mətbuat nümayəndələrinə müraciət edərək bir qrup vəzifəli şəxslər tərəfindən başıma gətirilən bu hadisəyə diqqət yönəltmələrini xahiş etmişdim. Sağ olsunlar, öz peşəsinə sadiq olan 30 yaxın mətbu orqan bu ağır günümdə mənə ciddi dəstək verdilər. Və cinayət əməli törətmiş vəzifəli şəxslərin ifşa edilməsində mənə yardımçı oldular. Amma adını ciddi mətbu orqan sayan bəzi saytlar və qəzetlər belə bir ciddi hadisəni kənara qoyub məşhur birisinin soyunmasını, boşanmasını və yaxud milli-mənəvi dəyərlərimizə yad olan digər hadisələri manşetə çıxardırlar. Mən onsuzda bilirdim ki, bəzi sayt və qəzetlərin rəhbərləri Rövşən Aslanov və onun himayədarları tərəfindən nəyinsə müqabilində ələ alınr. Amma mən yenədə az da olsa ümid edirdim ki, həmin redaktorlar, jurnalistlər öz peşə kodekslərinə sadiq qalacaqlar. Təssüf ki, Azərbaycan mətbuatında bu cür şəxslər də fəailiyyət göstərir”.
Əbülfəz Əliyev bildirdi ki, əvvəllərdə dediyi kimi bu hadisə onun üçün maddiyatdan çox qürur məsələsidir. O bir zabit kimi bir qrup vəzifəli şəxs tərəfindən aldadılmağını qəbul edə bilmir. O bildirdi ki, öz hüquqlarının bərpası üçün bütün konstitusion haqlarından əsasən istifadə edib:” Amma heç bir nəticə əldə edə bilmədiyimdən yalnız iki yolum qalıb. Birinci yol kimi ya gərək gedib Rövşən Aslanov və onun himayədarlarını öldürüm, ya da özümü intihar edim. Birinci yolu seçə bilmərəm. Çünki uzun illər hüquq-mühafizə orqanlarında şərəflə çalışıb cinayətkarlara qarşı mübarizə aparmışam. İndi özüm cinayətkara çevrilə bilmərəm. Ona görə də ikinci yol əl atmağa məcbur qaldım. Buna görə əvvəllərdə dediyim kimi Novruz bayramı ərəfəsində, konkret desəm martın 30-da Respublika Prokurorkuğunun qarşısında uzun illər daşıdığım hərbi geyim formamda özümü yandırmaq yolu ilə intihar edəcəyəm. Uzun illər zabit rütbəsini daşıyan bir insanın canlı yanmağını görmək istəyən bütün mətbuat nümayəndələrini, ictimaiyyəti, Ombustman aparatının əməkdaşlarını martın 30-da prokurorluğun qarşısına dəvət edirəm. Məni intihar həddinə çatdırdığına görə məsuliyyət Rövşən Aslanovun və Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin üzərinə düşür. Bəlkə bundan sonra insanlıq və şərəf hissini itirmiş Rövşən Aslanov və himayədarları məni intihar həddinə çatdırdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunsunlar. Bununla da mənim kimi aldadılaraq zülm çəkdirdikləri insanların canı onlardan qurtular”.
Biz də bir qəzet redaksiyası olaraq Əbülfəz Əliyevin başına gətirilən bu hadisəni şiddətlə pisləyirik. Və onu bildirmək istəyirik ki, dələduz əməlləri ilə məşğul olan vəzifəli şəxslər əgər uzun illər hüquq-mühafizə orqanlarında yüksək postlarda işləyən bir insana qarşı bu cür əməllər törədirsə, onda görün rəhbərlik etdikləri rayonlarda sıravi vətəndaşların başlarına nə oyunlar açırlar. Digər tərəfdən Əbülfəz Əliyevin özünü intihar etməsi barədə məlumatı əldə edən kimi, biz bunu qəzetimiz vasitəsilə ictimailəşdirdik. Bir şəxsin intihar etməyini qabaqcadan bilib hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət sayıldığınadan biz mətbuat vasitəsilə məlumat verməklə yanaşı, onları məlumatlandırmağıda özümüzə borc bildik.
Hazırladı: M.Əsgərov









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Bu gün, 13:42
Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Bu gün, 13:38
Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Bu gün, 13:35
DSX-nin hərbçisi vəfat edib - Foto
Bu gün, 13:20
"Ağlaşma verilişlər reytinq verirdi"
Bu gün, 13:15
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Bu gün, 13:13
Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Bu gün, 12:52
Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Bu gün, 12:47
“Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Bu gün, 12:44
Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Bu gün, 12:31
115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Bu gün, 12:29
"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Bu gün, 12:25
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Bu gün, 12:18
İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Bu gün, 12:14
Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Bu gün, 12:11
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Bu gün, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Bu gün, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara ŞOK REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru