Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                 

Məmur dəyişir, beyni dəyişmir: “Yenilər” də “köhnələr”in yolu ilə gedirlər? - Sanki bunlar üçün bir CIĞIR CIZILIB...
Tarix: 15-04-2023, 11:10 | Çap et
Məmur dəyişir, beyni dəyişmir: “Yenilər” də “köhnələr”in yolu ilə gedirlər?
3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkən 17 yaşlı Məhəmməd Hacıyevin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi və ictimai təzyiqlərdən sonra evə buraxılması barədə məlumat vermişdik. Uşaq evinin direktoru barədə mətbuatda, sosial mediada kəskin tənqidi məlumatlar yayılsa da, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onu vəzifədən azad etmirdi.

17 yaşlı Məhəmmədin ardınca uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva da işdən azad olundu. Sosial mediada “Qorxuram, bu gedişlə məlum direktora görə Bakı şəhərinin meri Eldar Əzizovu da işdən azad edələr” başlıqlı ironik statuslar paylaşıldı. Nəhayət, aprelin 13-də, kəskin ictimai etirazlardan sonra 3 nömrəli uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı. Onun yerinə isə Gülnarə Şəmiyeva təyin edilib.

Qeyd edək ki, son illər ərzində ölkədə ciddi kadr dəyişiklikləri baş verib, bütün hakimiyyət qolları yenilənib, yüksək çinli məmurlar yola salınıb. İddia olunurdu ki, kadr islahatları idarəetməyə yeni nəfəs gətirəcək və bu sahədə olan nöqsanları aradan qaldıracaq. Ələlxüsus, Qərb təhsilli gənc kadrların yüksək vəzifə təyinatları bu ümidi daha da artırırdı. Lakin görünən odur ki, idarəetmə sistemində keyfiyyət dəyişiklikləri baş vermir.

DİA.AZ-ın məlumatına görə, sabiq Baş nazir, keçmiş deputat Pənah Hüseyn məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, idarəetmədə əhəmiyyətli dəyişikliklərə nail olmaq üçün hüquqi baza yaradılmalıdır: “Azərbaycanda o halda həyata keçirilən islahatlar effektiv ola bilər ki, bunun üçün hüquqi zəmin hazırlansın. Hakimiyyət qolları arasında qarşılıqlı nəzarət sisteminin qurulması, büdcədən maliyyələşən və gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi, idarəetmədə şəffaflığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirilməlidir”.

“Son dövrlər bu istiqamətdə müəyyən addımlar atılır. Uzun illər siyasi hakimiyyətin yuxarı eşelonunda qərar tutan və öz kadrlarını müxtəlif vəzifələrə yerləşdirmiş məmurların vəzifələrdən alınması, gənc kadrların önə çəkilməsi müsbət məqamdır. Misal üçün, İnam Kərimovun Ali Məhkəməyə rəhbər təyinatı təqdirəlayiqdir. Bütün hallarda media azadlığı, vətəndaş cəmiyyəti institutlarının qarşısında dayanan maneələrin aradan qaldırılması, vəzifə təyinatları zamanı dövlət qulluğu imtahanlarının nəticələrinin və fərdi keyfiyyətlərin təhlilinə yönələn meyarların əsas götürülməsi labüddür”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, son dövrlər həyata keçirilən addımlar müəyyən mənada effektiv olsa da, idarəetmədə köklü dəyişikliklərə səbəb olmayıb: “Misal üçün, 3 nömrəli uşaq evinin direktoru barədə dəhşətli faktlar açıqlandı. Bu mövzu ictimailəşdi, kəskin etirazlara səbəb oldu. Amma nədənsə, müvafiq qurumlar həmin direktoru işdən azad etməyə tələsmirdi. Bu, nə vəzifədir ki, onun rəhbərini qorumaq üçün bu qədər çaba sərf olunur?! Bu kimi hallara qarşı amansız olmaq lazımdır”.

“Düzdür, cəzalandırma mexanizmi ilə kompleks islahatlara nail olmaq mümkün deyil. Bunun üçün sistemin daxilində dəyişikliklər həyata keçirilməlidir. Ancaq hansısa məmurun özünü “şah”, “xan” kimi aparması, qanunlara məhələ qoymaması ciddi cəzalandırma tədbiri üçün səbəbdir. Belə çıxır ki, hər hansı məsələ ictimailəşmirsə, mövcud olan problemlər aradan qaldırılmayacaq. Bu, kökündən yanlış yanaşmadır. İdarəetmə islahatları müəyyən mənada aparılsa da, bunun ciddi dəyişikliklərə gətirib çıxardığını söyləmək mümkün deyil”, - deyə Hüseyn vurğulayıb.

DİA.AZ bildirir ki, YAP-çı deputat, professor Kamilə Əliyeva isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, idarəetmə islahatları dövrün tələbinə cavab verir və keyfiyyət dəyişikliyi yaradır: “Bu, keyfiyyyətli yeni mərhələnin başlanğıcıdır. Etiraf etmək lazımdır ki, gənc nəslin yüksək dövlət vəzifələrinə təyinatı, onlara etimad göstərilməsi böyük dəyişikliklərə səbəb olub. Dövlət idarəçiliyində korrupsiya və rüşvətxorluğun miqyası əhəmiyyətli dərəcədə azalıb. Təbii ki, harada iş, fəaliyyət varsa, orada qüsurlar da olacaq. Burada qeyri-adi bir şey yoxdur. Əsas odur ki, ortada ciddi siyasi iradə var”.

“Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara çağırışlar edib və onları vicdanla çalışmağa dəvət edib. Buna əməl etməyənlərin aqibətini də görmüşük. Hesab edirəm ki, mətbuat orqanları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri mövcud nöqsanların aradan qaldırılması iqtiqamətində səylərini birləşdirməli və Azərbaycan hökumətinə dəstək olmalıdır”, - deyə Əliyeva fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru