Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                 

UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi... - İLGİNC FAKTLAR
Tarix: 3-12-2021, 09:23 | Çap et
UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...
...”Təzadlar”ın ötən saylarında Azərbaycan Dövlət İqtisad Universitetindəki bir əldə 2 də yox, 3 qarpız tutan professor Yaşar Kəlbiyev müəmması barədə yazmışdıq. Məsələ ondadır ki, Yaşar Kəlbiyev vaxtilə ADİU rektoru Ədalət Muradovla Prezident yanında AAK-da bir yerdə çalışıb... Bu dostluq münasibəti sonradan Y.Kəlbiyevin ADİU-ya vacib vəzifəyə gətirilməsi ilə sonunclandı. Olsun, necə deyərlər, kor nə istər - iki göz, biri əyri, biri düz! Amma Kəlbiyevin ADİU-ya gəlişindən az sonra universitetdə Magistratura təhsilində vacib məqamlar nəinki kor qoyuldu, eləcə də əyri işlər üzə çıxdı.

UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...

Bir əldə 1 deyil, 2 və hətta 3 qarpız tutma xəstəliyi...

Artıq əvvəlki yazılarda qeyd olunduğundan bu dəfə qısaca olaraq bildirək ki, Yaşar Kəlbiyevin əsas iş yeri, yəni tam ştatla “Azərsu” ASC-nin İqtisadiyyat və Uçot İdarəsidir. Bu, atalarımızın nişan verdiyi 1 qarpız!

2-ci qarpız: Yaşar Kəlbiyev həm də “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktorudur! Bu vəzifə də tam ştatdır!

3-cü qarpız: Yaşar Kəlbiyev həm də ADİU-nun Beynəlxalq Magistr və Doktorantura Mərkəzində məxsusi yaradılmış “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiridir...

İndi sual yaranır: “Azərsu”da iki mühüm rəhbər vəzifə tutan (hələ çoxsaylı başqa statuslu vəzifələri də var) Yaşar Kəlbiyev Azərbaycan Dövlət İqtisad Universitetində pedoqoji fəaliyyətini necə çatdıra bilər??? İnsafən, rektor Ədalət Muradov minbir əziyyətlə universiteti ağ günə çıxarmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, narazı professor və müəllimlərlə dil tapmağa çalışır, bu tərəfdən də Yaşar Kəlbiyevin Baş Prokurorluq və DTX tərəfindən aparılan yoxlamalarda özünü ADİU-nun professoru, görkəmli iqtisadçı alimi kimi təqdim edir. Sabah həmin yoxlama briqadası ADİU-ya gəlsə, nələr üzə çıxacaq, hamı bilir. Yəni, niyə də rektor Ədalət Muradov durduğu yerdə ağrımayan başına buz bağlamalıdır?

UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...

Yersiz sual olsa da, verməliyik: “Azərsu”da iş vaxtı 09:00-dan 18:00-dək olan Yaşar Kəlbiyev neçə yerə parçalanmalıdır ki, həm ordakı vəzifəsini yola versin, həm institut direktorluğunu, həm də ADİU kafedra müdirliyini?!

Ötən gün “Azərsu”dakı mənbə “Təzadlar”a maraqlı məlumat verib. Məlum olur ki, ölkənin hüquq mühafizə orqanlarının “Azərsu”da apardığı ciddi yoxlamalar artıq sensasion maxinasiyalarla qarşılanıb. Məsələn, məlum olur ki, sən demə, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru kimi Yaşar Kəlbiyev milyonların silinəcəyi işlərin layihəsini hazırlayıb, sonra özü də ayrılan pul vəsaitlərinin xərc istiqamətini “Azərsu” ASC-nin İqtisadiyyat və Uçot İdarəsinin rəhbəri kimi müəyyənləşdirirmiş. Yəni, “Sam deşurnıy, sam dnivalnıy”! Başqa sözlə, öz əli, öz başı! Nə istəyirmiş edirmiş. İndi isə yoxlama briqadasına deyb ki, guya həmin sənədlərdə onun imzası yoxdur...

Budur, “Azərsu”dakı mənbə bizə bir sıra sənədlərin fotosurətini göndərib. 2015-ci ildən 2020-ci ilədək olan maliyyə ilini əhatə edən həmin maliyyə sənədlərini məhz Yaşar Kəlbiyev imzalayıb...

Ən diqqəti çəkən məqam isə budur ki, imzalanan sənədlərdə rəqəmlər qəpik-quruş deyil: 2015-ci ildə- 653,246 milyon manat, 2018-ci ildə 918,625 milyon, 2019-cu ildə 911,937 milyon, 2020-ci ildə isə 1 milyard 837 min manat!!! (Sənədlərin fotosurəti təqdim edilir).

Borc içində üzən “Azərsu” və yüksək vəzifəli məmurların bahalı villa və mülkləri...

Mənbənin söylədiyinə görə, hazırda “Azərsu”da aparılan yoxlamalarda bir çoxlarının vəziyyəti “russcadır”. Yoxlama briqadası tərəfindən dindirilən və vəziyyəti “rusca” olanlar isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru Səid Salayev, Sədrin müşaviri-Hüquq departamentinin rəisi Faiq Kazımov, Magistral Su Kəmərlərinin Mühafizəsi idarəsinin rəisi Rafiq Əsədov, Maliyyə İdarəsinin rəisi Yaşar Kəlbiyev, “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov (sabiq sədr Qorxmaz Hüseynovun yaxın qohumu), “Azərsu”ASC-nin Nəzarət Ölçü Cihazları idarəsinin rəisi EyvazHüseynov (Qorxmaz Hüseynovun qardaşı oğlu, əvvəllər də Anbar Təsərrüfatı İdarəsinin rəisi olub) və nəhayət, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov... Mənbə onların maliyyə dosyelərini də təqdim edib...

“Azərsu”yun Dünya Bankına borcu niyə artmaqda davam edir?- Kəlbiyev hara baxırmış?

“Təzadlar”ın Azərbaycan Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi rəqəmlər acı təəssüf hissi doğurur. Məlum olur ki, “Azərsu” ASC-nin üzərinə faiz hesablanan kredit və borc öhdəliyi 2021-ci ilin yanvarın 1-nə 264,761 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,15% çoxdur. Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 17,55% artaraq 128,433 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 13,6% artaraq 66,304 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 2% azalaraq 38,785 milyon manat, Dünya Bankına borcu 39,8% azalaraq 14,676 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 6,5% artaraq 16,49 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat olub. Və “Azərsu”yun borclarını isə nə səbəbdirsə, Azərbaycanın Maliyyə Nazirliyi faizsiz hesablayıb. Amma KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.

Yersiz sual deyil yəqin ki, bəs niyə Maliyyə Nazirliyi hətta fermerlərimizə, vətəndaşlara belə krediti ikiqat faizlə verir. Hansı ki, fermer məmurlarımıza taxıl, yağ, pendir, quzu, pomidor-xiyar, meyvə... yetişdirir, “Azərsu” isə borc istehsalı ilə məşğul olur, iri məmurları da özlərinə mülk tikir, bir də qara gün üçün pul toplayır...

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...
UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...
UNEC-də görəv sahibi olan məmurun şübhəli mövqeyi...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru