Dövlətdən əli üzülən vətəndaş Şəbnəm Tovuzludan KÖMƏK İSTƏDİ... - Başçı nə işlə məşğuldur ki?
Tarix: 5-11-2021, 09:38 | Çap et
 “Mən Tovuzun Dondar Quşçu kəndində yaşayıram. Problemlərim, yaşadığım çətinliklər və şəraitsizlik məni çox sıxır. Torpağın üstündən tikilən bir otaqlı evdə məskunlaşmışam. Yetim oğlanam, atam dünyasını dəyişib, anam da özünə ikinci dəfə ailə həyatı qurub gedib. İki oğlum, bir qız övladım var. Balaca oğlum 4 aylıqdır. Nə bir ünvanlı sosial yardım alıram, nə də övladlarıma ürəyim istəyən həyatı yaşada bilirəm. Yaşadığım ev qışda soyuq, yayda isti olur. Hamamım yoxdur, evin içində, uşaqların gözünün qabağında çimirəm. Qızım artıq 3-cü sinfə gedir. Evin tavanı 15 il öncəkidir, artıq o da sıradan çıxıb, yağan yağış, qar evin içindədir. Bütün elektrik sistemləri üzdədir, bu da uşaqlar üçün çox təhlükəlidir. Bu gün, sabah evim də uçacaq, çünki torpaqdan tikilib, daşdan yox. Bütün günü təhlükəli vəziyyətlə üz-üzə qalırıq, özüm üçün yox, uşaqlar üçün qorxuram. Bir yerə gedəndə fikrim evdə qalır ki, ev uçar, ailəm qalar altında”
Bunu Moderator.az-a açıqlamasında Tovuzun Dondar Quşçu kənd sakini Ramil İsayev bildirib. Çarəsiz qalan ata Moderator.az vasitəsilə imkanlı şəxslərdən, aidiyyatı qurumlardan kömək istəyib.
“Həm oğlumun, həm də mənim gözüm çox zəif görür. Amma buna baxmayaraq məktəbdə sinif nümayəndəsidir, inglis və rus dilini, riyaziyyatı çox yaxşı qavrayır. Ona deyirəm ki, oxu, mənim çəkdiyim zülmləri çəkmə. Bəlkə nə vaxtsa sən bizi ağ günə çıxara bildin. Sizin vasitənizlə aidiyyatı qurumlardan, imkanlı şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər. Mən çox qürurlu biriyəm, amma ailəmə görə məcburam problemimi danışım. 1, yaxud 2 otaqlı daşdan tikilən evim olsa dünyanın xoşbəxti olaram, övladlarımın üzünə, onların gözlərinin içinə düz, rahat baxa bilərəm. Bütün kənd camaatı bilir ki, mən necə insanam. Günü gedib 5-10 manata qapılarda işləyirəm, fəhləlik edirəm. Aylıq aldığım 236 manatdır. Bu məbləğlə necə dolana bilərəm? Körpə uşağım acından gecədən səhərə kimi ağlayır. Elə vaxt olur ki, gecə mən də yuxudan durub, onunla birgə ağlayıram. Çox dözülməz bir yaşayışdır. Mənim uşaqlarım hələ qapıda kabab yeməyiblər. Qızım deyir ki, ata, məktəbimizin yanındakı restoranda kabab çəkirlər, iyi məktəbə elə qəşəng gəlir ki! Dizlərimə, başıma döyürəm ki, uşaqlarımın istəklərini həyata keçirə bilmirəm (ağlayır).
Tovuz rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, mənim halımdan, vəziyyətimdən xəbərdardırlar. Başçı Məmməd Məmmədov məni şəxsən tanıyır, demişdi ki, evlə bağlı sənə köməklik edəcəyəm. Amma indi gedirəm, mənə heç bir qapı açmırlar. Deyirlər ki, get, yaxşı olacaq. Keçən dəfə də getmişdim, başçı müəyyən qədər məbləğ çıxarıb verdi ki, get uşaqlara yemək al. Bunu sağ olsun etdi. Amma hələ də evlə bağlı bir xəbər yoxdur. Qurban olum, sizdən xahiş edirəm mənə kömək olun. Mən buradan Şəbnəm Tovuzluya da müraciət edirəm, o da Tovuzun mərd qızlarından biridir. Bilirəm ki, hamıya ələlxsus da imkansızlara çox kömək edir. Çox istərdim ki, mənə də köməklik etsin, gəlib şəraitimlə maraqlansın. Xahiş edirəm, sizə yalvarıram, məni bu yolda tək buraxmayın, onsuz da heç kimim yoxdur” deyə şikayətçi bildirib.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40 |
|
|
|
| • Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21 |
|
|
|
| • "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17 |
|
|
|
| • Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14 |
|
|
|
| • 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11 |
|
|
|
| • "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
| • Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
| • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
| • “Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58 |
|
|
|
| • Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47 |
|
|
|
| • Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38 |
|
|
|
| • Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24 |
|
|
|
| • İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03 |
|
|
|
| • Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59 |
|
|
|
| • Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54 |
|
|
|
| • Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46 |
|
|
|
| • “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33 |
|
|
|
| • Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15 |
|
|
|
| • İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06 |
|
|
|
| • "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01 |
|
|
|
| • "Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56 |
|
|
|
| • "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48 |
|
|
|
| • “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42 |
|
|
|
| • Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35 |
|
|
|
| • Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30 |
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00 |
|
|
|
|