“Nə uşaqlarımı saxlaya bilirəm, nə də müalicə olunmağa imkanım çatır” - GİLEY
Tarix: 2-08-2021, 09:59 | Çap et
 Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov 1 il 7 ay əvvəl iş yerində bədbəxt hadisə ilə üzləşib. Bunun nəticəsində sağlamlığını itirən 41 yaşlı kənd sakini deyir ki, indi nə ailəsini və iki azyaşlı övladını dolandıra bilir, nə də müalicə almağa imkanı çatır.
“Bir sutka sonra ayılmışam”
Ayət Abduləzov “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olub. Hadisə də Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Onu və şirkətin daha iki işçisini elektrik cərəyanı vurub.
Ayət Abduləzov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardımdan sonra Gəncəyə göndərilib. Üç gün orada saxlanılandan sonra evə buraxılıb: “Lap əvvəl Tovuz xəstəxanasına aparılanda ölümcül vəziyyətdə idik. Əl-ayaq nə vəziyyətdə idi. Mən bir sutka sonra ayılmışam. Amma dəhşətli ağrılarım vardı. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatyası aşkar edildi”.
Ona son nəticəsə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyulub. Ayət Abduləzovun sözlərinə görə, uzun müddət xəstəxanadan “Forma-88” ala bilməyib, bu üzdən ona əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək yubanıb. O, bütün baş verənlərə görə işlədiyi şirkəti günahlandırır: “Mənə həkim izah elədi ki, evdə xəstələnsəydin, özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə...”
“Veclərinə olmadı ki, bu bədbəxtin ailəsi, müalicəsi necə olacaq?”
Ayət Abduləzov gileylənir ki, şirkət öz işçisinə sahib çıxmadı. Onun sözlərinə görə, rəhbərlik hadisədən sonra ona vəd vermişdi ki, həm müalicə xərclərini ödəyəcək, həm də ailəsinin qayğısına qalacaq. O iddia edir ki, verilən vədə əməl olunmayıb: “Xəstəxananın məsrəflərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən, elə, bizim arxamız bağlıdır. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq? Təsəvvür edin, özüm ailə başçısı ola-ola valideynlərimin hesabına dolanıram. Kreditim vardı, onu valideynlərim ödəyir, mən indi necə müalicə olunum? Ona görə müalicə də oluna bilmirəm”.
“Bütün lazımi addımlar atılıb”
“Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin Azərbaycandakı nümayəndəliyinin Kadrlar şöbəsindən Əfsun adlı əməkdaş Meydan TV-yə bildirib ki, Ayət Abduləzovun ittihamlarıyla bağlı sualları cavablandırmaq səlahiyyətləri yoxdur.
Şirkətin hüquq şöbəsindən isə bildirilib ki, adıçəkilən keçmiş işçiyə münasibətdə lazım olan bütün lazımi maddi və hüquqi addımlar atılıb.
Mənbə: Meydan.TV

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Bu gün, 13:42 |
|
|
|
| • Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Bu gün, 13:38 |
|
|
|
| • Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Bu gün, 13:35 |
|
|
|
| • DSX-nin hərbçisi vəfat edib - Foto
Bu gün, 13:20 |
|
|
|
| • "Ağlaşma verilişlər reytinq verirdi"
Bu gün, 13:15 |
|
|
|
| • Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Bu gün, 13:13 |
|
|
|
| • Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Bu gün, 12:52 |
|
|
|
| • Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Bu gün, 12:47 |
|
|
|
| • “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Bu gün, 12:44 |
|
|
|
| • Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Bu gün, 12:31 |
|
|
|
| • 115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Bu gün, 12:29 |
|
|
|
| • "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Bu gün, 12:25 |
|
|
|
| • Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 12:20 |
|
|
|
| • Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Bu gün, 12:18 |
|
|
|
| • İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Bu gün, 12:14 |
|
|
|
| • Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Bu gün, 12:11 |
|
|
|
| • "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Bu gün, 11:12 |
|
|
|
| • Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
| • II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53 |
|
|
|
| • Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45 |
|
|
|
| • Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38 |
|
|
|
| • Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33 |
|
|
|
| • Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28 |
|
|
|
| • Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14 |
|
|
|
| • Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13 |
|
|
|
| • Bütün arxivləri açacağıq
Bu gün, 09:03 |
|
|
|
| • "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00 |
|
|
|
| • "Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54 |
|
|
|
| • Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49 |
|
|
|
| • BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43 |
|
|
|
| • Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39 |
|
|
|
| • Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30 |
|
|
|
| • Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29 |
|
|
|
| • Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28 |
|
|
|
| • Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23 |
|
|
|
| • Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18 |
|
|
|
| • Naxçıvandakı istefalara ŞOK REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:03 |
|
|
|
| • TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46 |
|
|
|
| • "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30 |
|
|
|
| • Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21 |
|
|
|
| • Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15 |
|
|
|
| • Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46 |
|
|
|
| • “Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39 |
|
|
|
| • Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37 |
|
|
|
| • İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27 |
|
|
|
| • Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24 |
|
|
|
|