500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub? - ŞİKAYƏT VAR
Tarix: 16-08-2016, 08:52 | Çap et
Orucov Şahbəddin: “Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilimə baxış keçirərkən, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi”

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?
“Gündəm Xəbər” qəzetinin 22-28 iyul 2016-cı il tarixli sayında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən küçəsi-16 ünvanında yaşayan II qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü. Müdafiə Nazirliyinin xüsusi rütbəli zabiti Orucov Şahbəddin Möhyəddin oğlunun başına gətirilən müsibətlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, 26 iyun 2016-cı il tarixdə döyüşçü yoldaşı Qayıbov Alı Hacı oğlu ilə birlikdə paytaxtın “20 Yanvar” ərazisində keçirilən tədbirdən evə qayıdarkən, şəhərin “Dərnəgül” yolu istiqamətində BŞYPİ-nin iki nəfər əməkdaşı Cəfərov Fərid Rafiq oğlu və Zeynalov Səbuhi Oqtay oğlu tərəfindən saxlanılır. İlk öncə yol polisi əməkdaşları onu sorğu-suala tuturlar və “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsini idarə etdiyi üçün, Şahbəddin Orucovdan sürücülük vəsiqəsini də tələb edirlər. Az sonra isə, sərxoş olub-olmadığını dəqiqləşdirmək məqsədilə, onu Zığ şossesində yerləşən Narkoloji Dispanserə də aparırlar. Şahbəddin Orucovun bildirdiyinə görə onu adıçəkilən ünvanda heç bir müayinədən keçirmirlər, sadəcə olaraq yol polisi əməkdaşı Narkoloji Dispanserin hansısa bir həkimi ilə ona kənardan baxış etməklə kifayətlənir. Xoşagəlməyən hal o olur ki, II qrup Qarabağ müharibəsi əlili həmin günün gecə saatlarında Narkoloji Dispanserdən təqribən 60-70 metr aralı məsafədə yol polisi əməkdaşının idarə etdiyi nəqliyyat vasitəsindən düşürdülür və yol kənarında da qoyulur. Onu da qeyd edək ki, həmin gün yol polisi əməkdaşları Şahbəddin Orucovdan lazımi sənədləri aldıqları üçün, onda heç bir sənəd olmur. Qəzetimizin 22-28 iyul 2016-cı il tarixli sayında onu da qeyd etmişdik ki, Şahbəddin Orucov saxlanılarkən sürücülük vəsiqəsi ilə bərabər, ona məxsus əlillik vəsiqəsi də ələ keçirilir və altı ay müddətində onun özünə geri qaytarılmır. II qrup əlilin bildirdiyinə görə o, bir neçə dəfə əlillik vəsiqəsinin geri qaytarılması ilə bağlı BŞYPİ-nin rəhbərliyinə, qurumda səllahiyyət sahibi olan vəzifə sahiblərinə müraciətlər etsə də, onu bir kimsə lazımınca dinləmir və əlillik vəsiqəsinin BŞDYİ-də olmadığını da bildirirlər.Yalnız Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvafiq sorğusu əsasında Şahbəddin Orucova məxsus əlillik vəsiqəsi ( в„– 048997) BŞYPİ-dən Nizami rayon Polis İdarəsinə göndərilir və 10 dekabr 2015-ci il tarixdə də, adı çəkilən idarədən II qrup əlilin ünvanına göndərilir. O halda sual oluna bilər ki, Qarabağ müharibəsində sağlamlığını itirən və aldığı xəsarətlər nəticəsində II qrup əlil olan bir şəxsin əlillik vəsiqəsinin altı ay gizlədilməsi nə dərəcədə qanunauyğun haldır? Eyni zamanda yol polisi əməkdaşının əlil vəsiqəsinin ələ keçirilməsi və həmin şəxsi altı ay müddətinə dövlətin ona vermiş olduğu imtiyazdan məhrum etməsi, hansı qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi? Odur ki, belə bir olaylar ortaya çoxsaylı suallar çıxarır ki, həmin məqamların da araşdırılmasına ciddi ehtiyac duyulur. Yaşanan olaylarla bağlı Şahbəddin Orucovun həyat yoldaşı Orucova Təranə Şamil qızı Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, rayon prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyev apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, baş verən hadisələrdə heç bir cinayət əməli yoxdur və 19 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə istinad edərək, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edir. Amma çox keçmir ki, Nərimanov rayon prokuroru cənab Vüqar Əliyev, Azərbaycan Respublikası CPM-nin 84.5.8-ci maddəsini rəhbər tutaraq, prokurorluğun müstəntiqi Ceyhun Mirzəyevin 19 sentyabr 2015-ci il tarixdə 564-C-16 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi qərarın ləğvi haqda qərar qəbul edir və həmin material üzrə əlavə araşdırmaların aparılması rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Niyazi Qəzənfərzadəyə də həvalə olunur. Bundan əlavə onu da qeyd edək ki, yol polisi əməkdaşları Şahbəddin Orucovu 26 iyun 2015-ci il tarixdə saxlayıb onu Zığ şossesindəki Narkoloji Dispanserə apardıqdan sonra, ona BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı ilə 500 manat cərimə də yazılır. Amma, onun müxtəlif instansiyalara ünvanladığı davamlı şikayətlərindən sonra, Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı qanunsuz olduğuna görə, elə onun özünün 15 fevral 2016-cı il tarixdə imzaladığı qərarla, inzibati xəta haqqında icraata xitam verilir. Maraqlı hal odur ki, Şahbəddin Orucov nə qədər çalışsa da, yol polisi əməkdaşlarına heç bir cəza verdirə bilmir. Sadəcə olaraq II qrup Qarabağ müharibəsi əlilinin həyat yoldaşı Təranə Orucovaya, 21 iyul 2016-cı il tarixdə BŞDYPİ- nin rəisi Nuşirəvan Səfərovun imzası ilə verilən cavab məktubunda bildirilir ki, “ilkin müraciətlərinizi araşdıran icraçılar rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşlar”. Belə bir cavabın verilməsi də, yəqin ki, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Şahbəddin Orucov onu da bildirir ki, “ölkə rəhbəri tərəfindən bir çox əlillərə, o cümlədən mənə də verilmiş “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsi cərimə meydançasına qoyularkən, maşının içərisindən bir çox avadanlıqlarım, o cümlədən bankdan kreditə götürdüyüm 4 min manat pulum da “qeybə çəkilmişdi”. Çünki, Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilə baxış etdikdə, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi. Buna səbəb, cərimə meydançasında saxlanılan avtomobilimin qarət edilməsi, şüşələrinin açıq vəziyyətdə olması idi. Düzdür, bu günə qədər bir çox instansiyalara, məhkəmələrə müraciətlər etsəm də, hələ ki, haqqıma qovuşa bilməmişəm. Çünki, aparılan araşdırmalar qeyri-obyektiv aparılır. Aparılan araşdırmalar zamanı da BŞDYPİ-nin əməkdaşları ortaya saxta sənədlər, akt və protokollar çıxarırlar. Bir çox əşyalarımı, pulumu götürmədiklərini bildirirlər. Amma, əlillik vəsiqəm altı aydan sonra onlardan çıxdı. Hal-hazırda da avtomobilim cərimə meydançasında çürüməkdədir. Bu gün avtomobilimi mənə vermirlər, buna səbəb də avtomobilimin texniki pasportunun olmamasıdır”. Araşdırmamız davam edəcək. Açıqlamada adıçəkilən hər bir şəxsin mövqeyini dinləyə bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru