Heydər Babayev ortalarda niyə görünmür? - Sabiq nazirlə bağlı ilginc iddialar
Tarix: 23-06-2016, 09:19 | Çap et
 Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin sorağı gəlmir. Uzun illər mediadan uzaq gəzən, demək olar ki, qapalı həyat sürən sabiq nazirin siyasi arenaya qayıdış şanslarının nə qədər real göründüyünü söyləmək əlbəttə, çətin olsa da, son zamanlar oliqarxın öz biznes strukturlarının fəaliyyəti arasında müəyyən məsafə saxlaması, bu şirkətlərin idarəçiliyinə yaxın çevrəsindən olan yeni simaların cəlb edilməsi, özünün isə kölgədə qalması onu göstərir ki, bütün bunlar gələcək üçün hazırlanmış planların tərkib hissəsi olaraq Heydər Babayevin hakimiyyətin gözündə belə deyək, reablitasiyasının təmin edilməsinə hesablanıb. Təşəbbüskar, bəlkə də onun özüdür. Bununla belə, sabiq nazirə məxsus şirkətlərin fəaliyyətində yaranmış bir sıra problemlərin də görüntü xarakteri daşıya biləcəyi ehtimalı da az deyil. Mövzu ilə bağlı Gundelik-Baku.com-un əldə etdiyi bilgilərdə deyilir ki, söhbət Heydər Babayevə məxsus olduğu iddia edilən В«Standard LizinqВ» MMC, Bakı Biskvit fabriki, В«Crown PlazaВ» oteli, В«ABU petrolВ» şəbəkələri kimi tanınmış biznes strukturlarında yaranmış maliyyə problemlərindən gedir. Bəzi hallarda öz əməkdaşlarına əməkhaqqı verməkdə belə, çətinlik çəkən bu qurumların üzləşdiyi problemlər Heydər Babayevin sevimli В«flaqmanıВ» В«Bank StandardВ»da hökm sürən mövcud situasiya ilə əlaqələndirilir. Əlbəttə, manatın ardıcıl devalvasiyalarından bəri hələ də özünə gələ bilməyən bankın Mərkəzi Bankın prezidenti Elman Rüstəmovun dəstəyinə böyük ehtiyacı vardı. Bu dəstək kifayət qədər olmasa da, bankın normal fəaliyyətinin bərpasında heç də az rol oynamayıb. Məlumata görə, Heydər Babayev yüksək qiymətləndirdiyi bu dəstəyin müqabilində Elman Rüstəmov qarşısında bəzi öhdəliklər də götürüb. Bu öhdəliklərin nədən ibarət olduğunu söyləmək çətindir. Lakin son bir-iki ayda medianın gündəmində yer alan Heydər Babayevin aktivləşməsi ehtimalı var. Bu isə onu deməyə əsas verir ki, sözügedən öhdəliklərin maliyyə tərəfindən əlavə, həm də siyasi tərəfi olmamış deyil. Müəyyən təhlillər aparılsa, Heydər Babayevin siyasi həyata qayıdışına işarə verən bəzi elementlər nəzərə çarpır. Əslində, bu В«qayıdışınВ» məğzində bizcə heç bir xislət də yatmır. Lakin sabiq nazirin vəzifədən kənarlaşdırıldıqdan sonra yaşadığı ciddi stresslər və dost itkiləri onun revanşa meylinin artmasına işləyib. Necə olmasa, oliqarxın bu dəfə Azərbaycan siyasi mühitində başqa bir performansda imic toplamaq şansları vaxtilə üzvü olduğu komandanın yanaşmasınadan çox asılı olacaq. Heydər Babayevin reablitasiya şanslarını çətinləşdirən məqamlar isə heç də az deyil. Yadınızdadırsa, bir müddət öncə bəzi müxalifət nümayəndələrinin hakimiyyət komandasının sabiq üzvləri olmuş oliqarxlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Onların arasında Heydər Babayevin də adı hallanırdı. Bu məsələyə münasibət bildirməkdən imtina edən Heydər Babayev, söhbəti özünə sərfəli notlarla bağlamışdı. Göründüyü kimi, belə yanaşmanın da özündə müəyyən anlaşılmazlıqlar yatır. Maraqlıdır ki, eks-nazir uzun müddət Qərbin ölkəmizdə işləyən gizli şəbəkəsinin dayaqlarından biri kimi qəbul edilib. Vəzifədən uzaqlaşdırılmasına baxmayaraq, kifayət qədər geniş və böyük biznes imperiyasının əsas rıçaqlarını qoruyub saxlamağa müvəffəq olmuş Heydər Babayevin ölkəmizdəki Qərb müşahidəçiləri və elə müxalifətin özü üçün də cəlbedici görünməsində qeyri-adi heç nə ola bilməz. Buna baxmayaraq, sözügedən məsələnin araşdırılmasına ehtiyac var. Kim bilir, bəlkə Heydər Babayev bu gün öz maliyyə ehtiyaclarını hər vasitə ilə kompensasiya etmək üçün qeybə çəkilib?.. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
|