Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                 

"HÖNKÜRTÜ İLƏ AĞLAMAĞA BAŞLADIM"...
Tarix: 25-04-2013, 08:44 | Çap et
"HÖNKÜRTÜ İLƏ AĞLAMAĞA BAŞLADIM"...
"ÖZÜMƏ SÖZ VERDİM Kİ"...

Xalq artisti Həmidə Ömərovanın Milli.Az-a müsahibəsi.

Ömərova Həmidə Məmməd qızı 1957-ci il aprelin 25-də Bakıda dünyaya gəlib. 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-93-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-93-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifidir.

Filmoqrafiya: Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

- Həmidə Ömərova necə tələbə olub?

- Elə ondan başlayım ki, mən çox utancaq tələbə olmuşam. Görünüşüm də əsl utancaq azərbaycanlı qızının görünüşü idi - uzun hörüklərim var idi. Bütün fənlərdən əlaçı idim, amma bir dəfə də olsun, etüd göstərməmişdim. Belə utancaqlığa müəllimlərim zahiri görünüşümə görə dözürdülər.

- Tələbə yoldaşlarınız haqqında nə deyə bilərsiniz?

- Tələbəlik illərindən yadımda qalan ən parlaq təəssüratlardan biri kimi dərs zamanı dolu yağmağa başlayanda Ötkəmin (əməkdar artist Ötkəm İsgəndərov - red.) pəncərəyə çıxıb rəqs etməyə başlamasını deyə bilərəm. "VGİK"də (ÜDKİ - red.) təhsil almaq təbii ki, çox maraqlı idi. Bütün SSRİ-də əcnəbi filmlərə birinci biz baxırdıq. Hər bir əcnəbi film nümayişlənəndən əvvəl yaradıcı heyətin bəzi üzvləri ilə görüş təşkil olunurdu. Hər dəfə də zalda iynə atsaydın, yerə düşməzdi. Ona görə oğlan tələbə yoldaşlarımız əvvəldən zalın bir sırasının oturacaqlarını o başdan bu başa iplə bağlayırdılar ki, biz qızlar rahat oturub filmə baxaq.

- Nə kimi hadisələr yadınızda qalıb?

- Yadıma gəlir ki, 1 May bayramında Yevgeni Semyonoviç (Y.S.Matveyev 1975-79-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, teatr və kino aktyoru, ssenari müəllifi və rejissor - red.) dedi ki, gedək “VDNX”-nın (ВДНХ - Выставка достижений народного хозяйства РЎРЎРЎР  - SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisi - red.) arxasındakı çəmənlikdə piknik edək. Elə yenicə oturmuşduq, bir milis başımızın üstünü kəsdirdi ki, bilmirsiz, burada piknik etmək olmaz?! Matveyev də dedi ki, siz məni tanımadınız, mən Matveyevəm, bu da mənim tələbələrimdir. Milis işçisi isə dedi ki, mən də İvanovam, nə olsun ki, qanun hamı üçün birdir. Təbii ki, o, Yevgeni Semyonoviçi tanımışdı, amma bu o demək deyildi ki, qanun ona aid edilməməliydi.

Birinci dəfə Bolşoy Teatra getməyimizi xatırlayıram - qayıdanda nəqliyyat tapmadıq, bütün yolu Azərbaycan xalq mahnıları oxuya-oxuya yataqxanaya çatdıq. Bizim Azərbaycan dili müəllimimiz əvvəl Alla Axundova idi, sonra isə Həsən Əbluc oldu. Yadıma gəlir ki, Azərbaycan dilində kitabların instituta gətirildiyi gün əsl kitab bayramına çevrilmişdi.

- Bəs utancaqlığınıza qalib gəlməyiniz necə baş verdi?

- Yevgeni Semyonoviçdən başqa bizim kursun daha üç müəllimi var idi: Novosadov, Çerkasova, Savçenko. Bütün kurslar kimi biz də dörd diplom tamaşası hazırlamalı idik - “Həyatın dibində” və “İki veronalı”nı Azərbaycan dilində, “Lyubov Yarovaya” və “Zorən təbib”i rus dilində təhvil verməliydik. O institutda diplom tamaşaları əsl səhnədə, əməlli-başlı dekorasiyalarla hazırlanır. O dövrün bütün görkəmli sənətkarları nəinki bu tamaşalarda, məşqlərdə, bütün digər imtahanlarda da iştirak edirdilər. İmtahanlar da, diplom tamaşalarının təhvili də açıq keçirdi. Üçüncü kurs, sentyabrın 1-i idi. Diplom tamaşalarının rolları bölünəndə mənə bircə rol ayırdılar, o da “İki veronalı”da qulluqçu Lüçetta obrazı. Çox hiddətləndim - necə yəni, mənim kimi əlaçı tələbəyə bircə rol, o da qulluqçu?! Əlimi qaldırıb dedim ki, etüd göstərmək istəyirəm, Yevgeni Semyonoviç çox təəccübləndi. Sevincək dedi ki, buyur, Həmidə. Orada auditoriyanın quruluşu başqa cürdür - masalar üç paralel sırada yox, divarlar boyunca dairəvi qoyulub, ortalıq etüdlər göstərmək üçün boş saxlanılıb. Yevgeni Semyonoviç soruşdu ki, hansı obrazı göstərmək istəyirsən: yaxın adamını itirəni, yoxsa borc pul istəyəni? Dedim ki, yaxın adamını itirəni. Keçdim mərkəzə, stulda oturub ayağımı ayağımın üstünə qoydum və başladım incik, acıqlı baxışlarla Yevgeni Semyonoviçə baxmağa. Mənə yalnız qulluqçu rolunu verməsi heysiyyətimə toxunmuşdu axı.

Müzakirədə uşaqlar məni tənqid edib deyəndə ki, biz Həmidəyə inanmadıq, yaxın adamını itirmiş kəs o cür otura bilməz, büzüşüb otura bilər, Həmidənin oturuş tərzi isə arxayınlıq əhvalını göstərir, mən hönkürtü ilə ağlamağa başladım və özümə söz verdim ki, bundan sonra aktrisalıq bacarığımı sübut edəcəm. Beləliklə, məşqlər başladı. Savçenko məni tərifləyəndə Sergey Bondarçuk demişdi ki, Həmidənin rolun öhdəsindən gəlməsi təsadüfdür. Amma mən təslim olmaq fikrində deyildim. Nəhayət, Bondarçuk Lüçettanın öhdəsindən gəlməyimin təsadüf olmadığını etiraf etdi və... hətta Yevgeni Semyonoviçə dedi ki, sən xanım rolu ilə qulluqçu rolunun ifaçılarını səhv salmısan. Yəni “İki veronalı”dakı Silviya obrazında Bondarçuk məni görürdü. Onda anladım ki, mən xarakter aktrisasıyam.

Məşqlər başlayandan bəri hamısında iştirak edirdim. Baxa-baxa rolların hamısını öyrənmişdim. Bir gün “Lyubov Yarovaya”nın məşqində Panova rolunu ifa edəcək tələbə yoldaşlarımdan biri rejissorun dediklərini canlandıra bilmədi. Rejissor çox əsəbləşmişdi. Onda mən Panova obrazını göstərmək üçün icazə istədim, rejissor da əlacsızlıqdan, heç üzümə baxmadan icazə verdi. Rolu ifa etməyə başlayanda isə başını qaldırıb heyrətini gizlədə bilmədi, dedi ki, bax, bu rolu belə oynamaq lazımdır.

“Zorən təbib”də Lüsinda rolunda çıxış edəcək tələbə yoldaşım ikinci kursda ailə qurmuşdu, məşqlər başlayanda isə ana olmağına artıq üç ay qalmışdı. O obraz isə çox hərəkətli idi, gözəl də paltar tikilmişdi onunçün, qaça-qaça gələndə kəpənəyə oxşayırdı. Məşqlərin birində Yevgeni Semyonoviç qızın vəziyyətindən xəbər tutdu və dedi ki, bu vəziyyətdə onu bu cür dinamik rolda səhnəyə buraxmaq böyük riskdir. Vəziyyət, doğrudan da, çox gərgin idi, çünki ikicə məşq günü qalmışdı, tamaşa artıq təhvil verilməliydi, amma belə bir vəziyyət yarandığı üçün tamaşa ləğv edilə bilərdi. Çerkasova dedi ki, Həmidə bütün məşqlərdə iştirak edib, bəlkə, onu sınaqdan keçirək?

Yevgeni Semyonoviç inanmırdı ki, məşqlərə oturub baxmaqla bu rolun öhdəsindən gələcəm. Amma hər şey gözlənildiyindən də yaxşı alındı. “Proqon”da bu rolu mən ifa etdim və beləliklə diplom müdafiəsinə iki tamaşa ilə buraxıldım - “İki veronalı”da Silviya, bir də “Zorən təbib”də Lüsinda rolu ilə. Panova rolu isə qırmızı diplomuma nəzəri rol kimi yazıldı. Vidalaşanda Yevgeni Semyonoviç dedi ki, sən əvvəldə utancaq olduğun, heç bir epizod göstərmədiyin üçün sənin aktrisalıq bacarığının istiqamətini gec kəşf etdik, sən xarakter aktrisası imişsən.

- Amma belə rollarınız çox azdır...

- Çünki bizim rejissorlar potensialımın belə bir vacib cəhətini hələ də görmürlər, ona görə də çox vaxt məni müsbət, passiv qadın obrazlarına dəvət edirlər. Bir sözlə, Azərbaycan kinosunda istedadım tam açılmayıb...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru