Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                 

"BİR XANIMIN GEYİNDİYİ PALTAR AÇIQ-SAÇIQDIRSA"...
Tarix: 24-04-2013, 10:50 | Çap et
"BİR XANIMIN GEYİNDİYİ PALTAR AÇIQ-SAÇIQDIRSA"...
Teleaparıcı Şəfa Mehmanqızının müsahibəsi.

- Necə oldu ki, aparıcı oldunuz?

- Mən ixtisasca filoloqam. Əvvəllər ATV telekanalında redaktor kimi çalışmışam. Aparıcı olmağım isə mənim üçün bir sürpriz oldu. "Xəzər" televiziyasına redaktor vakansiyası üzrə müraciət etmişdim. “Bizim gün” verilişini aparmaq təklif olundu və mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.

- Redaktor işlədiyiniz zamanlar aparıcı olmaq istəyiniz var idi?

- Bəli, var idi. Hətta sənədli bir verilişin demo-variantını da hazırlamışdım. Təəssüf ki, efirə çıxmadı. O veriliş indi də mənim arxivimdə qalır.

- Mövzusu nə idi?

- Mərhum rejissor Ceyhun Mirzəyevlə bağlı bir veriliş idi.

- İndi hansı səpkidə veriliş hazırlamaq istərdiniz?

- Sosial xarakterli bir tok-şou aparmaq istərdim. Planımda var. İnşallah, haçansa reallaşdırmaq niyyətindəyəm.

- Başqa nəyin arzusundasınız?

- Özümə şəxsi biznes qurmaq arzusundayam.

- Nəyə can atırsınız?

- Liderliyə. Həmişə, hər sahədə birinci olmaq istəmişəm.

- İndiki aparıcıların əksəriyyətini seriallarda görürük. Sizə rejissorlardan təklif gəlməyib?

- Gəlməyinə gəlib. Fikrimcə, bizim seriallar hələ püxtələşməyib. Mən həmin seriallara çəkilib tamaşaçıları özümə güldürmək istəmirəm.

- Dəyişən zamandır, yoxsa siz?

- Deyərdim ki, zaman məni çox dəyişib.

- Məsələn, sizdə dəyişən nədir?

- İndi xaraktercə daha sərt olmuşam. Amma bir söz deyim ki, zamandan asılı olmayaraq, mən verdiyim qərarı heç vaxt dəyişmirəm. Öz fikrimin üzərində axıra qədər dayanıram. Heç kim məni öz fikrimdən daşındıra bilməz.

- Özünüzə nəyi dərd edirsiniz?

- İndi heç bir şeyi özümə dərd etmirəm. Düzdür, bir neçə il bundan öncə adi bir şeyin də dərinliyinə gedirdim, kiçik olan bir problem barəsində də çox fikirləşirdim, amma indi elə deyil.

- Yaşamaq eşqiniz haçansa ölüb?

- Bəli, belə məqamlar olub. Lakin bu proses çox az davam edib. Çünki mən pessimist insan deyiləm.

- Bəs əliniz nədən üzülüb?

- İdeal nəsə tapmaqdan...

- Ürəyinizi necə boşaldırsınız?

- Ailə üzvlərimlə, yaxınlarımla danışanda, onlarla sirrimi bölüşəndə rahatlıq tapıram.

- Nəyi təsəvvür edə bilmirsiniz?

- Mən ailəmə çox bağlı insanam. Ailə üzvlərimdən birinin yoxluğunu heç cür təsəvvürümə gətirə bilmirəm.

- Həyatdakı mövqeyiniz nədir?

- Vətəndaş mövqeyim budur ki, həmişə haqsızlığa qarşı çıxmışam. Ədalət tərəfdarıyam.

- Deyəsən, haqsızlıqla çox üzləşmisiniz...

- Haqsızlıqlar olub, təbii ki. Amma mən möhkəm və iradəli qadınam. Mübarizə aparmağı bacarmışam.

- Uşaq vaxtı xəyallarınızda nə canlandırırdınız?

- Mən Ağdaşda böyümüşəm. Uşaqlığım başqa uşaqlardan fərqli keçib. Hamı çıxıb həyətdə oynayanda mən evdə oturub kitab oxuyurdum. Gələcəyimi fikirləşirdim. Fikirləşirdim ki, oxuyub cəmiyyətə yararlı bir insan olacağam.

- Bəs indi nə xəyal edirsiniz?

- Mənim uşaqlıq illərim çətin keçib. Uşaqlıq dövrüm mənə ancaq kədərli günləri xatırladır.
İndi o illərin acısını çıxarmaq istəyirəm.

- Deməli, kasıbçılığın dadını bilirsiniz?

- Əslində, çox kasıb yaşamamışıq. Amma uşaqlıq arzularımı yerinə yetirəcək qədər də maddi imkana sahib olmamışıq.

- Geyiminizi özünüz seçirsiniz?

- Bəli, bütün geyimlərimi öz zövqümə görə müəyyən edirəm.

- Dəblə ayaqlaşırsınız?

- Çalışıram ki, ayaqlaşım. Amma mənə nə yaraşırsa, onu geyinirəm.

- Açıq-saçıq paltarlar geyinirsiniz?

- Xeyr, düzünü desəm, çox da açıq-saçıq geyinməyi xoşlamıram.

- Bəs geyinənlərə münasibətiniz necədir?

- Hərənin öz zövqü var. Ola bilər ki, mənə çox açıq görünən geyim başqası üçün normal ola bilər, yaxud da əksinə. Bir də ki, yaraşmaq məsələsi var. Əgər bir xanımın geyindiyi paltar açıq-saçıqdırsa və estetik baxımdan gözəl görünürsə, ona yaraşırsa, mən buna normal baxıram.

- Tez-tez yanılırsınız?

- Belə hallar olur. Bu da ondan irəli gəlir ki, indi insanları tanımaq, ünsiyyət qurmaq çox çətindir. Əksəriyyət maskalanıb gəzir. Amma mən həmişə qarşımdakına inanmaq istəmişəm. Sonra yanıldığımı görmüşəm. Ona görə də indi, demək olar ki, hamıyla ünsiyyət məsafəsini qorumağa çalışıram.
\ Milli.Az \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru