AKTRİSAMIZ AÇIQ-SAÇIQ SƏHNƏLƏRƏ "YOX" DEDİ
Tarix: 16-04-2013, 09:35 | Çap et
"MENTALİTETƏ UYĞUN DEYİL"Aktrisa Günel Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Aktrisa olmaq istəyi sizdə nə vaxt yarandı?
- Mən uşaqlıqdan incəsənətə maraq göstərmişəm. Beş yaşımdan rəqslə məşğul olmuşam. Aktrisalığa böyük marağım olduğuna görə İncəsənət Gimnaziyasını bitirəndən sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.
- Bəs teatra gəlişiniz necə oldu?
- Məni teatra müəllimlərimdən biri, xalq artisti Rafiq Əliyev dəvət etdi. 2006-cı ildən bu yana Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərirəm.
- Teatrda ilk rolunuz hansı olub?
- “Çimnaz xanım yuxudadır” adlı tamaşada Nabat rolu mənim ilk rolum olub.
- Çəkildiyiniz ilk filmin adı nədir?
- Zirəddin Tağıyevin “Ad gününün peşmançılığı” filmi.
- Bir çox yerli filmlərdə çəkilmisiniz. Bəs hansı xarici filmlərdən dəvət almısınız?
- Yerli seriallardan və filmlərdən savayı, İtaliyada, Qazaxıstanda, Gürcüstanda və Moskvada çəkilən filmlərdə rol almışam. Bu yaxınlarda isə Türkiyədə çəkiləcək “Dağ qartalları” adlı filmə dəvət almışam.
- Çəkildiyiniz filmlərdə açıq-saçıq səhnələr olub?
- Xeyr, olmayıb.
- Sizə belə səhnələrdə çəkilməyi təklif etsələr, razılıq verərsiniz?
- Razı olmaram. Çünki bizim mentalitetə uyğun deyil. Bir də, bizim cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bir aktrisa açıq-saçıq səhnələrdə yer alırsa, deməli, o, əsl həyatda da elədir (gülür).
- Simanızda dəyişiklik etmisiniz?
- Xeyr, heç bir dəyişiklik etməmişəm.
- Nə vaxta qədər bu sənətdə qalmaq fikriniz var?
- Gücüm çatdığı qədər, bacardığım qədər səhnədə olacağam.
- Gücünüz nəyə çatmır?
- Maraqlı sualdır. Bu bərədə heç düşünməmişdim. Səbirsiz insanam. Özümdə bu səbirsizliyi yox etməyə heç cür gücüm yetmir.
- Ən çox nəyə əsəbləşirsiniz?
- Yersiz konfliktlər məni əsəbləşdirir. Düzdür, əhəmiyyət vermirəm, ancaq yenə də mənə çox pis təsir edir.
- İndi nəyin barəsində düşünürsünüz?
- Şəxsi bir məsələm var. Onun barəsində fikirləşirəm. Bir də bir neçə layihəm var ki, onların haqqında tez-tez düşünürəm.
- Sizə görə, ananın qızı olmaq çətindir, yoxsa qız anası olmaq?
- Hər ikisi çətindir. Amma mən anama həmişə yaxşı övlad olmağa çalışmışam. Onun adına xələl gətirməmək üçün əlimdən gələni etmişəm. Üstümdə onun zəhməti çox böyükdür. Ona hər şeydən əvvəl öz həyatımı borcluyam.
- Elçilərinizin sayı çoxdur?
- Nə bilim, var da (gülür).
- Bəs ailə qurmağı fikirləşmirsiniz?
- Xeyr, bu barədə hələ fikirləşmirəm. Düşünürəm ki, hələ tezdir. Çünki ailə həyatı qurmağım sənətimə maneçilik törədə bilər.
- Sizin üçün teatrda oynamaq çətindir, yoxsa filmdə çəkilmək?
- Hər ikisi çətindir. Lakin teatrda tamaşaçını inandırmaq, ona təsir bağışlamaq filmə nisbətən asandır. Bu baxımdan deyərdim ki, filmə çəkilmək daha çətindir.
- Hansı obrazı oynamaq istərdiniz?
- Bu yaşıma qədər ürəyimcə olan obrazları oynamışam. Amma dəlilik həddinə çatmış bir insan obrazını oynamaq istərdim.
- Bəs sizə həvalə olunan rolların içində ürəyinizcə olmayan hansı olub?
- “Məhv olmuş gündəliklər” adlı tamaşadakı Anjel rolu heç ürəyimə yatmayıb. O rolu özümə yaxın bilməmişəm. Ona görə də həvəssiz oynamışam.
- Aktrisalıqdan savayı əlinizdən nə gəlir?
- Yaxşı sualdır. Onu deyə bilərəm ki, yaxşı rəqs etməyi, gözəl rəsm çəkməyi və s. bacarıram.
- Şəkil çəkmək demişkən, rəssam olsaydınız, birinci kimin portretini çəkərdiniz?
- Anamın. Çünki ona həddindən artıq bağlıyam.
- Çox tələskənsiniz?
- Həddindən artıq tələskənəm. Bu tələskənliyimin nəticəsində də bəzən yanılıram.
- Təxminən on il sonra sənətinizdə hansı uğurları qazanacağınıza inanırsınız?
- İndidən heç nə deyə bilmərəm. Mən hələ nə etmişəm ki? (gülür). Düşünürəm ki, hər şey qabaqdadır, yaxşı olacaq. Mən bunun üçün var qüvvəmlə çalışıram. Çalışıram ki, daha böyük müvəffəqiyyətlər əldə edim.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02 |
|
|
|
| • “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57 |
|
|
|
| • Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51 |
|
|
|
| • Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48 |
|
|
|
| • “Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45 |
|
|
|
| • Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33 |
|
|
|
| • “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31 |
|
|
|
| • Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28 |
|
|
|
| • Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25 |
|
|
|
| • Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24 |
|
|
|
| • Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19 |
|
|
|
| • Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08 |
|
|
|
| • Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06 |
|
|
|
| • Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04 |
|
|
|
| • Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
| • Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02 |
|
|
|
| • ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00 |
|
|
|
| • Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47 |
|
|
|
| • Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
| • Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37 |
|
|
|
| • Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
| • Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13 |
|
|
|
| • Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20 |
|
|
|
| • Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14 |
|
|
|
| • Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13 |
|
|
|
| • Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04 |
|
|
|
| • "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58 |
|
|
|
| • Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
| • Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41 |
|
|
|
|