"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                 

VƏHABİLƏR DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLAYIR
Tarix: 3-12-2011, 15:51 | Çap et
VƏHABİLƏR DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLAYIR

VƏHABİLİKDƏN GERİ DÖNMÜŞ BİR AZƏRBAYCANLININ ŞOK ETİRAFLARI

DİA.AZ: - Azərbaycanda dini təriqətlərin fəaliyyətini heç kim inkar edə bilməz. O da gerçəklikdir ki, həmin təriqətlərin bir qismi Azərbaycan üçün ciddi təhlükə mənbəyidirlər. Bu dini təriqətlərdən nurçuların, Yeqova şahidlərinin adını xüsusi qeyd etmək lazımdır. Amma bunlardan daha açıq fəaliyyət göstərən vəhabilərdir ki, özlərinə sələfi təriqətçiləri deyillər. Zamanında Bakının mərkəzində yerləşən Əbu-Bəkr məscidinə toplaşan vəhabilərin ideoloji xətti ilə bağlı geniş şərhlər verildiyindən biz konkret məqamlar üzərində dayanmaq istərdik.

Cəhənnəm yolundan geri dönüş

Bir ara onlar Azərbaycanda çox məşhur idilər. İndii də geri qalmırlar. Amma Əbu-Bəkr məscidində məlum В«TERROR AKTIВ»NDAN sonra onlar bir balaca qınlarına çəkilmiş kimi görünürlər. Bəli, Məhz qınlarına çəkilmiş kimi. Amma onların qınlarından sıyrılacağı gün isə uzaqda deyil. Çünki adamlar hələ də fəaliyyətlərini sürdürürlər və yerli hüquq-mühafizə orqanlarının ara-sıra onların saqqallarını qırxması da heç nəyi dəyişəcək gücdə deyil.

Bəli, onlar günbəgün təşkilatlanır, sıralarını genişləndirirlər. Elə bu günlərdə redaksiyamıza müraciət edən Bakı sakini Əhməd Xəlilov (ad şərtidir) da vəhabilərin qurduğu şəbəkə barədə şok məlumatlar verdi. Əhməd Xəlilov bir zamanlar vəhabi idi. Özünün dili ilə desək, artıq cəhənnəm yolundan geri dönüb. Bildirir ki, cəhənnəm yolundan geri dönmək mümkün olmasa da, vəhabilikdən birtəhər canını qurtara bilib.

Təsadüfi tanışlıq mexanizmi

Əhməd Xəlilov bildirir ki, onun В«qardaşlarıВ» arasında adı Əbu Xəlil olub: В«Onlarla təsadüfən tanış oldum. Keçən ilin yayında havalar isti olduğundan, istirahət yerlərinə gedə bilmədiyimdən elə arvad-uşağı evimizin yanındakı kiçik parka aparırdım. Demək olar ki, hər gün işdən gələn kimi onları götürüb parka gedirdim. Uşaqlar əylənir, biz də kölgəlikdə istirahət edirdikВ».

Ev təmiri ustası olduğunu bildirən Əhməd Xəlilov söhbətinin davamında artıq vəhabi В«liniyasınaВ» necə çıxmasından danışır: В«Bizimlə bərabər onlarla ailə həmin parka gəlirdi. Onların arasında bir vəhabi ailəsi də var idi. mən hər zaman onun həyat yoldaşının qara çarşabda, istinin altında necə dayandığını görür, ürəyimdə ona acıyırdım. Daha bilmirdim ki, günlərin birində pula görə mən də yaxınlarımı çadraya bürünməyə məcbur edəcəmВ».

Xəlilov davam edir: В«Həyat yoldaşımla həmin vəhabinin çadralı qadını rəfiqə oldular. Elə parkdaca tanışlığımız dostluğa çevrildi. Zaman-zaman müxtəlif mövzulardan söhbət etdik və günün birində həyat yoldaşım evdə olarkən mənə dedi ki, həmin vəhabi ailəsi bizim kasıb yaşadığımızı bildiyindən bizə 1000 manat yardım etmək istəyir. Açığı durumum o qədər pis idi ki, dedim, hansı münasibətlə. Amma ürəyimdə pulu almağa razı idim. Həyat yoldaşım da bildirdi ki, heç bir münasibət yoxdur, sadəcə olaraq bir inancı ailə kimi bizə kömək etmək istəyirlər. Mən də pulu aldımВ».

Müxalifəti də, iqtidarı da söyürlər

Bundan sonra artıq vəhabi xəttinə düşdüyünü bildirən həmsöhbətimiz bildirir ki, o da vəhabi kişi ilə dostluq etməyə başlayır və bir gün o, məni bir məclisə aparacığını deyir. Mən də razılaşıram. Getdiyimiz yerdə hər kəs onun kimi idi. hamısı uzun saqqalda, qısabalaq şalvarda. Məni В«qardaşlarıВ» ilə tanış edir. Çox mehriban adamlar idi. ordan-burdan söhbət etdikdən sonra namaz qılma vaxtı çatır. Mənim namaz qılmadığımı görüB. Bu barədə mənimlə uzun-uzadı danışırlarВ».

Əhməd Xəlilov deyir ki, onun canında əməlli-başlı qorxu hissi yarada bilirlər: В«O qədər cəhənnəmdən danışırlar ki, sanki bu dəqiqə məni oda atacaqlarını zənn edirəm. Daha sonra özlərinə qoşulmağı və bunun müqabilində dolanışığımın təmin olunacağını bildirirlər. Deyirlər ki, burada В«qardaşlıqВ» sistemidir və heç bir qardaşın ailəsi ac ola bilməzВ».

Edilən təklifə razılaşdığını bildirən həmsöhbətimiz bildirir ki, bu şəkildə davamlı olaraq vəhabilərlə münasibətlərini daha da intensivləşdirir və günlərin birində özünün də uzun saqqalı, qısabalaqlı olduğunu görür: В«Heç bilmirəm hər şey necə baş verdi. Bir də baxıb gördüm ki, yanımdakı həyat yoldaşım çadralı, mən də saqqalıyam. Amma maddi durumumuz xeyli düzəlmişdi. Həm pul yardımları alırdım, həm də işimə uyğun mənə işlər tapırdılar. Beləcə bir ilin içində özümə hər cür şərait qurub, bütün borclarımı bağlaya bildimВ».

Amma özünün də tutduğu yolun yanlış olduğuna əmin olduğunu söyləyən Əhməd Xəlilov vəhabilərin bəzən onunla siyasi məsələlər danışdıqlarını da söylədi: В«Bu, tez-tez olmurdu. Mən yeni idim, bəlkə də ona görə. Amma ara-sıra siyasətdən danışır, bu hakimiyyətin əleyhinə sərt fikirlər söylənirdi. Amma müxalifəti də söyürdülər. Öz dövlətlərinin qurulmasını, Azərbaycanda əmirliyin yaradılmasını doğru yol kimi görürdülər. Mən də bui şin axırının olmayacxağını bildiyimdən tədricən onlardan uzaqlaşma yolunu tutdum. Yaşadığım ünvanı, telefon nömrələrimi dəyişərək, onlarla rabitəni birdəfəlik olaraq qırmışam. Təxminən bir aydır ki, məni axtarırlar. Amma mənim onlarla yol getmək niyyətim yoxdurВ».

Bəli, əziz oxucu, bütün bunlar faktdır və bu gün Azərbaycanda saylarının artıq 80 minə çatdığı iddia olunan vəhabilər günbəgün ölkə vətəndaşlarının В«verebovatВ» olunması ilə məşğuldurlar. Kimdir onlar? Nə istəyirlər? Bunu araşdırmaq lazımdır…

Sələfilər üçün dövlət Azərbaycan, yox Ərəbistandır

Bu danılmaz faktdır ki, sələfi cərəyanının əksər daşıycıları son məqsəd kimi İslam Xilafətinin qurulmasını istəyirlər və fəaliyyətlərində də bu, açıq şəkildə görünür. Hər bir dövlət quruluşunu rədd edən, yalnız xəlifəlik prinsipi ilə ölkələrin formalaşmasını istəyən təriqətin yarada biləcəyi ən böyük təhlükə də məhz budur. Diqqət edin, Birinci çeçen savaşında toplum müstəqillik tələbi ilə ayağa qalxdı. Və qos-qoca Rusiyanı məğlub vəziyyətə saldılar. Çünki konkret məqsəd və məram vaaı idi. Bu məram və məqsədləri də beynəlxalq təşkilatlar dəstəklədi. Amma ikinci Çeçen savaşında tam məğlubiyyət qaçılmaz oldu. Çünki artıq Çeçenistanın müstəqilliyi ikinci, üçüncü dərəcəli məsələyə çevrilmişdi. Savaşa qalxanların hamısı vəhabiliyi qəbul edərək, mübarizələrinin İslam xilafəti yaratmağa xidmət etdiyini bəyan etdilər. Və elə bununla da öz məğlubiyyətlərinin təməlini qoydular. İslam fundementalizmi adı altında başlanan mübarizə yerindəcə boğuldu. Maraqlıdır ki, adıçəkilən təriqət üzvləri Səudiyyə Ərəbistanının Qərb dünyası ilə münasibətlərinə normal yanaşsalar da, kənar ölkələrin Qərb, konkret olaraq isə ABŞ-la münasibətlərini az qala şeytanla əlaqə saxlamaq səviyyəsində dəyərləndirir və yeri gələndə buna qaaşı terror aktları da həyata keçirirlər. Düzdür, bu gün Azərbaycandakı vəhabilər o qədər də geniş imkanlara malik deyillər. Amma bir gerçəklik var ki, bu təriqətin istənilən üzvü üçün Əaəbistanın mövcudluğu Azərbaycanın mövcudluğundan daha önəmlidir. Bir sözlə, Azərbaycan vəhabiləri hələ ki, prosesin birinci mərhələsindədirlər.

“Güc həm düşüncədə, həm də qolda olmalıdır”

“Güc həm düşüncədə həm də qolda olmalıdır”. Bu vəhabilərin proqramında ikinci mərhələnin prinsipidir. Məhz bu mərhələdə düşüncəcə zəif insanlar qol gücünə, iradəcə möhkəm insanlar isə düşüncə gücünə məxsus qanada aid edilir. Vahabilər indi bu mərhələnin astanasındadırlar.

Başqa bir məqama diqqət edin, zamanında Əbu-Bəkr məscidində oxunan xütbələrin hər birində insanlar saflığa, sülhpərvərliyə çağrılır, amma Çeçenistanda cihad edənlərin içərisində azərbaycanlı vəhabilərə də rast gəlmək olur. Yaxşı, hər gün sülh çağrışlaaını eşidib, bunu Allahın buyruğu kimi qəbul edən insanlar sırasından qan tökməyə həvəs göstərənlər necə meydana çıxır? Bu sualın cavabı, qol gücünə önəm verənlərin də səfərbər edilməsi prinsipindədir. Belələri üçün vətən uğrunda savaş aparmaq önəmli deyil. Əminliklə deyə bilərik ki, xavariclər adlanan bu dəstələr artıq Azərbaycanda foamalaşmaqdadırlar.

Dövlətin içinə doğru

Vəhabilərin qarşılarına qoyduğu məqsədlərdən biri də dövlətin içinə doğru getməkdir. Yəni, tərafdarları arasında dövlət postlarında çalışanların olmasına xüsusi önəm verirlər. Buna görə də, xüsusi qruplar mövcuddur ki, məscidə gələn yüksək posta malik insanlarla ayrılıqda iş aparılır və onların sıralarına qatılmaları üçün əllərindən gələni edirlər.

Bir ailə və bir hədəf

“Bir ailə və bir hədəf”. Bu da vəhabilərin əsas çağrışlarındandır. Ona görə də onlar bir-birinə müraciətdə “qardaş” sözündən daha çox istifadə edirlər. Deməli, imkanlı bir vəhabi imkansız bir neçə təriqət yoldaşını ətrafına alır və qurduğu bizneslə həm öz imkanlarını artırır, həm də işsiz qalmış bir neçə nəfərə iş verir. Beləliklə həm ciddi və zəncirvari biznes şəbəkəsi yaranır, həm də bu insanların asılılıq dərəcəsi kifayət qədər artır. Müşahidələr də göstərir ki, son 3 ildə vəhabilərə məxsus ticarət obyektlərinin, fermer təsərrüfatlarının sayı xeyli dərəcədə artıb.

Düzdür, onu da qeyd edə bilərik ki, vəhabilərin fəaliyyəti müvafiq strukturlar tərəfindən nəzarət altında saxlanılır. Amma vəhabilərin şəbəkələşmiş şəkildə fəailiyyət göstərməyə müvəffəq ola bilməsi də ortada olan gerçəkliklərdəndir.

Onlardan kimsə faydalana bilməz

Yuxarıda bir real hadisəni, yəni bir azərbaycanlının vəhabilik yoluna necə düşməsini diqqətinizə çatdırdıq, ardından da sizlərə vəhabilərin düşüncə tərzini açmağa çalışdıq. Bəli, onlar bu gün Azərbaycanda möhkəmlənmə yolunu tutublar və onların Azərbaycanla bağlı planları böyükdür. Şərti adı Əhməd Xəlilovun söylədiyi kimi, onlar Azərbaycanda əmirlik sistemini qurmağa çalışırlar. Azərbaycanın dünyəvi dövlət mahiyyətini darmadağın edərək Azərbaycanda Əfqanıstan mahiyyətli bir rejim qurmaq niyyətindədirlər. Əfqanıstan və digər vəhabi hökmranlığı olan ölkələrin aqibətinin isə necə olduğunu hər kəs gözəl bilir. Əslində onlar xristian Qərbin ortaya atdığı və müsəlman Şərqini iflic etmək üçün nəzərdə tutulan bir ideologiyanın daşıyıcılarıdır. Hər halda, В«sünninin malı, şiənin canı halalımdırВ» deyən bir təriqət daşıyıcısından İslam aləminin hansısa mənada faydalana bilıəcəyi istisnadır. Eləcə də İslam Dünyasının bir parçası olan Azərbaycanın…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru