Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                 

ƏLİ HƏSƏNOV OLİQARXLARIN TƏŞKİLATINA QARŞI
Tarix: 16-11-2012, 10:29 | Çap et
ƏLİ HƏSƏNOV OLİQARXLARIN TƏŞKİLATINA QARŞI
PA RƏSMİSİNİN QƏZETİNDƏ DAHA BİR İLGİNC MƏQALƏ

DİA.AZ: - Hakimiyyət mətbuatının Rusiyada yaşayan bir qrup Azərbaycan əsilli iş adamının yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqına qarşı kampniyası davam edir. Bildirək ki, artıq bu hücumlar ənənə halını alıb və hətta RATİ-də president İlham Əliyevin qudası, tanınmış iş adamı Araz Ağalarovun da fəal iştirakı belə hücumların durdurulmasına nədən ola bilmir. Bu isə iqtidardaxili durumun və həmçinin RATİ projesində birbaşa maraqlı tərəf kimi çıxış edən Rusiya ilə münasibətlərin gərginlik həddinin həddən-ziyadə olması ilə əlaqələndirilə bilər.

DİA.AZ bildirir ki, rəsmi Bakıya basqı kimi dəyərləndirilən RATİ-dəki sahibkarkları və hətta bu gün övladı Azərbaycan Milli Məclisinin mandatını cibində gəzdirən Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovu bu dəfə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun kurasiyasında olan “Kaspi” qəzeti sərt formada tənqid edib. Hətta “Oliqarxiya milli elitadırmı?” başlıqlı yazını oliqarxların ünvanına səslənən ittiham kimi də dəyərləndirmək olar.

Həmin yazını olduğu kimi diqqətinizə təqdim edirik:

“Yalnız öz cibini düşünərək Azərbaycanın maraqları naminə bir sent də xərcləməyən milyarderlər millətin elitası sayıla bilməz

Bütün dövrələrdə Azərbaycanın yaxşı pul qazanan oğulları olub. Başqa sözlə desək, bizimkilər harada olmalarından asılı olmayaraq, “daşdan pul çıxarmağı” bacarıblar. Amma iş təkcə pulu qazanmaqda deyil, qazanılan pulu xərcləməyi də bacarmaq lazımdır. Əbəs yerə demirlər ki, pulu məqsədyönlü xərcləmək qazanmaqdan daha çətindir. Bu baxımdan hər bir kəs qazandığı pulun məsuliyyətini də anlamalıdır. Yəni qazanılan böyük pullar təkcə qazananların cari xərclərinin ödənilməsinə deyil, həm də onların təmsil etdiklərin millətə, insanlığa xidmət etməlidir.

Tarixə adını yazan kişilər

Amma orası da var ki, hər milyonçu da qazandıqlarını millətə xərcləyə bilmir. Buna nə qədər böyük ehtiyac olduğunu müəyyənləşdirmək, əliaçıqlıq nümayiş etdirmək hər kişinin işi deyil axı. Üstəlik, pulların hansı yollarla qazanılması da bu mənada xüsusi rola malikdir. Bir el məsəlində deyildiyi kimi, oğrudan pul ummaq da çətin məsələdir. Hələlik bu məqamı bir kənara qoyub, qazanılan milyonlardan xalq üçün istifadə məsələsinə qayıdaq. Bunun bariz nümunəsi kimi biz XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış adlı-sanlı azərbaycanlı neft milyonçularını göstərə bilərik.

Məlum olduğu kimi, həmin illərdə neft sənayesinin inkişafı ilə Bakıda xeyli sayda azərbaycanlı milyonçu peyda olmuşdu. Üstündən bir əsrə yaxın vaxt keçsə də, gördükləri işlər 70 il ərzində sovet rejimi tərəfindən gizlədilsə də, bu gün Azərbaycan xalqı onları yaxşı tanıyır.

Halbuki Azərbaycanda neft sənayesinin inkişafa başladığı dövrdə neft verən torpaqları satın almış sahibkar arasında Azərbaycan milli kapitalı çox cüzi yer tuturdu. Belə ki, neft yataqları olan yerlərin 13-dən 2-si, 163 neft quyusundan isə cəmi 21-i azərbaycanlı sahibkarlara məxsus idi. Yalnız XX əsrin əvvəllərindən başlayaraq milli burjuaziya nümayəndələrinin mövqeyi bir qədər qüvvətlənməyə başlayır. Onların içərisində Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov və başqaları fərqlənirdilər. Azərbaycanlı neft sənayeçiləri arasında Aşurbəyov qardaşları, Məmmədov, Malikov, Həsən Mustafayev, Mirtağı Mirbabayev, İsabəy Hacınski kimi nisbətən varlı neft sənayeçiləri də var idi. 1914-cü ilə aid məlumata görə, artıq Bakıda 58 azərbaycanlı kapitalistə məxsus olan 83 firma var idi.

В«El atasıВ»

Bu cür məhdud imkanlara baxmayaraq, keçən əsrin əvvəlində yaşamış neft milyonçuları tarixə öz adlarını yaza biliblər. Onların içində В«El atasıВ» kimi tanınan Hacı Zeynalabdin Tağıyevin adını xüsusilə vurğulamaq yerinə düşərdi. Hacı Zeynalabdin Bakı milyonçuları arasında ən varlısı olmasa da, tarixdə onların hamısından çox iz qoyub. Görəsən niyə? Gəlin bir az bunun səbəbləri haqqında düşünək. Tarixə ekskurs edərək bu qənaətə gəlmək olur ki, buna səbəb H.Z.Tağıyevin millət, xalq üçün etdikləridir. O, çox da uzun tarixi əhatə etməyən milyonçuluğu dövründə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan addımlar atmağı bacarıb. Bakıda ilk dəfə Qızlar Seminariyası açıb, Azərbaycanın ziyalılarını, düşüncə sahiblərini qanadı altına alıb, qəzetlərə sponsor dəstəyi verib. Aralarında Nəriman Nərimanovun da olduğu azərbaycanlı gəncləri xarici ölkələrdə ali təhsil almaq üçün seçib göndərib. Bununla da kifayətlənməyib Səttarxan Hərəkatını maliyyələşdirib.

Belə də xəsis olar?

Milyonçular arasında xəsis kimi tanınan Ağa Musa Nağıyev Bakıda 98 bina tikdirib. Onun milyonlarından xalqa nələrin qaldığını əyani şəkildə görmək bugünkü Bakının 28 May küçəsini gəzmək kifayətdir. Onun tikdirdiyi “İsmailiyyə” binası Şərq memarlığının incisi kimi qəbul olunur və bu gün də millətin ixtiyarındadır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu binada yerləşir. H.Z.Tağıyev və Musa Nağıyevin birgə işi olan Bakıya Şollar suyunu gətirən kəmər isə yüz ildən artıqdır ki, insanlara xidmət etməkdədir.

Azərbaycanda xeyriyyəçiliyin əsasları da məhz XIX əsrin sonları, XX əsrin əvvəllərində – milyonçuların dövrünə təsadüf edir. Azərbaycanda kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durmaq, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək üçün xeyriyyə fondunun yaradılması buna misal ola bilər. Xalqımızın ictimai fikir tarixində xüsusi yeri olan böyük maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlı olan bu fond kasıb təbəqənin təhsil problemlərinin həllində xüsusi rol oynayırdı. Fondun maliyyəsi də məhz milyonçulardan gəlirdi.

O vaxtkı Bakı milyonçularından Murtuza Muxtarovun tikdirdiyi indiki Səadət Sarayı da memarlıq baxımından bugünkü Bakının incilərindən hesab olunur. Bu da təsadüfü deyil. O vaxt M.Muxtarov həmin binanın tikintisi üçün polyak mənşəli memar İosif Ploskonu Bakıya dəvət etmişdi.

Bu misalları da bir qədər də uzatmaq da olar. Çünki o vaxtkı Bakı milyonerlərinin bu cür tarixdə qalan əməlləri saymaqla qurtaran deyil. Hətta əyləncəyə meyilli milyonçu Murtuza Muxtarovun nəinki Bakıda, hətta Vladiqafqazda tikdirdiyi məscidlərdən bu gün də istifadə edirlər.

Dövrümüzün varlıları… oliqarxları…

Bu, keçən əsrin əvvəllərində yaşayan milyonçuların qoyub getdiyi irsdir. Bəs müasir dövrümüzün milyarderləri necə onların yolunu davam etdirə bilirlərmi? Sirr deyil ki, SSRİ-nin dağılmasından sonra Rusiyada da xeyli sayda azərbaycanlı iş adamı parlamağa başladı. Azərbaycan ictimaiyyəti onların adını bu əsrin əvvəllərindən sıx-sıx eşitməyə başladı. Nümunə kimi, В«ForbesВ»in səhifələrini bəzəyən azərbaycanlı milyarderləri göstərə bilərik.

Rusiyanın dünyaca tanınmış Lukoyl neft şirkətinin rəhbəri olan Vahid Ələkbərovun varidatının məbləği 10 milyard dolları keçib.

Moskvanın keçmiş meri Yuri Lujkovun yaxın dostu kimi tanınan Telman İsmayılovun AST Şirkətlər qrupu da geniş imkanlara malikdir. В«ForbesВ» 2007-ci ildə onun varidatını 620 milyon manat həcmində dəyərləndirib. Bundan sonrakı illərdə varidatını sürətlə çoxaldan T.İsmaylov Rusiyadakı azərbaycanlı milyarderlər sırasına daxil olub. Onun hazırda Ukrayna və Türkiyədə də biznesi var.

Rusiyanın В«NordqazВ» şirkətinin rəhbəri olan Fərhad Əhmədov da qonşu ölkədə məşhurlaşan azərbaycanlı milyarderlərdəndir. Onun da Rusiyada böyük biznes şəbəkəsinin olduğu bildirilir. Əmlakının həcmi milyardlarla dollardır.

Rusiyadakı daha bir tanınmış azərbaycanlı milyarder İsgəndər Xəlilovdur. Bu şəxs uzun müddətdir şimal qonşumuzun müxtəlif şəhərlərində yaxşı biznes qurub. Onun Avropa ölkələrində, elə Azərbaycanın özündə də yaxşı biznesi var. Var-dövlətinin məbləği bir neçə milyard dollarla ölçülür.

Son vaxtlar dəbdə olan milyarderlərdən Söyün Sadıqov da 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışarkən varlanmağa başlayıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

Bu milyarderlərdən xalqa nə?

Təbii ki, ölkə xaricində özünə iş qurub milyarderə çevrilən şəxslərin olması qürurvericidir. Soydaşlarımızın adının Rusiyanın digər millətlərdən olan iş adamları ilə bir sırada olması azərbaycanlıların iş görmək, pul qazanmaq istedadlarının həqiqətən yüksək səviyyədə olduğunu təsdiqləyir. Bunlar məsələnin bir tərəfidir, digər tərəfi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın, sadə azərbaycanlıların bu milyarderlərdən sadə dillə desək nə əldə etmələridir. Təəssüf ki, onların fəaliyyətini izlədikdə, demək olar ki, heç birinin millətin gələcəyinə hesablanmış, maarifçilik xarakterli addımlarını görmək mümkün olmur. Onlar sanki qazandıqları milyardları daha da artırmaq və övladlarına daha böyük miras qoymaq uğrunda yarışa gəriblər. Milli maraqlar, maarifçilik, imkansızlara sistemli şəkildə əl tutmaq, azərbaycanlı gənclərin dünyanın tanınmış universitetlərində təhsilinə yardım göstərmək kimi işlərdə onların hər hansı bir addımını müşahidə etmirik. Bəlkə qohum-əqrəbalarının bu kimi problemlərini həll edirlər, amma bunun ümumxalq səviyyəsində edilməsi hallarına rast gəlinmir. Müasir milyarderlərimiz soydaşlarımızın üzləşdikləri kompleks problemlərin həllinə də lazımi dəstək verə bilmirlər. Məsələn, bu gün Rusiyada ermənilərlə dostluq görüşləri keçirən milyarder Söyün Sadıqov doğulub boya-başa çatdığı Gürcüstanda sistemli təzyiqlərə məruz qalan azərbaycanlıların harayına yetişmir, heç olmasa baş verənlərdən narahat olduğunu büruzə verən açıqlamalar vermir. Sanki bu problemin ona heç bir aidiyyatı yoxdur. Bütün bunlar yaşamaqda olan müasir oliqarxlarımızın milli təəssübkeşlik hisslərinin yumşaq desək, aşağı səviyyədə olduğunu göstərir.

Pulun mənbəyini de!

Təbii ki, bu, səbəbsiz deyil. Bunu ilk növbədə qazanılmış pulun mənbəyində axtarmaq lazımdır.
Halbuki müasir dünyamızda milyarderlər qazandıqları pulları ictimai işlərə, milli problemlərin həllinə yönəltmək ənənələri var. Gözümüzün qabağında erməni milyonçular Ermənistanın neçə illərdir ayaqda durmasını təmin edirlər. Səfalət içində yaşayan Ermənistanda dünyanın müxtəlif ölkələrindəki erməni milyarderlərin hesabına yollar çəkilir, infrastruktur formalaşdırılır.

Bütün dünyada məşhur olan Soros Fondunun yaradıcı olan Corc Soros da hamıya yaxşı məlum olan əla təcrübəsi var. Fond bazarlarındakı aktivliyi, birja tənzimləmələri sahəsindəki bacarığı hesabına böyük gəlirlər əldə edən bu şəxs qazancının böyük bir hissəsini Soros Fondu vasitəsilə demokratik dəyərlərin – Avropa-Qərb ideologiyasının yayılmasına xərcləyir.

Bu yerdə belə bir sual meydana çıxır: Məgər bizim milyarderlərin pulları onun pulundan azdır? Əlbəttə ki, yox. Prosesləri izlədikdə görürük ki, bizimkilər öz var-dövlətlərindən heç bir sent də Azərbaycanın maraqları yolunda xərcləməyiblər. Aradan ötən illər ərzində onlar yalnız öz ciblərini düşünüb, qazandıqları birin iki olması üçün çalışıblar. Bunu onların yaxın dostları da etiraf edirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, yalnız öz cibini düşünən, mili problemlərdən xəbərsiz olan şəbəkə heç vaxt milli elita hesab oluna bilməz”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru