""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                 

Niyazi Bayramov rəsmən ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 21-10-2025, 05:43 | Çap et

Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının (249 mənzilli yaşayış binasının) tikintisi üzrə “Reyhan Müəssisəsi” MMC ilə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.
Bəs Gəncə şəhər İcra Hakimiyyətinin 249 mənzilli yaşayış binasının tikintisini həvale etdiyi bu şirkət haqqında nə kimi məlumatlar var.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Reyhan Müəssisəsi” (VÖEN: 5600031641) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.03.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı YARDIMLI RAYONU, OSNAĞARAN,
qanuni təmsilçisinin isə Əliyev Coşqun Valeh oğlu olduğu göstərilir.
Vergi Xidmətinin məlumatlarında “Reyhan Müəssisəsi” MMC həm riskli, həm də passiv vergi ödəyicisi olduğu göstərilir. MMC-nin hazırki günə 161 966.41 manat vergi borcu var.
İndi gəlin görək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bu şirkətin satınalmalarda iştirakına yol verirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Reyhan Müəssisəsi” MMC-nin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2319020913029800 nömrəli, 05.05.2023-cü il tarixli Qərar qəbul edib. Göründüyü kimi hazırki günə də MMC-nin dövlətə 161 966.41 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 30.09.2019-cu ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “Reyhan Müəssisəsi” MMC həm riskli vergi ödəyicisidir, həm külli miqdarda verği borcu var, həm də VÖEN-i passivdir.
Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Belə olan halda Gəncə şəhər İcra Hakimiyyəti iki ildən çoxdur riskli vergi ödəyicisi hesab edilən, bir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış, passiv vergi ödəyicisi olan “Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb?
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir.
Göründüyü kimi Qanunda hər şey açıq aşkar göstərilir. Amma buna baxmayaraq Gəncə şəhər İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti dayandırılmış şəxslə, azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi məlum olmayan bir şirkətlə birmənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlayıb.
Bunlarla bərəbər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı ilə təsdiq edilmiş, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları da qüvvədədir.
Amma göründüyü kimi, Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Reyhan Müəssisəsi” MMC bu meyarların heç birinə cavab vermir. Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Belə olan halda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Gəncə şəhər İcra Hakimiyyətinə “Reyhan Müəssisəsi” MMC kimi riskli bir vergi ödəyicisi ilə satınalma müqaviləsi bağlamağa hansı əsalarla yol verib?
Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildənNiyazı Bayramovdur. Son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla manata yaxın dövlət vəsaiti xərclənib. Satınalmalar yolu ilə ayrılan bu vəsaitlərin hamısı Niyazi Bayramova yaxınlığı ilə tanınan şirkətlər vasitəsi ilə həyata keçirib. Qanunsuz, qaydasız. Sanki, Niyazi Bayramov üçün “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunu yoxdu. Sanki, sözügedən Qanunun Niyazi Bayramovun başçısı olduğu Gəncə şəhərinə heç aidiyyatı yoxdu. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bir nəzarət orqanı olaraq Niyazi Bayramovun bu özbaşınalıqları ilə artıq barışmış kimi görsənir.
Aktualinfo.net








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru