Aktrisa Gülay Hüseynova: "İstedadı intim səhnələr…"
Tarix: 24-03-2015, 10:16 | Çap et
 DİA.AZ aktrisa Gülay Hüseynovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Gülay xanım, peşə olaraq niyə məhz aktrisalığı seçdiniz?
- Çünki uşaqlıqdan kameraları sevirdim (gülür). Həmişə güzgüdə özümə baxanda televizorda baxıram kimi hiss edirdim. Bir anlıq güzgünün qarşısından keçəndə özümü hansısa bir filmin qəhramanı kimi görüb xəyal edirdim.
- O xəyallar sizi hansı səmtə apardı?
- Elə arzuladığım sahəyə... Yolun başlanğıcında olsam da, insanın sevdiyi işlə məşğul olması çox gözəl hisdir. İndi ölkəmizdə çoxları öz sevdiyi sahə üzrə çalışmır. Mən bu baxımdan şanslıyam (gülür)
- İşinizdən nə dərəcədə zövq ala bilirsiniz?
- Gördüyüm hər bir işdən zövq alıram. Onsuz da, sevmədiyim işləri görə bilmirəm. Enerjimə qənaət etmək və düzgün xərcləmək önəmli prinsiplərimdən biridir.
- Gulay xanım, indiyə qədər dörd serialda rol almısınız, elədir?
- Bəli, “Ləkə” (Gülay), “Həyat çiçəyi” (Fəxriyyə), “Tufanlı Səma” (Dilşad) və “ Bizim Əhməd hanı?” (Gülər) serialında rol almışam.
- Heç bir teatrda çalışmırsınız?
- Xeyr, çünki ixtisasca aktirsa deyiləm heç (gülür). Filoloqam. Bakı Slavyan Universitetinin məzunuyam.
- Maraqlıdır... Bəs hansı rollar sizə uyğun deyil?
- Sakit ev qızı rolları. Amma nədənsə belə rollara daha çox təklif alıram. Ev qızı, sakit gəlin filan (gülür). Ümumiyyətlə, zövq almadığım rollardan imtina edirəm.
- Təbiətcə sakit deyilsiniz ki?
- Qətiyyən. Sakit bir insan deyiləm. Nə əhvalım, nə də özüm bir yerdə qərar tuta bilmirik.
- Deməli, pozitiv insansınız...
- Bəli, ölkənin ən dinlənilən, əyləncəli səhər efirinin aparıcısıyamsa, deməli, bir az pozitivəm (gülür).
- Subaysınız?
- Bəli...
- Neçə yaşınızda ail qurmağı planlaşdırırsınız?
- Ailə qurmaq üçün konkret bir yaş nəzərdə tutmamışam. Həyatımın insanını nə vaxt tapsam, onda da ailə quracağam.
- Siz də “ağ atlı oğlan”ı gözləyənlərdənsiniz?
- Gözləmirəm, çünki gözləyəndə gəlmir (gülür).
- Özünüzü başqa sahədə sınamaq istərdiniz?
- Radioda sınamaq istədim və alındı. Yazarlıq da məndə pis alınmır deyə düşündüm və kitablar yazmağa başladım. Yeri gəlmişkən, ilk kitabım tezliklə satışda olacaq. Gələcəkdə musiqi və rəssamlıq sahəsində də özümü sınamağı düşünürəm. Adını çəkdiyim bu sahələrə də bağlılığımı hiss edirəm.
- Xeyirli olsun... Gənc bir aktrisa kimi nə deyə bilərsiniz, indiki gənc aktrisaların çoxunun açıq-saçıq səhnələrdən imtina etməsi nə dərəcədə doğrudur?
- Çox normal baxıram. Dünyanın ən məşhur və ən istedadlı aktrisalarının da özlərinə görə şərtləri və kaprizləri var. Özünə və işinə hörmət edən insan “qayda”larını da yarada bilməlidir.
- Siz özünüz belə səhnələrə çəkilərsiniz?
- Yaxın gələcəkdə düşünmürəm.
- Bəs uzaq gələcəkdə necə?..
- Uzaq gəlcəyin planlarını yaxın gələcək göstərəcək (gülür). İstedadı intim səhnələr göstərmir, aktyorun oyun tərzi göstərir.
- Bir aktyoru səhnədən nə uzaqlaşdıra bilər?
- Keyfiyyətsiz və ucuz layihələr insanı sevdiyi işdən iyrəndirə bilər.
- Sizin sənətdən iyrəndiyiniz hallar olub?
- Əlbəttə, olub...
- Nədən iyrənmişdiniz ki?
- Bir-bir sadalamaq istəməzdim, amma hər komandada çatışmayan nəsə olur mütləq.
- Amma buna baxmayaraq, sənətdən ayrıla bilməmisiniz, düzdür?
- Tələb və şərtlərimi qoymuşam. Hətta bir müddət serial çəkilişlərinə də ara vemişəm buna görə.
- Sizi bu sənətə bağlayan nədir?
- Bu ölkədə rəqib tanımayan mimikalarımı tarixin kino lentlərinə həkk etdirmək (gülür).

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
Bu gün, 10:30 |
|
|
|
| • Ermənistan istəməsə, Rusiyanın Gümrüdə hərbi bazası olmayacaq - Putin
Bu gün, 10:24 |
|
|
|
| • Gümrüdəki hərbi baza: müttəfiq, yadigar, yoxsa sövdələşmə əşyası? - Görünəni odur ki...
Bu gün, 10:21 |
|
|
|
| • “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni üzv seçilib - BUNDAN SONRA...
Bu gün, 10:15 |
|
|
|
| • “Bütün rüşvət işlərini o idarə edib!” - Kürəkənlə üzləşən zərərçəkən DANIŞDI
Bu gün, 10:06 |
|
|
|
| • Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı
Bu gün, 10:02 |
|
|
|
| • İradənin dərin kürək dekoltesi - Foto
Bu gün, 09:58 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:54 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Bu gün, 09:11 |
|
|
|
| • Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Bu gün, 08:32 |
|
|
|
| • Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
| • Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10 |
|
|
|
| • "NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04 |
|
|
|
| • Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59 |
|
|
|
| • İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48 |
|
|
|
| • Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36 |
|
|
|
| • "Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27 |
|
|
|
| • Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10 |
|
|
|
| • Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04 |
|
|
|
| • SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58 |
|
|
|
| • 9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
| • İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42 |
|
|
|
| • Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
| • Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33 |
|
|
|
| • Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54 |
|
|
|
| • Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52 |
|
|
|
| • Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37 |
|
|
|
| • Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25 |
|
|
|
| • İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13 |
|
|
|
| • “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05 |
|
|
|
| • Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57 |
|
|
|
| • Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52 |
|
|
|
| • Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50 |
|
|
|
| • SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44 |
|
|
|
| • Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41 |
|
|
|
| • Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33 |
|
|
|
| • "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24 |
|
|
|
| • Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08 |
|
|
|
| • Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04 |
|
|
|
| • Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00 |
|
|
|
| • Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58 |
|
|
|
| • Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57 |
|
|
|
| • Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54 |
|
|
|
| • Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52 |
|
|
|
| • Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50 |
|
|
|
|