Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı .....                     Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... .....                     Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır .....                     Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? .....                     "NEHRƏM" MTK-nın dövlətə borclandı .....                     ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib .....                     Putindən Qarabağla bağlı yeni açıqlamalar.... .....                     Sentyabrda bu ərzaqlar bahalaşa bilər .....                     İran-ABŞ gərginliyində YENİ ŞTRİX... .....                     Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI .....                     "Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." .....                     Buranın adından da DƏLƏDUZLUQ fışqırır .....                     Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir .....                     SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR .....                     9-cu aydır ki, maaşlarını ala bilmirlər... .....                     İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... .....                     Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... .....                     Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... .....                     Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                 

“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
Tarix: 2-03-2015, 09:05 | Çap et
“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
Türkiyədə və eləcə də Azərbaycanda tanınmış opera ifaçısı Oya Ergün martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan qadınları üçün təmənnasız olaraq konsert proqramı verəcək. Təsadüfi deyil ki, o, öz konsertini məhz Mahnı Teatrında həyata keçirmək istəyir. Çünki Oya Ergün bir Rəşid Behbudov heyranıdır.

Yaradıcılığında daha çox Azərbaycan mahnılarına yer ayıran Oya Ergünün dəvəti ilə Bakıda yaşadığı mənzildə qonaq olduq. Bəlli oldu ki, Oya xanım səhnədə olduğu kimi, evində də sadə, gülərüz və mehribandır. Bir sözlə, opera ifaçısının qonaqpərvərliyindən çox razı qaldıq. Onunla olan maraqlı söhbətimizi təqdim edirik:

- Oya xanım, martın 5-də qadınlar üçün konsert verəcəyinizi eşitdik. Necə oldu ki, belə bir qərara gəldiniz?

- 3 ildir ki, Azərbaycanda yaşayıram. Hər il də 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində mütləq qadınlarımız üçün konsert proqrammı ilə çıxış edirəm. Budəfəki konsertimiz isə Rəşid Behbudovun 100 illik yubileyinə təsadüf etdi və bunun üçün özümü çox xoşbəxt hiss edirəm. Onun 100 illik yubileyi ilə bağlı bu il həm Avropada, həm də Türkiyədə konsert proqramları təşkil edəcəm. Bunun ilki isə martın 5-də Azərbaycanda - Mahnı Teatrında həyata keçəcək.

- Konsert hazırlıqları necə gedir?

- Hazırda repertuara daxil etdiyimiz mahnılar üzərində çalışırıq. Konsertdə məni Azərbaycan orkestri müşayiət edəcək. Peşəkar musiqiçilərin yer aldığı həmin konsertdə onların hər birinin solo ifasını da dinləyə biləcəyik. Konsertdə daha çox Azərbaycan musiqilərinə üstünlük veriləcək. Əlbəttə ki, orada türk və Avropa mahnıları da yer alacaq. Çox maraqlı bir konsert proqramı düşünmüşük. Əlimizdən gələni etməyə çalışacağıq. Orada Azərbaycan və Türkiyə sənətçiləri də iştirak edəcək. Qeyd edim ki, saatyarım səhnədə tamaşaçılarla birlikdə olacağam.

- Azərbaycanın istedadlı və tanınmış bəstəkarları çoxdur. Nə üçün məhz Rəşid Behbudovun yaradıcılığına bu qədər maraq göstərdiniz?

- Rəşid Behbudov yaradıcılığında mənə ən çox təsir edən onun səsinin gücüdür. O, çox möhtəşəm səsə malik olub, dünyada az tapılan tenor səsin ən mükəmməlini Rəşid Behbudovda gördüm. Onun səsində Şərq melodiyaları çox mədəni bir şəkildə əks olunur. Rəşid Behbudov yaradıcılığına nəzər saldıqda, görürük ki, təlim görmüş bir səslə gözəl musiqi vəhdət təşkil edir. O, xalq mahnısını opera kimi yüksəklərə qaldırıb və onu qorumağı bacaran sənətkardır. Mən onun pərəstişkarıyam.

- Azərbaycan musiqisinə, opera sənətinə sevgi sizdə necə yarandı?

- Bu, mənim uşaqlığımdan qaynaqlanır. Rəşid Behbudovun səsini eşidəndə 10 yaşım vardı. İlk dəfə radioda onun səsi ilə bir neçə Azərbaycan mahnısını dinləmişəm. O vaxtdan mən R.Behbudovun səsinə, onun musiqilərinə heyran olmuşdum. Radioda eşitdiyim mahnıların adlarını dəftərçəmə qeyd edirdim. Uşaqlıqdan bəri radio dinləyirəm. Ta o vaxtdan radioda eşitdiyim ən gözəl mahnıları qeyd edərdim. Musiqi sənəti ilə məşğul olmağa başladıqdan sonra məndə onun yaradıcılığına maraq daha da artdı. Türkiyədə də Rəşid Behbudovun adını çox eşitmişdim. Ancaq Avropada onun adını eşitməz oldum. Və bu, mənə çox qəribə gəlirdi. Orada deyirdim ki, necə ola bilər ki, siz Rəşid Behbudovu tanımırsınız? Özümü xoşbəxt hiss edirəm ki, uzun müddətdən sonra Avropada Rəşid Behbudovun mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcəyəm.

Əminəm ki, bu konsert onları təəccübləndirəcək. Biz Azərbaycanla qardaş ölkəyik. Müxtəlif dillərdə mahnılar ifa etmişəm. Hesab edirəm ki, musiqi bölünməzdir. Musiqinin vətəni yoxdur. Musiqiçi öz torpağından çox bəhrələnir. Mən Rəşid Behbudovun səsində özgəlik hiss etmirəm. Hesab edirəm ki, bu, mənim öz doğma musiqimdir. Onun mahnıları mənə çox yaxındır.

- Türkiyədə Özgəcanla bağlı bir sosial dayanışma var. Siz Türkiyədə qadın zorakılığına qarşı bir sıra layihələrin müəllifisiniz. Belə bir vəziyyətdə Türkiyəyə gedib qadınlara dəstək olmağı düşünürsünüzmü?

- Türkiyədə yaşadığım illərdə mütəmadi olaraq qadınlarla bağlı layihələrdə iştirak edirdim. Söhbət böyük layihələrdən gedir. Niderlandda yaşayarkən qadınlara qarşı zorakılıqla bağlı bir sıra layihələr həyata keçirdim. Azərbaycanda isə qadınlarla bağlı konsert verməkdən başqa heç nə edə bilmədim. Ancaq hazırda beynimdə qadınlarla bağlı bir sıra layihələr var ki, onları da Azərbaycanda həyata keçirəcəm. Nə qədər ki Azərbaycandayam, bu layihələrlə məşğul olacam. Televiziya vasitəsilə Türkiyədə baş verən hadisələri izləyirəm. Hesab edirəm ki, qadınlara qarşı olan zorakılıqlar cəmiyyətin problemidir. Cəmiyyətin ən kiçik zərrəsi isə ailədir. Hər şey ailədən başlayır. Cəmiyyəti dəyişmək üçün hər şey anadan və atadan asılıdır. Çünki övladı ana ilə ata tərbiyələndirir. Əgər savadlı bir cəmiyyət yetişdirmək istəyrsinizsə, o zaman qadınları savadlandırın. Hər şeyin açarı qadınlardadır. Oğlan övladlarını da biz yetişdiririk. Qadının da sözünün keçdiyi bir cəmiyyət formalaşdırmağa çalışmalıyıq. Avropada buna çox üstünlük verirlər.

- Oya Ergün də bir anadır. O necə bir anadır?

- Mən səbirli və övladı ilə çox maraqlanan bir anayam. İşlərim var deyə, övladımı nəzarətsiz buraxmıram. Bu mövzuda özümü çox şanslı hesab edirəm. Çünki saat 9-dan 6-ya kimi işləmək məcburiyyətində ola bilərdim, ancaq elə deyiləm. Bütün günümü övladıma görə tənzimləyirəm. Gündəlik işlərimi övladımın məktəb vaxtına görə təyin edirəm. Övladıma “sənin üçün darıxıram, hardasan” dedirtməyəcək bir uşaqlıq yaşatmağa çalışıram. Onun hər şeyi ilə yaxından maraqlanıram. O, Azərbaycanı çox sevir. İndi 5 yaşındadır. 3 ildir ki, Azərbaycandadır və özünü azərbaycanlı hesab edir. Azərbaycanlı kimi danışır və burada yaşamaq istədiyini bildirir. Gələcəkdə isə musiqi ifa edən həkim olmaq istəyir (gülürük).

- Bəs siz özünüz necə övlad olmusunuz?

- Mən musiqi düşkünü idim. Xəyal dünyam çox geniş idi. Şeir yazan, mahnılar ifa edən, tez-tez xəyallara dalan uşaq idim. Musiqi ilə bərabər həm də rəqslə məşğul idim.

- Burada hər hansı bir tələbə yetişdirməyi düşünmüsünüzmü?

- Türkiyənin İstanbul şəhərində konservatoriyada müəllim kimi çalışırdım. Bir sıra məktəblərdə də uşaqlara dərs keçirdim. Gənclərlə gün keçirmək və onlara bildiklərimi öyrətmək mənim üçün xoşdur. Mahnı oxumaqla bərabər, öyrətməyi də sevirəm. Əgər burada da mənə belə təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.

- Opera sənəti ilə pul qazanmaq mümkündürmü?

- Şərq ölkələrində bu, bir az çətindir. Amma Avropada görməmişəm ki, hər hansı opera sənətçisi ac qalsın. Əgər gözəl ifaçıdırsa, pul qazana bilməməsi mümkün deyil. Çünki orada həm dövlət qurumları, həm də özəl opera konsert salonları çoxdur. İnsanlar musiqi ilə yaşayırlar. Təəssüf ki, Şərq ölkələrində belə deyil. İnşallah, ümid edirəm ki, bu ölkələrdə də opera sənəti o cür inkişaf edər. Mən heç zaman konsertlərimin maddi tərəfini düşünmürəm. Əgər mən də pul üçün oxusaydım, toylara gedib oradan qazanc əldə edərdim. Avropadakı konsertlərimdən pul alsam da, Azərbaycandakı konsertlərimdən pul götürmürəm.

- Səbəb?

- Çünki burada pul alaraq konsert vermək çox çətindir. İnşallah, gələcəkdə böyük qurumlar formalaşar, özəl opera səhnələri meydana gələr və opera sənətçiləri müxtəlif yerlərdə konsert vermək şəraiti əldə edərər.

- Azərbaycanda opera sənətini necə dəyərləndirirsiniz?

- Azərbaycan opera sənətini çox bəyənirəm. Operanızda bir-birindən gözəl, möhtəşəm səslər var. Opera sənətində çox inkişaf etmisiniz. Azərbaycan operası Türkiyə opera sənətindən də əvvəl qurulub. Opera sənətinin bundan da gözəl yerlərə çatacağına və səsinizin yüksəklərdən gələcəyinə inanıram.

- Bildiyimiz qədər, Türkiyədə opera sənəti Avropadakı qədər inkişaf etməyib.

- Türk operalarımızın çoxu Avropadakı festivallara qatılır. Vəziyyət tamamilə dəyişib. Son illər türk operası həddindən artıq inkişaf edib. Bizim o qədər çox operamız var ki, böyük şəhərlərdəki opera ustalarımız xaricdəki festivallarda mükafatlar da əldə ediblər. Opera sənətinin daha çox inkişaf etməsi üçün ciddi bir təhsil sistemi formalaşmalıdır. Bunlar da yavaş-yavaş həyata keçəcək.

- Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?

- Mən özüm də yazıram və yeni mahnılarım var. Bəstəkar dostlarımdan yeni bəstələr almışam. Azərbaycan şairələrindən Sona Vəliyevanın yeni bir şeirinə bəstəm olacaq. Siz üçüncü albomumda onu dinləyə biləcəksiniz.


“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Bu gün, 08:32
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... - AXI NİYƏ?..
Bu gün, 08:25
Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10
"NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06
ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04
Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03
Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59
İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48
Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53
İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42
Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Dünən, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Dünən, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Dünən, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Dünən, 15:37
AZPROMO sığortaçı seçib
Dünən, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Dünən, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Dünən, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru